CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə22/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

 
 
67 
O,  Qaradağ  mahalından  çıxan,  gəncliyində  bir  müddət  əsgər 
olub,  sonralar  yoxsul  kəndlilərin  partizan  dəstələrinə  başçılıq  edən 
məşhur qəhrəmandır. Səttarxan inqilabın ilk günlərindən Təbriz əncü-
məninin üzvü olmuş, hərəkatda coşqun bir ruhla iştirak etmişdi. 1906-
1907-ci illərdə artıq o, Təbriz inqilabçılarının rəhbəri idi. 
İnqilabçılar 1908-ci ildə şah qoşunlarını darmadağın edib, Təb-
rizdən qovduqdan və xeyli hərbi qənimət ələ keçirdikdən sonra Səttar-
xanın  nüfuzu  daha  da  artdı.  Onun  igidliyi  haqqında  el  mahnıları, 
yazıçıların və xalq şairlərinin əsərləri yarandı. Sabirin şeiri də məhz bu 
zaman yaranmışdır. 
Sabir şeiri öz halı, öz hiss və həyəcanları haqqında coşqun sözlərlə 
başlayır. O, oxucusundan xahiş edir ki, mənim bu həyəcanlarım, mənim 
coşqunluğum sənə təəccüblü gəlməsin; məni “divanə” bilmə! Mən təbi 
dəniz kimi dalğalanan bir şairəm. Sevincimin, həyəcanlarımın səbəbi isə 
azadlığa  olan  sonsuz  məhəbbətimin  coşması,  zülm  və  istibdada  qarşı 
çıxmış qəhrəmanların mərdliyinə şahid olmağımdır. 
Şeirdə  Tehranda  Məclisin  qovulmasından  sonra  Cənubi  Azər-
baycanda, yeni inqilab mərkəzi Təbrizdə əmələ gəlmiş coşqun ruh yük-
səkliyi tərənnüm edilir. Bütün bəndlərin sonunda “Afərinim” himməti-
valayi-Səttarxanədir”  sözləri bir  nəqarat halında təkrar edilərək,  şe`rin 
mərkəzi motivini xüsusi nəzərə çatdırır. Sabir yazır ki, Səttarxan “vətən 
namusu”  yolunda  göstərdiyi  rəşadətlə təkcə  İran şahını  və ə`yanlarını 
yox, bütün dünyanı “mat edən” bir qəhrəmandır. 
Əsər inqilabçıların şərəfinə deyilən alqış nidaları ilə qurtarır: 
 
Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa! 
Dustü düşmən əl çalıb, eylər sizə səd mərhəba! 
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa! 
Cənnəti-ə`ladə peyğəmbər sizə eylər dua. 
Çün bu xidmətlər bütün islamədir, insanədir, 
Afərinim himməti-valayi-Səttarxanədir. 
 
Sabirin  təsvirində  Səttarxan  inqilabçı  qəhrəman  timsalı,  dərin 
məhəbbətlə təqdim edilən müsbət surətdir. Şair bu surəti lirika dili ilə


 
 
68 
sevinc və hərarətlə təsvir edir, onu özü sevdiyi qədər oxucuya da sev-
dirməyə çalışır. 
Şeir əruzun təntənəli bəhrlərindən olan rəməl bəhrində failAtün, 
failAtün,  failAtün,  FailAt  ölçüsündə  yazılmışdır.  Əruz  vəzninin 
tələbinə  uyğun  olaraq  misralarda  “Hali-məczubum”,  “nərəyi-şuridə”, 
“şeiri-tər”,  “behcət”,  “şürur”  kimi  onlarla  ərəb-fars  söz  və  ifadələri 
işlənmişdir. Ancaq bu ifadələr, şe`rin dilini qismən qəlizləşdirirsə də, 
ümumi  mə`nanın,  bədii  ideyanın  başa  düşülməsinə  mane  olmur. 
“Səttarxana”  şeiri  “Molla  Nəsrəddin”  jurnalı  vasitəsilə  dərin 
məhəbbətlə qarşılanıb geniş yayılmış, əldən-ələ,dildən-dilə keçmişdir. 
Cənubi  Azərbaycanda  mücahidlər  bu  şeiri  nəğmə  kimi  xorla  döyüş 
səngərlərində  oxuyurdular.  Sonralar  şeir  kütləvi  xalq  mahnısına 
çevrilmiş  və  uzun  müddət  Təbriz,  Xoşginab,  Zəncan,  Qaracadağ 
mahallarında sevilə-sevilə oxunmuşdur. 
 
Sabirin dini baxışları 
Mollaxana təhsilindən bir fayda almayan Sabir sonralar İslam di-
ninin əsil həqiqətlərini öyrənərək, heç də bu dinin əvvəllər ona öyrə-
dilən xurafatla əlaqəsi olmadığını gördü. Bu işdə ona müəllimi Seyid 
Əzim  Şirvani  də  yol  göstərənlərdən  biri  olmuşdur.  Sabir  İslamı  bu 
dinin tələb etdiyi kimi elm və hikmətlə öyrənməyə və həyatında tətbiq 
etməyə  başladı.  SSRİ  dövrünün  tədqiqatçılarının  Sabiri  bəzən  dini 
tənqid edən şair kimi təqdim etməsi, şairin öz əsərləri ilə təkzib edilir. 
O, ömrünün sonuna qədər dindar bir şəxs olub. “Dini don” adı altında 
insanları aldadanlara qarşı həcvlər yazdığı üçün bolşevik və marksist 
ideoloqları bu cür şeirlərdən sui-istifadə edərək, onsuz da İslam dini 
haqqında  az  məlumatlı  olan  oxuculara  Sabirin  din  əleyhidarı  kimi 
təqdim olunmasına "əsas vermişdir". Onun hədəf obyektinə tuş gələn 
dövrünün  saxta  dindarlarına  və  onların  müasirlərinə  baxsaq, 
xələflərinin də onlardan çox az fərqləndiklərinin şahidi olarıq. Sabir, 
“Molla Nəsrəddinin 10-cu nömrəsində "Qızdırmalı" imzası ilə yazılan 
şeirlərə cavabşeirində belə yazır: 
 
Madam ki, hamiyani zülmət
Xoşlar ki, davam edə cəhalət: 


 
 
69 
Heyhat bilirmi onda millət; 
Tövhid nədir və ya nübüvvət?! 
 
Bu misralarda Sabir göstərir ki, millətin İslam dininin iki əsası 
olan tovhidin (Allahın Rəbb olaraq, İlah olaraq və isim və sifətlərində 
təkliyinin) və nübuvvətin (Allahın nəbisi olan Muhəmmədin iman və 
əxlaq  üzrə  yolunun  -  sünnəsinin  mahiyyəti)  nə  demək  olduğunu 
bilməməsi  cəhalətin  davam  etməsini  istəyən  mövhumatçı  və  xura-
fatçıların, həmçinin atesit və materialistlərin əsas məqsədidir. 
O “Məktub” şeirində isə, şeirə Molla dayı xitabıyla başlayır, sonra 
şeirin qafiyəsi və birinci beytdən sonra “əmu”nun dilindən deyir: 
 
Çox da sənin tək deyiləm naxələf, 
Ta olam aqi-pədərani-sələf! 
Elmlə övladımı etməm tələf, 
Min də desən söz belə söhbət belə! 
 
Bu misralarda isə Sabir saleh sələflərin - peyğəmbər və səhabə-
lərinin yolu ilə gedib İslama xurafat kimi deyil, elm, hikmət və əxlaq 
qaynağıkimi baxanların yolu ilə getməyin xurafatçı mollaların xoşuna 
gəlmədiyini izhar edir. 
Sabir “Analar bəzəyi” şeirində: 
 
"Elmə çağırır bütün əvamı, 
Əl-elmü fəridatun kəlamı”deyir. 
 
Bu misralardakı "Əl-elmü fəridatun" ("Elm vacibdir") ifadəsinin 
mötəbər şəriət alimlərinin Quran və səhih hədislər əsasında verdikləri 
“Taləbul  elm  faridatun  alə  kulli  muslimin”  (Elm  tələb  etmək  bütün 
müsəlmanlara  vacibdir)  fətvalarından  götürüldüyü  şübhə  doğurmur. 
Bununla  o,  elmi  tələb  etməyin  vacibliyiniyuxuda  huri  axtaran  qafil 
dindarlara və avam insanlarabildirir. 
Sabir, dövrünün müsəlmanlarını kafir adlandıran yalançı din xa-
dimlərinə yazdığı bir şeirdə onların dili ilə danışıb deyir: 
 
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz, 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə