112
Xudadat bəy Rəfibəyli haqqına 2015-ci ildə
sənədli film çəkilmişdir
Film Azərbaycanın ilk cərrahı, Cümhuriyyətin səhiyyə naziri,
Yelizavetpol qubernatoru Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun həyat
və fəaliyyətindən bəhs edir.
Xudadat Rəfibəyli:
Müstəqillik tariximizdə şərəfli iz qoyan siyasi xadim
Azərbaycan xalqının düşmənlərinin Rəfibəylilər nəslini yer üzündən
silmək cəhdlərinə baxmayaraq, bu şərəfli nəslin nümayəndələri öz
mübarizələrindən dönməilər.
Bir vaxt atası gedər-gəlməzə göndəriləndə 7 yaşı olan Nigar xanım və
digərləri ata-babalarının haqq yolunu davam etdirdilər, bu nəslin görkəmli
davamçıları olaraq tarixdə iz buraxdılar. Onların yolunu isə Xalq yazıçısı
Anar davam etdirir.
Xudadat bəy Rəfibəyli Azərbaycan milli istiqlalının beşiyi olmuş
Gəncədə əmin-amanlığı bərpa etmək, bolşevik nökəri olan və erməni
daşnakları ilə birlikdə ilk cumhuriyyətimizə arxadan zərbə vurmaq istəyən
yerli satqınların iç üzünə yaxşı bələd idi. Ona görə də bu satqınlarla
mübarizəni özünün əsaz vəzifələrindən birinə çevirmişdi. Bu məqsədlə də o
yerli əhali arasında təbliğatı gücləndirən tədbirlər həyata keçirir, bütün
təxribatların qarşısını bacarıqla alırdı. Ona görə də Gəncədə milli
hökumətimizə inam, azadlıq, müstəqillik ruhu olduqca güclü idi.
Amma Xudadat bəyin milli cümhuriyyəti qoruyub saxlamaq üçün
göstərdiyi bütün cəhdlərə baxmayaraq, Azərbaycanın başı üzərindən qara
yellər əsməkdə idi. Həmişəki kimi Azərbaycana təhlükə yenə də şimaldan
gəlməkdə idi. Bolşeviklər Azərbaycana, Bakı neftinə can atırdılar. Bu işdə
onlara bələdçilik edən isə bolşeviklərin yağlı vədlərinə inanan yerli
satqınlarımız idi. Qırmızı ordu Türkiyəyə getmək adı ilə Azərbaycana gəlirdi
və bu, çoxlarının əlini-qolunu bağlamışdı. Qardaş Türkiyəyə yardıma getmək
istəyən qırmızı orduya əhali arasında süni bir rəğbət də formalaşdırılmışdı.
Xudadat bəy həmin dövrdə qırmızı ordunun əsl məqsədini anlamışdı. Ancaq
qüvvələr qeyri-bərabər idi. Ona görə də o, Gəncədəki milli
Azərbaycan ordusunın zabitləri ilə bir araya gələrək vəziyyəti onlarla
müzakirə etmiş, indiki məqamda hadisələrin gedişini gözləməyi, eyni
zamanda sayıqlığı əldən verməməyi tapşırmışdı.
113
İşğal, istefa və həbs
1920-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə bolşeviklər Azər-
baycanı işğal etdilər. Bunun ardınca, aprelin 29-da Qırmızı ordu hissələri
ərazilərimizi işğal edə-edə Gəncəyə doğru irəliləməyə başladı. Belə bir
vəziyyətdə artıq hiss olunurdu ki, Gəncənin taleyi həll olunub. Dinc
insanların qanının tökülməməsi və Qırmızı ordu əsgərlərinin əllərinə şəhərdə
kütləvi qətliamlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy uzaqgörən
bir addım atdı. O, aprel ayının 30-da tutduğu vəzifəsindən istefa verdi.
Xudadat bəyin qubernator kimi imzalamış olduğu axırıncı sənəd onunla
birlikdə işləmiş adamların hamısına etdiyi müraciəti idi. Xudadat bəy bu mü-
raciətində yazırdı: “Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra
edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator
dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin
qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və
quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək
etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator
vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri
zəhmətlərə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə
mənəvi borc bilirəm və ümidvaram ki, onlar Azərbaycan Respublikasının
tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini bundan sonra da vicdanla və
səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”.
Lakin Xudadat bəy şəhəri tərk etmək fikrində deyildi və o, əvvəlki kimi
həkimlik fəaliyyətini davam etdirmək niyyətində idi. Qırmızı ordu hissələri
Gəncəyə daxil olandan bir neçə gün sonra şəhərdəki ermənilər
azərbaycanlılara qarşı fəallaşmağa başladılar. Onlar guya şəhərdəki
azərbaycanlıların və milli ordu hissələrinin Qırmızı orduya qarşı təxribata
hazırlaşdığı barədə Bakıya məlumat verir, eyni zamanda XI Ordu
komandanlığında bu işin başında Xudadat bəyin dayandığı barədə rəy
formalaşdırırdılar. Guya Xudadat bəy general-qubernator olduğu vaxt
bolşevik tərəfdarı olan insanlara qarşı sərt tədbirlər həyata keçirmiş, erməni
qırğınında iştirak etmişdi. Nəticədə Gəncədəki Qırmızı ordu komandanlığı
Xudadat bəyin həbs edilməsi üçün bəhanə axtarmağa başladı. Nəhayət,
ermənilərin Qırmızı ordu komandanlığına Xudadat bəyin bolşeviklərə qarşı
üsyan hazırlaması barədə verdiyi məlumat şəhərdəki bolşevik rejiminin
səbrini daşdırdı. 1920-ci il may ayının 12-dəbolşeviklər Xudadat bəyi həbs
etdilər. Onu silahlı əsgərlərin nəzarəti altında birbaşa Gəncədən Bakıya
aparmaq qərarına gəldilər. Bu hadisə bütün Gəncəni ayağa qaldırmış və əhali
114
küçələrə axışmışdı. Dəmiryol stansiyasında minlərlə gəncəli vardı. Xudadat
bəyüç nəfər silahlı əsgərin müşayiəti iləqatara minmək üçün dəmiryol
vağzalına gəlirdi; həmişəki kimi belini dik tutmuş və qürurlu görkəmini
saxlamışdı.
Şahidlərin sözlərinə görə, kimsə ona pul uzatmış, o isə əlləri ilə rədd
etmişdi. Həmin vaxt Xudadat bəyi azad etmək üçün Şəmkirdən 500 nəfər
silahlı dəstə Gəncəyə doğru gəlməkdə idi. Ancaq Xudadat bəy buna ehtiyac
olmadığını bildirmişdi. O, günahsız olduğunu bilirdi və haqqını müdafiə
edəcəyinə əmin idi... Lakin bolşevik rejimi ona haqqını müdafiə etməyə
imkan vermədi.
Bolşeviklər Xudadat bəyi erməni kəndlərinin yandırılması və yerli
əhaliyə divan tutması iddiası ilə mühakimə etdilər. Xudadat bəy bu iftiranı
rədd etdi və bu işdə özünün günahkar olmadığını bildirdi. Amma ona nə
özünü müdafiə etməyə, nə də son sözünü deməyə imkan vermədilər. Çünki
bu işi düzüb-qoşan, əvvəlcə, daşnaklara xidmət edən, sonra isə bolşeviklərin
tərəfinə keçən müstəntiq Sofikyanın məqsədi Azərbaycan xalqının görkəmli
şəxsiyyətlərindən birini aradan götürtmək idi. Elə də oldu və saxta ittihamla
Xudadat bəyi günahkar bildilər. İyunun 1-də onu gizlicə Xəzər dənizindəki
adalardan birinə apararaq güllələdilər.
Gəncə üsyanı Xudadat bəyə görə başladıXudadat bəy Rəfibəylinin
həbsi Gəncədə üsyan üçün siqnal oldu.
Bununla əlaqədar tarixçi alim N.Yaqublu “Azərbaycan legionerləri”
adlı kitabında yazır: “1920-ci ilin mayın ortalarından başlayaraq, Gəncədə
vəziyyət kəskinləşmişdi və Qızıl ordu hissələri ilə əhali arasında toqquşma
baş verəcəyi gözlənilirdi. Vəziyyəti gərginləşdirən və Gəncə üsyanının
başlamasına səbəb olan amillərdən biri də Xudadat bəyin bolşeviklər
tərəfindən həbs edilməsi idi. X. Rəfibəylinin istintaq işini burada ermənilər
aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə
üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun
keçmiş 3-cü piyada Gəncə polkunun komandiri, sonradan Polşa ordusunda
xidmət etmiş, 1955-ci ilin yanvarında isə sovet KQB-sinin göndərdiyi bir
xanım tərəfindən Almaniyada zəhər verilərək öldürülən məşhur albay
Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasına X. Rəfibəylinin
həbsinin səbəb olduğunu göstərirdi”.
Azərbaycan tarixinin bu görkəmli siması əbədiyyətə qovuşandan sonra
arxasında gözləri yaşlı həyat yoldaşı Cəvahir ananı, 11 yaşlı oğlu Kamili, 9
yağlı oğlu Rəşidi və bir də gələcəkdə Azərbaycan xalqının böyük şairəsi
Dostları ilə paylaş: |