CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

 
 
32 
Cabbarlı müasir dram dilimizin banisidir: xalq danışıq dilinə əsas-
lanan  dram  dilinin  yox,  normativ  bədii  dilə  əsaslanan  dram  dilinin 
yaradıcısıdır.  Məhz  dramaturqun  formalaşdırdığı  dram  dili  Avropa 
klassiklərinin pyeslərini ana dilimizə tərcümə eləməyə, bu sahədə lazımi 
adekvatlığa  nail  olmağa  imkan  verdi.  O,  Azərbaycan  bədii  dilinin 
normativ  dram  üslubunun  banisi  oldu.  Dramaturqun  yaratdığı  bədii 
üslubu nə nəsr, nə də şeir dili ilə müqayisə etmək olar. Onun yaratdığı 
dramatik  danışıq  üslubunu  Mirzə  İbrahimov,  Mehdi  Hüseyn,  İlyas 
Əfəndiyev,  Sabit  Rəhman,  Ənvər  Məmmədxanlı  kimi  istedadlı 
yazıçılarımız inkişaf etdirmişlər. 
Cabbarlı Azərbaycan həyatından alınmış tarixi və əfsanəvi möv-
zularla  çox  maraqlanırdı.  O,  Azərbaycan  xalqının  azadlıq  uğrundakı 
mübarizə  tarixini,  əfsanə  və  nağıllarını  öyrənərək,  xalqın  mənəvi 
qüdrətini öz əsərlərində əks etdirmək istəyirdi. 
Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi  "Araz çayı" mən-
zum  faciəsini  Cabbarlı  oynamaq  üçün  Dövlət  Dram  Teatrına  təqdim 
etmişdir.  Çox  ehtimal  ki,  bu  mənzum  faciə  Azərbaycan  xalqının 
vəhdəti  məsələsinə  həsr  edilmişdi.  O  dövrdə  ağızlarda  gəzən  "Araz 
çayı,  qalx  aradan,  qoy  birləşsin  Azərbaycan!"  misrasının  da  həmin 
faciədən  olması  güman  edilir.  Lakin  təəssüf  ki,  bu  əsər  tapılmadığı 
kimi haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq 
Cabbarlı "Qız qalası" adlı əfsanəvi poemasını "Maarif və Mədəniyyət" 
jurnalında  dərc  etdirmişdir.  "Qız  qalası"  1922-1923-cü  illərdə 
yazılmışdır. 
1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsində oxu-
yarkən Cabbarlı  ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra he-
kayə və şeirlər  yazmaqla bərabərtərcüməçiliklə də məşğul olur, ayrı-
ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr 
sənəti  haqqında  nəzəri  düşüncələri  1924-1925-ci  illərdə  yazdığı 
"Azərbaycan ədəbiyyatının son vəziyyəti",  "Bizdə teatro",  "Azərbay-
can teatr məktəbi", 1922-ci ildə "Ədəbi mübahisələr" məqaləsini "Zəh-
mət" qəzetində dərc etdirmişdir. 
Məmməd Əmin Rəsulzadənin qeydlərindən: 
"Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur 
musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota 


 
 
33 
çevirərək opera yazmışdır. "Qız qalası" mənzuməsi kimi, əsərlərindən 
bir  qismi  rusca  ilə  bərabər,  Qafqaz  dillərinə  də  tərcümə  edilmişdir. 
Dramlarından  başqa  Cabbarlının  şeirləri  və  hekayələri  də  vardı. 
Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir 
mərhələdir". 
1925-ci ildə dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərc-
ümə etmiş, 1927-ci ilin əvvəllərində "Dilbər" hekayəsini çap etdirmiş, 
eyni  zamanda  F.Qladkovun  "Sement"  əsərindən  bir  parça  tərcümə 
etmişdi.  1928-ci  ildə  Lev  Tolstoyun  "Uşaqlıq"  povestini  və  Maksim 
Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirmişdir. 
 
Yaradıcılığının üçüncü dövrü 
 
Mürəkkəb  ictimai-siyasi  hadisələrlə  zəngin  olan  1920-1930-cu 
illər  Azərbaycan  xalqının  həm  siyasi,  həm  də  ədəbi  tarixində  xüsusi 
mərhələ  təşkil  edir.  Bolşevik  hakimiyyəti,  sovet  rejimi,  kolxoz  qu-
ruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə 
olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat 
nümunələri çoxdur. 
C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə 
onun  həm  qaranlıq,  həm  də  işıqlı  cəhətlərini  bizə  çatdırmaq  üçün  gəl-
mişdir.  Cəfər  Cabbarlı  1920-1930-cu  illərdə  Azərbaycan  dramatur-
giyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu 
təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. 
Cəfər  Cabbarlısız  bu  dramaturgiyanı  bütöv,  fəal,  müstəqil  və 
qüdrətli hesab etmək mümkün deyildir. 
1928-ci  ildən  etibarən  yazıçının  yaradıcılığının  üçüncü  dövrü 
başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müd-
dət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini 
yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə 
"Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün 
bir yol açıldı. 
Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularından-
dır. Cəlil Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi "köhnə 


 
 
34 
bir  dərd"  idi.  Yazıçının  hekayələrinin  əksəriyyəti  Azərbaycan 
qadınının  bədbəxt  taleyinə  həsr  edilmişdir.  Lakin  yazıçı  Azərbaycan 
qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar 
get-gedə  şüurlanır,  insanlıq  ləyaqətlərini  dərk  edirlər.  Cabbarlının 
qadın  surətləri  passiv  etirazdan  başlayaraq  fəal  etiraza,  ictimai 
mübarizəyə qədər yüksəlirlər. 
Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə 
mühüm  vəzifə  düşürdü  və  Cabbarlının  "Sevil"  pyesi  bu  mübarizədə 
xüsusi  əhəmiyyət  kəsb  etdi.  Əsərdə  Azərbaycan  qadınının  dünənki, 
bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir. 
1930-cu  illərin  ədəbi-ictimai  mühitinə  bilavasitə  təsir  göstərən, 
böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan "Sevil" 
pyesində  dramaturq  yeni  cəmiyyət,  yeni  insan,  yeni  ailə  və  əxlaq 
normalarının bədii illüstrativ təsvirinə səy  göstərmişdir. Əsərdə müti 
bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. 
Pyesdə  ədib  müasir  həyat  materialı  əsasında  köhnəlik  və  yeniliyin 
mübarizəsini əks etdirmişdir. 
1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri 
və rejissor vəzifəsində işləməyə başladı. 
"Sevil"dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan 
biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi. 
C. Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə 
başlayır.  Əsərin  ilk  tamaşası  1931-ci  il  aprelin  13-də  göstərilmişdi. 
Tamaşa böyük müvəfəqiyyət qazanmışdı. 
Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas icti-
mai  məsələlərindən  biri  kənd  təsərrüfatının  kollektivləşdirilməsi  idi. 
Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir 
gəncin surətini yaratmışdır. 
1931-ci  ildə  Cabbarlı  "1905-ci  ildə"  pyesini  tamamlayıb  teatra 
verdi.  Əsər  xalqlar  dostluğundan  bəhs  edir.  Türk  Dövlət  Dram  Teatrı 
1931-ci  il  mövsümünü  bu pyeslə açmışdır.  Əsərin quruluşçu rejissoru 
Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü 
işləmişdir. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə