CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   2   3   4   5   6   7   8   9   10   ...   85

 
 
20 
Elektron resurslar 
 
Azərbaycan kino inciləri - 1 [Kinofilm] = The Best Azerbaijani Movies 
/ Kapital Bank. - Bakı : Muğam media, n. i. y. - 12 el. opt. disk 
(DVD-ROM). 
Azərbaycan kino inciləri - 2 [Kinofilm] = The Best Azerbaijani Movies 
/ Kapital Bank. - Bakı : Muğam media, n. i. y. - 12 el. opt. disk 
(DVD-ROM). 
Azərbaycan kino inciləri - 3 [Kinofilm] = The Best Azerbaijani Movies 
/ Kapital Bank. - Bakı : Muğam media, n. i. y. - 12 el. opt. disk (
DVD-ROM). 
 
      Azərbaycan milli kino günü : biblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı. - Bakı : 
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. - 15 s. - ryl.az@mail.ru.   
 
Cəfər Cabbarlı 
 
 
 Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük,  
 dahi insanlarından biridir. Azərbaycan ədəbiyyatının,  
Azərbaycan milli şüurunun inkişafında onun nə qədər  
böyük xidmətləri olubdur! Onun yaratdığı əsərlər  
neçə-neçə nəsilləri tərbiyə edib və yüksəldibdir. 
 
Heydər Əliyev 
Azərbaycan xalqınınÜmummilli lideri 
 
Cabbarlı Cəfər Qafar oğlu ( 20 mart 1899, Xızı, Rusiya İmperiyası 
–31  dekabr  1934,  Bakı,  Azərbaycan  SSR,  SSRİ)  -  azərbaycanlı  dra-
maturq,  şair  və  nasir,  teatrşünas,  kinoşünas,  tərcüməçi,  kinossenarist, 
jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932). 
1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yaz-
mağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xid-
məti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik 


 
 
21 
dramaturgiyasının  ən  gözəl  cəhətlərini  davam  etdirməklə  bərabər 
dünya  dramaturgiyasının  danailiyyətlərindən  faydalanmışdır.  O, 
Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır. 
 
Həyatı 
 
Cabbarlı  Cəfər  Qafar  oğluı  1899-cu  il  martın  20-də  Bakının  110 
km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuş-
dur.  Ailəsi  1903-cü  ildə  Bakıya  köçərək  şəhərin  "Dağlı  məhəlləsi"  ad-
lanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət 
ilə  məşğul  olurdu.  1904-cü  ildə  Qafar  kişi  vəfat  etdikdən  sonra  ailənin 
bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür. 
 
Cəfər Cabbarlını İlk təhsil illəri, gənclik illəri 
 
Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etmə-
mək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, 
bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 
6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına 
daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini 
başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy 
Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan 
üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. 
Cəfərin  ilk  müəllimləri  görkəmli  pedaqoq-yazıçı  Süleyman  Sani 
Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev 
idi.  Cəfər  Cabbarlı  1908-ci  ildə  "7-ci  müsəlmani  və  rusi"  məktəbini 
bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 
3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən 
gənc  Cəfər  sənədlərini  Bakı  Politexnik  Məktəbinin  elektro-mexanika 
şöbəsinə verir. 
Hələ  ibtidai  məktəbdə  oxuduğu  zaman  Abdulla  Şaiq  və  Süley-
man Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədə-
biyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus  şairlərini 
mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır. 


 
 
22 
Cəfərin  əlyazmaları  içərisində  hələ  tamamilə  bitməmiş,  məktəbli 
xətti  ilə  yazılmış  bir  neçə  şeir,  hekayə,  opera  mətni  və  hətta  roman  da 
vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet 
idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab 
edilirdi  ki,  Cabbarlının  ilk  mənzuməsi  1915-ci  il  aprel  ayının  3-də 
"Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin 
dramaturqun  əsərlərini  son  illərdə  tədqiq  edən  tədqiqatçı-alim  Asif 
Rüstəmlinin  axtarışlarından  məlum  oldu  ki,  C.Cabbarlının  ilk  lirik  və 
satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş 
"Bahar"  və  "Əl  götür"  şeirlərindən  deyil,  "Həqiqəti-Əfkar"  qəzetinin  5 
noyabr  1911-ci  il  2-ci  nömrəsində  dərc  edilmiş  "Eşidənlərə"  və 
"Şücaətim" şeirlərindən başlamaq lazımdır. 
1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbə-
sinə  daxil  olan  yazıçı  1920-ci il mayın  6-da təhsilini başa  vuraraq şə-
hadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb 
fakültəsinə  daxil  olur.  Lakin  bu  sənət  onu  maraqlandırmadığına  görə 
ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı 
səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk 
Teatr  Məktəbində mühazirələrə qulaq  asmağa  başlayır. Eyni  zamanda 
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakül-təsinin tarix 
şöbəsində də təhsilini davam etdirir. 
Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiy-
yata  çəkən  qüvvə  ictimai  həyatda  fəal  iştirak  etmək  ehtiyacı  idi.  O, 
hətta ilk əsərlərində də böyük maarifçi-yazıçıların, realistlərin yolu ilə 
getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər 
əsəri  müəyyən  daxili  həyəcanın,  düşüncənin  nəticəsi  kimi  meydana 
çıxırdı. 
1915-1920-ci  illər  Cəfər  Cabbarlının  təkcə  tələbəlik  illəri  deyil, 
ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriy-
yə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", 
"Trablis müharibəsi  və  ya  Ulduz",  "Ədirnə fəthi",  "Bakı müharibəsi", 
"Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və 
satirik  şeirlərlə,  bir  sıra  hekayələrlə  müxtəlif  mətbuat  orqanlarında 
çıxışlar etmişdir. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə