CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

 
 
38 
özbək,  türkmən,  tacik,  tatar  teatrlarında,  fəhlə  klublarında  işlərəm, 
nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar". 
Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində 
daimi işə keçdi. 
Kino Cabbarlını getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sə-
nətin  bu  sahəsində  lazımi  kadrların  olmaması  vəziyyəti  çox  ağırlaş-
dırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələ-
ni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı. 
Cabbarlı  azərbaycanlılardan  operator,  rəssam,  rejissor  və  kino-
aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə 
bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kino işinə 
də  çox  ciddiliklə  yanaşan  yazıçı  bu  sahədə  milli  kadrların 
yetişdirilməsi  və  hazırlanmasına  böyük  əhəmiyyət  verirdi.  "Hara 
gedirAzərkino" adlı məqaləsində oxuyuruq: 
"Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin 
nəzdində  yerləşən  mətbəədə  dörd  mürəttibdən  (özü  də  onların  ikisi 
yenicə  işə  götürülüb)  biri  də  türk  deyil  və  türk  yazıları  bu  dili 
bilməyənlər  tərəfindən  elə  təhrif  olunur  ki,  "gözəl  qızlar"-"gözəl 
qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, 
burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, 
nə  üçün  Sizdə  türk  qadını  rolunda  türk  qadını  çəkilmir,  dedilər  türk 
qadınları yoxdur. 
Lakin elə buradaca, fabrikdə türk qadını İ.Orucova (Azərkinonun 
türk  olmayan  125  işçisinin  içərisində  həmin  8-9  türkdən  biri,  gözəl 
aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, 
Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab 
verə  bilmir  və  direktor  rejissorun,  rejissor  operatorun,  operator 
rejissorun  üstünə  yıxır  və  s.i.a.  Azərkinonun  öz  siması  yoxdur.  O, 
özünün  şəxsi  yaradıcılıq  simasını  tapmalıdır.  Azərkinonun  yeganə 
xilas  yolu-başlıca  olaraq  xidmət  etdikləri  Azərbaycanın  zəhmətkeş 
kütlələrinə  inamsızlıqdan  imtina  etməsində  və  bu  əsas  kütlənin 
yaradıcılıq  iradəsini  və  təbiətini  özünün  bütün  işi  üçün  bazis 
seçməsindədir.  Bizim  kinofabrikanın  qapılarını  açmaq  və  oraya  bu 


 
 
39 
canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kino-
sunun  əsl  simasını  müəyyənləşdirməyə  qadirdir.  Bütün  qalanlar  isə 
yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də 
dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və 
bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər 
tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə 
düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz 
isə  indi  xəbərdarlıq  edirik,  bizim  kino  yanlış  yol  ilə  məhvə  doğru 
gedir". 
Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə 
yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 29 avqust 1933-cü 
il tarixli məktubunda Cəfər Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir 
edirdi: 
"Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda 
"1905-ci  il"in  pastanovkasını  ancaq  mən  verməliyəm.  Özgə  adamın 
verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə 
bilər  və  hansını  hansı  rejissor  qoymalıdır.  "1905-ci  ildə"  filminin 
rejissorundan  söhbət  gedəndə  demişlər  ki,  Braginski-mraginski  ta-
nımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan ki-
noya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatr-
da da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-
dən  kinoda  qulluqdayam.  Sonra,  "Səfa"nın  ancaq  bircə  4-cü  pərdəsi 
qalıb.  1-ci,  2-ci,  3-cü  pərdələrini  qurtarmışam.  Tamam-kamal.  Bu 
yandan  da  Qliyer  gəlib  Narkomprosda  deyir:  gərək  bir  həftəyə 
"Şahsənəm"i  qurtarasan,  operada  oynayaq.  Deyirəm  vaxtım  yoxdur. 
Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin "Qaçaqlar"ı, 
o yandan da "Əfqanıstan" ...Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib 
çıxsa, sənə yazaram... Sonra, Türk teatrında "1905-ci ildə"ni quruluşda 
verməliyəm. Rus teatrında da "1905-ci ildə" gedir. Mayorov deyir, gərək 
ikili işləyək, tək qoya bilmərəm. Operada da "Səfa"nın pastanovkasını 
gərək  mən  verəm.  Bizim  teatrda  da  "Otello"nu  təzələmək  boynuma 
qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir 
vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. 


 
 
40 
Hə, "Od gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən 
mənim işlərim. İndi gələk sənin işlərinə…” 
Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino 
sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azər-
baycan  milli  kinosunun  yaranmasında,  bu  sahədə  milli  kadrların 
yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında 
Cabbarlının xidmətləri əvəzsizdir. 
O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsa-
sında  ssenari  yazaraq  Azərbaycanın  ilk  milli  kino  ssenaristi  olmuş, 
kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi gözəl 
filmlər bəxş etmişdir. 
 
Vəfatı 
 
Sona xanımın xatirələrindən: 
"Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxma-
yaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sana-
toriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; 
gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi". 
İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəs-
təliyinə  əhəmiyyət  verməməsi  nəticəsində  Cabbarlı  çox  zəiflədi  və 
1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən 
vəfat etdi.Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir 
zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı 
üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi. 
 
 
Cəfər Cabbarlı mükafatı 
Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük 
yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, 
musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün 
"Cəfər Cabbarlı mükafatı"nı təsis ediblər. Cəfər Cabbarlı mükafatı ilk 
dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilmişdir. 
Cəfər Cabbarlının əsərlərinin yazıldığı illər: 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə