CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

 
 
52 
Kitab dadünyada, o cümlədən Azərbaycanda ekologiya elminin inkişaf 
tarixi, müxtəlif  səviyyələrdə (populyasiya, biosenoz, ekosistem, biosfer) təbii 
sistemlərin funksiyalarının əsas qanunauyğunluqları, insan ekologiyası; insan 
tərəfindən  təbii  ekosistemlərin  fəaliyyət  prinsiplərinin  pozulması  və  onun 
ekoloji  nəticələri;  ətraf  mühitin  (atmosfer,  hidrosfer,  litosfer,  o  cümlədən 
torpaq) əsas çirkləndiricilərinin ətraflı xarakteristikası və onların insanın sağ-
lamlığına  təsiri;  energetika  və  ekologiya;  iqlimin  qlobal  dəyişməsi  və  onun 
təbii-sosial-iqtisadi nəticələri, istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan 
səbəblər, turş yağışlar, litosferə, o cümlədən torpağa antropogen təsir, nitrat və 
nitrit-lərin  insan  sağlamlığına  təsiri,  səhralaşma,  bitki  örtüyünə  antropogen 
təsirin  nəticələri,  təbii  otlaqların  vəziyyəti,  bioloji  müxtəliflik  və  onun 
deqradasiyasının  səbəbləri,  dərman  bitkilərindən  istifadə,  təbiətin  müxtəlif 
istiqamətli dəyişdirilməsi; səs və elektromaqnit çirklənməsinin insan sağlam-
lığına təsiri; kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen eko-
loji qəzaların ətraf mühitdə nəticələri, təbii fəlakətlərin nəticələri, ətraf mühitin 
zərərli sosial faktorların ıninsanın sağlamlığına təsiri. 
«Ekologiya,  ətrafmühit  və  insan»  kitabı  ekoloqlar,  bioloqlar,  coğ-
rafiyaşünaslar,  torpaqşünaslar,  meşəçilər,  kənd  təsərrüfatı,  həmçinin  təbii 
ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul 
olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 
Məmmədova, Afət Oqtayqızı. Bitki bioindikatorları və ətraf mühitin 
qiymətləndirilməsi:  monoqrafiya  /  A.  O.  Məmmədova;  elmi  red.  U.  K. 
Ələkbərov; Bakı Dövlət Universiteti. - Bakı: BDU nəşriy - yatı, 2008. - 175 s. 
Monoqrafiya  ətraf  mühitin  keyfiyyətinin  qiymətləndirilməsi  və  idarə 
edilməsində  bitkilərin  istifadəsinə  əsaslanan  biomonitorinqə,  bu  sahədə  yeni 
üsullarının işlənməsinə və istifadəsinə həsr edilmişdir. 
Abdullayev, Əli İzzətoğlu. Dəniz-neft-qaz istehsalında ətraf mühitin 
mühafizəsi: monoqrafiya / Ə. İ. Abdullayev. - Bakı: Elm, 2007. - 472 s. 
Abdullayev,  Kamal  Mehmanoğlu.  Enerji  ehtiyatları,  elektrik  enerjisi 
istehsalı  və  ətraf  mühit:  dərslik  /  K.  M.  Abdullayev,  Y.  İ.  Lətifov,  G.  K. 
Abdullayeva;  red.  K.  M.  Abdullayev.  I  cild:  Enerji  ehtiyatları  və  elektrik 
enerjisi istehsalı. - Bakı: Zaman-3, 2005. - 448 s. 
 


 
 
53 
Ətraf mühitin iqtisadiyyatı : dərs vəsaiti / Bakı Biznes Universiteti; 
tərt. müəl. İ. H. İbrahimov, elm ired. İ. M. Abbasov. - Bakı: Bakı Universiteti 
Nəşriyyatı, 2015. - 357 s. 
Dərs  vəsaiti  ətraf  mühitin  iqtisadiyyatı  elminin  mahiyyəti,  metodları, 
vəzifələri,  ətraf  mühitin  mühafizəsi,  təbii  ehtiyatlar,  ekologiya  və 
iqtisadiyyatın  qarşılıqlı  əlaqələri,  təbii  sərvətlərdən  istifadə  və  onun 
səmərəliliyi, 
təbii 
ehtiyatların 
qiymətləndirilməsi, 
ətraf  mühitin 
çirklənməsindən dəyən ziyanın müəyyən edilməsi məsələləri müasir tələblər 
baxımından şərh edilir. 
         
          Sosial  ekologiya  (sosioekologiya):  dərslik  /  Q.  Ş.  Məmmədov  [etal.]; 
elmi red.: Ə. B. Məmmədov, F. Ə. Mustafayev. - Bakı: Radius, 2015. –  
670 s. 
Dərslikdə  Azərbaycanda  ətraf  mühit  üzrə  qanunvericilik,  qəbul 
olunmuş  milli  və  dövlət  proqramları,  Azərbaycan  Respublikasının  ekoloji 
siyasəti, onun prioritet istiqamətləri və prinsipləri haqqında söhbət açılır. 
Göyçaylı, Şövqi Yusifziya oğlu. Ətraf mühiti mühafizə: dərs vəsaiti 
/ Ş. Y. Göyçaylı, B. M. Əzizov. - Bakı: MBM, 2008. - 278 s. 
Dərs  vəsaitində  ətraf  mühiti  mühafizə  fənninin  metodoloji  əsasları, 
elmlərarası  əlaqələri,  mühitin  keyfiyyətinə,  atmosferin,  su  hövzələrinin 
çirklənməsinə,  səs-küy  və  vibrasiyadan,  ionlaşdırıcı  şüalanmaya  nəzarət, 
profilaktika və mühafizə tədbirlərinin aparılması məsələləri təhlil edilmişdir. 
 
Məmmədova,  Leyla  Nəbi  qızı."Azərbaycan  təbiəti"  elmi-metodik 
jurnalında ətraf mühitin qorunması problemləri (jurnalın materialları 
əsasında): monoqrafiya / L. N. Məmmədova; elmi  
red. B. Ə. Budaqov; AMEA akad. H. Ə. Əliyev adına Coğrafiya İnsti-tutu. - 
Bakı: Elm və Təhsil, 2012. - 192 s. Monoqrafiyada hər zaman üçün həlli vacib 
olan aktual mövzu: təbiətin və ətraf mühitin insanlar tərəfindən düçar edildiyi 
problemlər işıqlandırılmışdır. 
Ətraf mühit kimyası : dərslik / R.Ə.Əliyeva [et al.]; elmi red. T. M. 
İlyaslı. - Bakı: UniPrint, 2013. - 280 s. 
Kitabda  dərs  proqramına  uyğun  olaraq  biosferdə  baş  verən  müxtəlif 
fiziki-kimyəvi  proseslərin  mahiyyətini  aydınlaşdırmağa  imkan  verə  bilən 
ətraflı materiallar verilmişdir. 


 
 
54 
Hanter, David. Ətraf mühit haqqında beynəlxalq hüquq və siyasət 
/ D. Hanter, C. Saizman, D. Zealke ; red. heyəti R. K. Klark [et al.]. - II nəşri. 
- Bakı: Adiloğlu, 2008. - 1720 s. 
Bu  nəşr  Amerika  Birləşmiş  Ştatlarının  Azərbaycandakı  Səfirliyinin 
dəstəyi  vasitəsilə  dərc  olunub.  Burada  ifadə  edilmiş  fikirlər,  faktlar  və 
nəticələr  və  ya  məsləhətlər  Müəlliflərə  aiddir.  Bu  fikirlər  Amerika 
Hüquqşünaslar  Assosiasiyasinin  nə  nümayəndələr  palatası,  nə  də  İdarə 
Heyəti  tərəfindən  təsdiq  edilib.  Kitabda  qeyd  edilən  fikirlər  Amerika 
Birləşmiş Ştatları Dövlət Departamentinin və ya ABA/CEELİ-nin mövqeyini 
əks etdirmir. 
Qurbanzadə,  Ağazeynal  Alı  oğlu.  Ekologiya:  sosial-iqtisadi  əsasları
monoqrafiya /  A.  A. Qurbanzadə ;  elmi red.  Z.  S. Məmmədov.  - Bakı: Elm, 
2010. - 159 s. 
Monoqrafiyada  ekologiya  elminin  konseptual  sosial-iqtisadi  əsasları, 
dayanıqlı  inkişaf  istiqamətləri,  ekoloji-təhlükəsizlik  sisteminin  müasir 
tələblər baxımından təhlilləri aparılmışdır. 
İbrahimov,  Tahir  Oruc  oğlu  Azərbaycan  qoruqlarının  ekolo-
jiproblemləri:  2  hissədə  /  T.  O.  İbrahimov;  elmi  red.  B.  Ə.  Budaqov;  Bakı 
Dövlət Universiteti. I hissə. - Bakı : Mars-Print, 2011. - 256 s. 
Kitab  müəllifin  müxtəlif  illərdə  (Beynəlxalq,  Ümumittifaq  və  res-
publika  elmi  konfranslarının  materiallarında)  çap  etdirdiyi  elmi  məqalə  və 
tezislərin toplusudur. Əsasən Azərbaycan qoruqlarının ekoloji problemlərinə 
həsr olunmuş həmin məqalələr ayrı-ayrı qoruq və yasaqlıqların özünəməxsus 
və zəruri olan tədbirlərdən bəhs etdiyi və onların bəzilərinin kiril əlifbası ilə 
yazıldığı nəzərə alınaraq yenidən tərtib olunmuşdur. Bu kitab coğrafiyaçılar, 
ekoloqlar, ali məktəb tələbələri  və magistrantlar üçün  nəzərdə tutulmuşdur. 
Müəllif  yazır  Azərbaycan  təbiətinin  vurğunu  olan,  sanki  meşələrdəki 
ağacların  sayını  əzbər  bilən,mərhum  akademik  Həsən  Əliyev  sağ  olsaydı 
«Həyəcan təbili»ni bir də çalardı və hər bir Azərbaycanlıya kəsilən bir ağacın 
sızıltısını özünün sındırılan qolu timsalında görməyi, duymağı tövsiyə edərdi. 
Və yəqin ki, son hökmünü xalq şairimiz Hüseyn Arifin poeziya dili ilə 
belə verərdi: 
 
Dağ üstündən dağ çəkilir təbiətə 
Bu haqsızlıq, bu acgözlük 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə