CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 

       
BİBLİOQRAFİK GÖSTƏRİCİLƏR 
 
İCMALLAR 
 
 
Azərbaycan milli kino günü 
 
AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ
 
 
Səssiz dövr(1920-1935) 
 
Azərbaycan  kino  sənətinin  tarixi  1898  -  ci  il  avqustun  2  -  dən 
başlayır. İlk filmlər fotoqraf və nasir A. M. Mişon tərəfindən çəkilmiş 
xronika  süjetləri  ("Bibiheybətdə  neft  fontanı  yanğını",  "Balaxanıda 
neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və 
bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 
1915 - ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cə-
miyyətləri  (ticarət  evləri)  tərəfindən  Bakı,  Tiflis,  İrəvan  şəhərlərində 
prokat kontorları yaradılmışdır. 1915 - ci ildə adı çəkilən cəmiyyət neft 
sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətin-
də" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə 
başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor  B. N. Svetlov dəvət 
olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla 
bağlı  səhnələr  isə  Tiflisdə  çəkilirdi.  Filmdə  Lütfəli  bəy  rolunu  H. 
Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Ü. Hacıbəyovun “Arşın mal 
alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-
cu  ildə  isə  Azərbaycanın  müstəqilliyinin  ildönümü  münasibəti  ilə 
“Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. 
AFKİ  ayrı-ayrı  sahibkarların  foto,  kinoteatr  və  prokat  kontorların 


 
 

milliləşdirilməsi  və  birləşdirilməsi  tədbirlərini  həyata  keçirirdi.  O 
zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", 
"Ladya", "Mədənçi" və s. kinoteatrlar da var idi. 
1924-cü  ildə  AFKİ  ikiseriyalı  "Qız  Qalası  əfsanəsi"  (rejissor 
V.V.Vallyuzek)  adlı  bədii  filmi  ekranlara  çıxardı.  Etnoqrafik  cəhətdən 
maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər. 
Azərbaycanda  milli  rejissor  və  aktyor  kadrları  hazırlamaq  üçün 
1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya 
təşkil  edildi.  C.Cabbarlı,  M.  Mikayılov,  Ə.Tahirov  və  başqaları  burada 
oxumuşdular.  Filmlərin  bədii  keyfiyyətini  yüksəltmək,  milli  kadrların 
inkişafına kömək məqsədilə Bakıya V. İ. Pudovkin, İ.A. Sevçenko, N. M. 
Şenqelaya,  M.E.  Çiaureli  kimi  məşhur  kinorejissorları,  elə-cə  də 
Q.M.Lemdeq, V.R.Lemke, A.V. Qalperin, İ.S. Frolov, Ə. M. Feld-man, 
L. L. Kosmatov, V. M. Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, 
C.  Cabbarlı,  A.  M.  Şərifzadə  və  başqaları  kino  yaradıcılığı  işinə  cəlb 
edilmişdilər. 
AFKİ  sonralar  "Azdövlətkino"  (1926-1930),  "Azərkino"  (1930-
1933),  "Azfilm" (1933),  "Azdövlətsənayesi" (1934),  "Azərfilm" (1935-
1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci 
ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. Xurafat 
və  cəhalətə  qarşı  mübarizə,  inqilab,  qadın  azadlığı  ötən  əsrin  20-ci 
illərində  Azərbaycan  kinosunun  əsas  mövzusu  idi.  "Bismillah"  (1925, 
rejissorlar  A.M.Şərifzadə,  A.Valovo),  "Vulkan  üzərində  ev"  (1929, 
rejissor A.İ. Bek-Nazarov, "Ermənikino" ilə birgə), "Hacı Qara" (1929, 
rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda 
mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə 
edən "Sevil" (1929) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. 
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şir-
kətlərinin  nümayəndələri  tərəfindən  şəhərin  həyatından,  neft  mədənlə-
rindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə 
"Bakıda 9-cu qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çə-
kilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də 
yaradıldı.  Sonrakı  illərdə  müəyyən  hadisələrlə  bağlı  kinoreportajlar  ha-
zırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft 


 
 

mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M. 
Frunzenin  Bakıya  gəlməsi"  (1925)  və  s.  sənədli  filmlərlə  yanaşı,  elmi-
kütləvi filmlərin də istehsalına başlanıldı. 
1925-ci ildə rejissor A. M. Şərifzadə respublikanın mədəni və iqti-
sadi  həyatından  bəhs  edən  "Azərbaycana  səyahət"  filminin  çəkilişini 
başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə 
yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı 
nailiyyətləri  ilə  tanış  edən  "Azərbaycan  ekranı"  kinojurnalı  (ildə  4-5 
nömrə)  buraxılmağa  başlandı.  Bu  illər  Azərbaycan  sənədli  kinosunda 
M.Mikayılov, A. A. Litvinov, A. A. Makovski kimi istedadlı rejissorlar, 
V. P.Lemke, A.Valovoy, A.Tolçan, İ. S.Tartakovski,  
İ.  S.Monakov  kimi  operatorlar  çalışırdılar.  30  illərdə  bu  sahədə  B.V. 
Pumyanski, S. Bədəlov, V.Yeremeyev, Ə. Həsənov, Ə.Ələkbərov və b. 
fəaliyyətə  başladılar.  Bu  sənətkarların  filmlərində  ilk  beşilliklərdə 
resublikanın  həyatı,  kolxoz  quruculuğu,  mədəniyyət  sahəsindəki 
uğurlar, neft  sənayesinin  yeni texnika ilə  təchiz  və s. əksini tapmışdı. 
Sənədli  filmin  imkanları  daxilində  bitkin  insan  obrazı  yaradılması 
sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir. 
30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məi-
şəti  bədii  şəkildə  təsvir  edən,  eləcə  də  tarixi-inqilabi  mövzulu  filmlər 
çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" 
və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M. Braqinski), 
"Bakılılar"  (1938,  rejissor  V.V.Turin),  "Kəndlilər"  (1940,  rejissor  S. 
Mərdanov) və s. 
1940-cı ildə rejissorlar Mikayıl Mikayılov və Vladimir Yereme-
yev  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulmasının  20  illiyi  müna-
sibətilə "İyirminci bahar" sənədli filmini yaratdılar. 
İkinci  dünya  müharibəsi  illərində  qəhrəman  döyüşçülər  Kamal 
Qasımov  və  Bəxtiyar  Kərimova  həsr  olunmuş  "Vətən  oğlu"  və 
"Bəxtiyar" kinonovellaları, Mirzə Fətəli Axundovun həyat və fəaliyyə-
tinə dair "Səbuhi", vahid süjet xətti ilə bağlı üç  kino novelladan ibarət 
"Bir  ailə",  müharibə  dövründə  dənizçilərin  göstərdikləri  igidliklərə 
həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkilmişdir. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə