CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə25/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

 
 
76 
muzeyləri və kitab səhifələrini bəzəməklə sənətsevərlərə estetik zövq 
verməkdə,  oxuculara  Sabir  poeziyasının  çoxqatlı  məna  tutumunu 
duymaqda  yardımçı  olmaqdadır.  Bütünlükdə  həmin  sənət  əsərləri 
yüksək  bədii-estetik  dəyərinə  görə  milli  incəsənətimizin  çoxəsrlik 
tarixini  zənginləşdirən  nümunələr  hesab  olunurlar.  Elə  kitabda  da 
onların  daşıdıqları  zəngin  məna-məzmun  tutumuna,  sənətkarlıq 
xüsusiyyətlərinə aydınlıq gətirir. 
 
(Əliyev, Ziyadxan Alxan oğlu. Sabir təsviri sənətdə/Z. Əliyev ; 
[üz  qabığı  G.  Ağayev,  A.Həsənov]  ;  Azərb.  Resp.  Mədəniyyət  və 
Turizm Nazirliyi.- Bakı: Təhsil, 2012.-166 s.) 
 
    
        Mirzə Ələkbər Sabirin şeirlərindən nümunələr
 
 
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! 
 
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Gərçi bu bədbəxt özü elmə həvəskardır, 
Kəsbi-kamal etməyə səyi dəxi vardır, 
Məncə bu işlər bütün şiveyi-küffardır, 
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır, 
Elmin əbəs olduğun anlamayır, qanmayır, 
Sair uşaq kimi hər sözə aldanmayır, 
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Eyləmərəm rəhm onun gözdən axan yaşına, 
Baxsın özündən böyük öz qoçu qardaşına, 
Ölsə də verməm rıza şapqa qoya başına, 
Kafir ola bir nəfər, oxutmuram əl çəkin! 


 
 
77 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? 
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? 
Yatmaram əsla belə dinə dəyər sözlərə! 
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Qoysanız öz oğlumu mən salım öz halimə, 
Sənətimi öyrədib, uydurum əhvalimə, 
Dün bu oxutmaq sözün ərz elədim alimə
Söylədi : ”haza kəfər…”, oxutmuram əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız, 
İndi beş ildir tamam dinimə əl qatmısız, 
Sevgili övladımı kafirə oxşatmısız, 
Duydum işin sərbəsər, oxutmuram əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Satmaram öz əqlimi siz kimi laməzhəbə, 
Razıyam oğlum gedə qəbrə, - nə ki məktəbə! 
Məktəb adın çəkməyin, - mələbədir, mələbə!.. 
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Bəsdir o bildikləri, kaş onu da bilməsə! 
Canıma olsun fəda bir də üzü gülməsə! 
Ta ki, o zehnindəki fikrləri silməsə, 
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Fikrimi verməm əbəs siz kimi nadanlara, 
Sövq edəsiz oğlumu bir para hədyanlara
Çünki xəyanətçisiz cümlə müsəlmanlara, 
Mənzilınizdir səqər, oxutmuram, əl çəkin! 
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin! 
 
 


 
 
78 
Millət necə tarac olur olsun, nə işim var?! 
 
Millət necə tarac olur olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur olsun, nə işim var?! 
Qoy mən tox olum özgələri ilə nədir karim
Dünyavü cahan ac olur olsun nə işim var?! 
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, 
Yatmışları razı deyiləm kimsə oyatsın, 
Tək-tək ayılan varsada həq dadıma çatsın, 
Mən salim olum cümlə cahan batsada batsın; 
Millət necə tarac olur olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur olsun, nə işim var?! 
Salma yadıma söhbəti tarixi cahanı, 
Əyyami-sələfdən demə bir sözdə filani, 
Hal isə gətir meyl eləyim domlanı, nani, 
Müstəqbəli görmək nə gərək, ömürdü fani; 
Millət necə tarac olur olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur olsun, nə işim var?! 
Övladi vətən qoy hələ avarə dolansın, 
Çirkabi-səfalətlə əli, başı bulansın, 
Dul övrət isə sailə olsun, oda yansın, 
Ancaq mənim avazeyi-şənim uçalsın; 
Millət necə tarac olur olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur olsun, nə işim var?! 
Hər millət edir səfheyi-dünyada tərəqqi, 
Eylər hərə bir mənzili-məvada tərəqqi, 
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi, 
Bizdə edərik aləmi-röyada tərəqqi; 
Millət necə tarac olur olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur olsun, nə işim var?! 
 
Çatlayır, Xanbacı, qəmdən ürəyim 
 
Çatlayır, Xanbacı, qəmdən ürəyim, 


 
 
79 
Qavışıb lap acığımdan kürəyim. 
Nola bir evdə qoyaydız qarabaş, 
Verməyəydiz məni bu əbləhə, kaş! 
Mən ki, damdan, bacadan baxmaz idim
Su kimi hər tərəfə axmaz idim. 
Hərzə-hərzə danışıb gülməz idim, 
Ər nə şey olduğunu bilməz idim; 
Oturub ac komasında atamın, 
Biş-düşün hazır edərdim anamın; 
Bitləyərdim nənəmin baş, yaxasın, 
Yamayardım babamın çul-çuxasın, 
Tez durub sübh sağardım inəyi, 
Xansənəmdən diləməzdim köməyi; 
Neyləyirdim bəzəyi уа düzəyi? 
Dama, divara yapardım təzəyi. 
Atam əllaf, babam dülgər idi, 
Qardaşım culfa, əmim kargər idi, 
Xanbibim falçı, nənəm bağ toxuyan, 
Bizdə, haşa, yox idi bir oxuyan! 
Evimizdə var idi hər nə desən: 
Qatıq, ayran ilə qaymaq, nə yesən! 
Nə bilirdik nə zəhirmardı kitab? 
Biz olan evdə haçan vardı kitab? 
Büsbütün gül kimi insanlarıdıq, 
Nə müəllim və nə dərs anlarıdıq. 
Dəftərin andıra qalmış sözünü, 
Eşidib görməmiş idik üzünü. 
Boylə bir tərbiyəli evdə müdam, 
Bəslədiz mən kimi bir sərvi-xüram. 
Vay о gündən ki, məni ad elədiz, 
Elə bildiz də ki, dilşad elədiz. 
Mən də sandım ki, dönüb bəxtəvərə, 
Gedirəm bir nəfər insana ərə. 
Nə bilim boylə də insan varmış, 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə