CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

 
 
29 
"Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbay-
can  Milli  Teatrını  yaratmaq  ideyası  idi.  Oqtay  pərəstiş  etdiyi  xalq 
səhnəsini yüksəltmək, milli teatr 
yaratmaq uğrunda dinclik bilmədən çalışır. O, səhnə xadimidir. 
Səhnəni  bütün  varlığı  ilə  sevən  Oqtay  hər  şeydən  əvvəl  yaradıcı  bir 
insandır.  Yaradıcılıq  onun  əsas  keyfiyyətidir.  O,  deyir:  "Yaşamaq 
istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən 
yaradacağam". 
Yaradıcılığının ilk dövrundə yazılmış pyeslərində – "Vəfalı Sə-
riyyə,  yaxud  göz  yaşları  içində  gülüş"  (1915),  "Solğun  çiçəklər" 
(1915), "Ədirnə fəthi" (1917), "Nəsrəddin şah" (1916) – məharətlə sü-
jet  qurmaq,  fərdi  psixoloji  xarakterlər  yaratmaq  yolunda  göstərdiyi 
səylər artıq gənc Cəfər Cabbarlıya oxucu rəğbəti qazandırmış olsa da, 
onun  geniş  oxucu  –  tamaşaçı  kütlələrinin  hiss  və  duyğuları,  fikir  və 
düşüncələri  üzərində  əsl  dramaturq  hakimiyyəti  "Aydın"  (1919), 
"Oqtay Eloğlu" (1921) pyesləri ilə başlayır. 
Cəfər Cabbarlının əsl peşəkar ustalığı, bədii texniki yetkinliyi, hə-
yati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharəti ilk dəfə 
olaraq bu pyeslərdə tam qüdrəti ilə təzahür edir. Bu pyeslər həm də Cəfər 
Cabbarlı  dramaturgiyası  zəminində  Cabbarlı  teatrını  qurmaq  və 
ucaltmaq yolunda iki əsas təməl sütunları idi. İdeoloji təzyiqlərə məhəl 
qoymadan  millilik  elementlərini  qoruyub  saxlayan,  səhnə  və  sənətkar 
problemini  də  bu  rakursdan  həll  etməyə  çalışan  sənətkarın 
vətənpərvərlik və ziyalılıq ruhu bu pyeslərdə tam gücü ilə duyulur. Xal-
qın  yaşaması, özü-özünün təsdiqi  üçün milli mədəni intibahın başlıca 
şərt  olduğunu  anlayan  Oqtay  ("Oqtay  Eloğlu")  xalqını  dahilər,  sə-
nətkarlar,  şəxsiyyətlər  yetişdirməyə  çağırır.  Lakin  doğma  səhnəni  boş 
görən sarsılmış  gənc  aktyor təbiətinə məxsus çılğınlıqla üzünü  salona 
tutaraq: "Səfil xalq, nə bağırırsan. Səndə sənətkar bir qadın yox, varsansa 
yarat, yaratmırsansa sus, uzan öl" – deyir. 
Tragik qəhrəman səviyyəsinə yüksələn Oqtay Eloğlu pərəstiş et-
diyi,  varlığı  qədər  sevdiyi  səhnəni  yüksəltmək,  milli  teatr  yaratmaq 
uğrunda dinclik bilmədən çalışır, faciəli sənət yolu keçir. 
Aydının və Oqtayın mübarizə, inkar və etiraz hədəfləri müxtəlif 
olsa da, onlar talecə eyni bir həyat məcrasında birləşir və qovuşurlar. 


 
 
30 
Qızılın  və  pulun  qəddar  dərəbəyliyi,  incəsənət,  şöhrət  və  sərvət 
ehtiraslarının  mənhus  tuğyanı  qarşısındakı  əlacsızlıq  onları  eyni  bir 
ağrı və iztirab dəyirmanında üyüdür. 
Vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət yolunda hər 
cür fədakarlığa hazır olan bu qəhrəmanlardakı parlaq romantika, nəcib 
xəyalpərvərlik hadisələr axarında az 
keçmir ki, həyatın sərt daşlarına dəyərək çiliklənir. Hər iki əsər 
faciəvi bir finalla, sarsıdıcı bir sonluqla tamamlanır. 
Cəfər  Cabbarlının  təsvir  etdiyi  gənc  qəhrəmanlar:  aydınlar, 
oqtaylar real və həyatı idilər. 
"Oqtay  Eloğlu"  ilə  "Od  gəlini"  arasındakı  illər  Cabbarlı  yara-
dıcılığında çox gərgin ədəbi fəaliyyət və yeni inkişaf dövrünə girmək 
üçün hazırlıq illəri olmuşdur. 
"Od gəlini" tragediyası bir körpü kimi iki dövrü bir-birinə bağ-
layır.  "Od  gəlini"  əsərində  Cabbarlı  öz  həqiqi  mübariz  qəhrəmanını, 
yəni aydın və yüksək məqsəd uğrunda mübarizə edən əsl qəhrəmanını 
tapmışdır.  Əsərin  qəhrəmanı  Elxan  azadlıq  və  istiqlaliyyət  uğrunda 
mübarizə  aparan  xalq  kütlələrinin  qəhrəman  bir  sərkərdəsi  olmaqla 
bərabər,  bir  mütəfəkkir  və  islahatçıdır;  o,  ictimai  quruluşun  ya-
ramazlıqlarını dərk etmiş və onu dəyişdirmək qərarına gəlmişdir. Bu 
nöqteyi-nəzərdən  Elxan  yalnız  Cabbarlı  yaradıcılığında  deyil,  bütün 
Azərbaycan ədəbiyyatında yeni müsbət bir qəhrəman idi. 
"Od gəlini" tragediyası şahların, xəlifələrin, hökmdarların həya-
tına  həsr  edilmiş  əsər  deyil.  O,  zəhmətkeş  xalqın  həyatını,  mübari-
zəsini, xalqın öz içərisindən çıxan qəhrəmanları təsvir edir. Babək xalq 
qəhrəmanı, xalq sərkərdəsi və xalq başçısıdır. 
"Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-
cü ildə oyanmışdır. "Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik 
tarixi  hadisələrə  və  bu  hadisələrin  başında  duran  xalq  sərkərdəsi 
Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin 
ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun 
üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra 
teatra vermişdir. Heç bir əsər üzərində Cabbarlı "Od gəlini" qədər çox 
və səylə işləməmişdir. 


 
 
31 
1928-ci  ildə  dramaturq  "Od  gəlini"  pyesi  ilə  tarixi  mənşəyinə 
görə olduqca problematik, zamanına görə aktual, aktual olduğu qədər 
də  xətalı,  süjet  və  kompozisiya  həllinə  görə  bənzərsiz  möhtəşəmliyə 
malik bir mövzuya müraciət etmişdi. Mövzunun 
dərinliyi və genişliyindəndir ki, əsər ilk variantında 38 şəkildən 
ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 
şəklə endirilmişdir. 
Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli 
əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı 
cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, 
soyğunçuluğunu,  xalqın  adətlərinə,  dininə,  heysiyyatına  təcavüzünü 
əks etdirən səhnələr bir-birini əvəz edir. 
Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsə-
rində yazırdı:  "Od  gəlini"ni Cəfər  "Çeka" həbsindən çıxdıqdan sonra 
yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs 
salmış  bir  hadisəyə  görə  "müsavatçılar"  qrupu  ilə  birlikdə  həbs 
edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman - ərəb 
istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün 
zənginliklərini  çapıb  aparırlar.  Neft  dövlətin  malı  elan  edilir. 
Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur 
edirlər. 
Mənzərənin  rəmziliyi  göz  qabağındadır.  Tamaşaçılar  üçün 
"ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoy-
maq mənanı aktuallaşdırmaq üçün kifayətdir". 
"Od gəlini" əsəri 1928-ci ildə tamaşaya qoyuldu. Əsərin quruluş-
çu rejissoru A.A.Tuqanov idi. 
Cabbarlının yaratdığı pyeslər öz bədii dili və üslubu ilə də seçi-
lirdi.  Heç  şübhəsiz  ki,  Cabbarlının  ədəbi  dil  sahəsindəki  fəaliyyəti 
Azərbaycan dilinin inkişafında bir mərhələ təşkil etməkdədir. 
Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil 
əsas  tipləşdirmə  vasitələrindən  biridir.  Buna  görə  də  yazıçının  saf, 
aydın  və  müstəqil  Azərbaycan  dili  uğrundakı  mübarizəsi  bilavasitə 
onun  sənətkarlıq  xüsusiyyətləri  ilə  bağlıdır.  Cabbarlı  dilinin  qüvvəti, 
hər şeydən əvvəl onun dramlarında meydana çıxır. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə