CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

 
 
26 
dövlətin  insanların  əxlaqını  pozaraq,  daxili  aləmlərini  eybəcərləş-
dirdiklərini,  sədaqətli,  təmiz  qəlbli  insanlara  əzab  və  işgəncələr 
verildiyini  ifşa  etmişdir.  Əsər  ilk  dəfə  1916-cı  ildə  İsmailiyyədə 
oynanılmışdır. 
Ailə-məişət mövzusuna həsr olunmuş pyes Cabbarlının qüvvətli 
dramaturq istedadına malik olduğunu göstərir. Cəfər Cəfərov "Solğun 
çiçəklər" və "Vəfalı Səriyyə" pyesləri haqqında yazır: 
"Klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sa-
diq  qalan  Cabbarlı  eyni  zamanda  özünəməxsus  bir  səpgisi,  orijinal 
xüsusiyyəti olan, ədəbiyyata  yeni mövzular, obrazlar və ideyalar gə-
tirən bir ədib kimi meydana çıxır. 
Bu  pyeslərin  ən  qiymətli  cəhəti  mənfəət  düşgünlərinin  qəddar, 
qaba və nadan adamlar olduğunu ifşa etməsidir". 
Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsiz-
liyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir. 
"Nəsrəddin  şah"  C.Cabbarlının  ilk  tarixi  pyesidir.  Ədibin  əlyaz-
maları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təx-
minən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah des-
potizmi  fonunda  zəhmətkeş  kəndlilərin  ağır  həyatını,  xanların  azğın-
lığını,  mütərəqqi  İran  gənclərinin  azadlıq  uğrunda  mübarizəsini  gös-
tərmişdir. 
Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını 
milli-azadlıq  ideyaları  ilə,  geniş  xalq  kütlələrinin  şah  mütləqiyyətinə 
qarşı çıxışı ilə zənginləşdirmişdir. 
"Nəsrəddin  şah"  pyesində  istibdad  və  mütləqiyyətə  qarşı  geniş 
xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti 
olmuşdur. Azərbaycan dramaturgiyasında və C.Cabbarlının yaradıcı-
lığında  tarixi  mövzunun  işlənilməsi  "Nəsrəddin  şah"la  yeni  mərhələ 
idi. "Nəsrəddin şah" ilk dəfə Aşqabadda 1919-cu ildə tamaşaya qo-yul-
muşdur. 
1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, 
iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş yoxuşlar mərhələsi 
idi. Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) bir çox 
yazıçılar  kimi,  gənc  Cabbarlının  da  dərindən  çulğalamış  milli 


 
 
27 
problematika,  milli  iftixar,  qürur  və  vətənpərvərlik  ruhu  ilə  yazılmış 
"Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri 
tənqid  tərəfindən  "ziyanlı  sənət",  "zərərli  təmayül"  kimi  qarşılanmışdı. 
Hər  iki  əsərin  mövzusu  türklərin  yadellilərə  qarşı  apardığı  rəşadətli 
mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq 
"Ədirnə fəthi" pyesini "Trablis müharibəsi və ya Ulduz" pyesinin davamı 
hesab  etmək  olar.  Bu  əsərlər  türk  məişətini,  türk  qəhrəmanlığını  və 
şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən 
"pantürkist",  "panislamist" təmayüllü əsərlər kimi qarşılanmış, az sonra 
tamamilə səhnədən çıxarılmışdır. 
"Trablis müharibəsi və ya Ulduz"  və  "Ədirnə fəthi" əsərlərinin 
mövzusu qardaş Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keç-
mişindən (1911-1913-cü illər) götürülmüşdür. 
"Ulduz" (1917) və "Ədirnə fəthi" (1917) əsərlərini müəllif öm-
rünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində 
yazmışdır.  C.Cabbarlı  Bakı  Politexnik  məktəbinin  tələbəsi  olmasına 
baxmayaraq,  Türkiyə  tarixinin  Balkan  müharibəsi  (1911-1913) 
dövrünü mətbuat məlumatları əsasında diqqətlə izləmiş, bəhrələndiyi 
tarixifaktlara  yaradıcı  münasibət  bəsləyərək,  problemlərin  və 
xarakterlərin  ziddiyyətli  məqamlarını  üz-üzə  qoyaraq  oxucuları  və 
tamaşaçıları təsir altına, gərgin həyəcanlı anlara sala biləcək, bu gün də 
Azərbaycanda mövcud olan ictimai vəziyyətlə bağlı əlahiddə aktuallıq 
kəsb edən dəyərli səhnə əsərləri yaratmışdır. 
"Ulduz"da hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan 
edir. "Ədirnə fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də 
bitirmiş,  əsər  elə  həmin  il,  dekabrın  15-də  tamaşaya  qoyulmuşdur. 
Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar 
mövqe  tutmuş  hakim  dairələrə  qarşı  türk  xalqının  qəzəbi,  itirilmiş 
Ədirnə  torpaqları  uğrunda  vətənpərvərlik  hərəkatı,  qəhrəmanlıq  və 
rəşadəti təşkil edir. 
Yazıçının  "Bakı  müharibəsi"  əsərində  1918-ci  ilin  martında 
Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlı-
lara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəh-


 
 
28 
rəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etmə-
sindən  danışılırdı.  Həmin  faciə  1919-cu  il  sentyabrın  16-da  Azər-
baycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Lakin çox təəssüf ki
əsər bu günə kimi tapılmamışdır. 
Cabbarlının  satirik  və  lirik  şeirlərdən  başlanıb  ictimai-məişət 
pyeslərinədək gələn ilk yaradıcılıq dövrünün ümumi istiqaməti belədir. 
Cəmi 3-4 il sürən bu dövrü yazıçının ədəbi təcrübə illəri adlandırmaq 
daha  düzgün  olar.  Bu  dövrdə  yazdığı  əsərlərin  bir  çoxuna  Cabbarlı 
nəinki böyük əhəmiyyət verməmişdi, hətta onların çap olunmasına da 
çalışmamışdı. 
Lakin buna baxmayaraq, bu dövr gənc yazıçının yaradıcılıq yolun-
da qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. 
Bu  dövrdə  Cabbarlı  realizm  yoluna  düşmüş  və  ictimai-məişət 
mövzularını  işləməyə  başlamışdı.  İlk  satirik  və  lirik  şeirlərində  o,  cə-
miyyətdəki  nöqsanlara  incə  bir  kinayə  ilə  gülməyi,  onları  acı-acı  qa-
mçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; he-
kayələrində  insanlar  arasındakı  münasibətləri  nisbətən  geniş  təsvir  et-
məyə,  yaxşı-yamanı,  xeyir-şəri  bir-birindən  ayırmağa  çalışmışdı.  Bu 
hekayələrində  Cabbarlı  hələ  cəsarətsiz  bir  şəkildə  olsa  da,  xarakterlər 
yaratmağa  təşəbbüs  etmişdi.  İlk  pyeslərində  isə  bu  təşəbbüs  daha  da 
artmışdı;  yazıçı  məişət  səhnələrini,  burjua  cəmiyyəti  ilə  toqquşan 
fərdlərin  faciəsini  və  nəhayət,  ictimai  ədalətsizliyə  qarşı  mübarizə 
meyllərini göstərməyi təcrübə etmişdi. 
Sənətkarlıq və dil cəhətdən də bu dövr Cabbarlı üçün bir hazırlıq 
məktəbi idi. 
 
Yaradıcılığının ikinci dövrü 
       C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı 
nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri oldu. Hər iki əsər 1921-
1923-cü  illərdə  Azərbaycan  Dövlət  Teatrında  müvəffəqiyyətlə  ta-
maşaya  qoyulmuş  və  teatrın  repertuarında  görkəmli  yer  tutmuşdur. 
İdeya  və  üslub  cəhətdən  bir-birinə  yaxın  olan  bu  əsərlərdə  Cabbarlı 
pulun  hökmranlıq  etdiyi  bir  cəmiyyəti,  bu  cəmiyyətdə  əzilən  zəh-
mətkeşlərin faciəsini göstərmişdir. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə