CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə24/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

 
 
73 
arasında  təbliğindən  ibarətdir.  Bu  məqsədlə  Fond  bir  sıra  vəzifləri 
həyata  keçirməyi  planlaşdırır.Sabir  ədəbi  irsinin  tədqiqi  işinin 
mərkəzləşdirilməsi,  biblioqrafiyasının  yaradılması,  gənc  araşdırmaçı-
ların cəlb edilməsi ilə yeni təhqiqat işlərinin aparılması, onların dərci ilə 
məşğul olmaq; 
Bakıda Sabir muzeyinin yaradılması üçün maddi-texniki bazanı 
təşkil etmək; 
Sabir irsinin cəhalətlə mübarizə və maarifçilik qayələrinə uyğun 
olaraq məktəb yaşlı uşaqlar, eləcə də gənclər, ali təhsil məktəblərinin 
müdavimləri  üçün elmin  bütün  sahələrində  olimpiadalar,  seminarlar, 
dəyirmi masalar təşkil etmək. 
 
Ünvan:  Bakı  şəh.,  Nəsimi  r.,  Akademik  Mir-Qasımov3,  m.  36  A 
(TibbUniversitetinin yaxınlığında) 
E-mail: sevda.tahirli@hotmail.com;smt27@inbox.ru 
https://www.facebook.com/MirzaAlakbarSabir/ 
 
Böyük  söz  ustadı  Mirzə  Ələkbər  Sabirin  yaradıcılığı  ədəbiyyat-
şünasların geniş elmi-tədqiqat obyekti olmaqla yanaşı, təsviri sənətdə də 
geniş əks olunub, şairin şeirlərinə illüstrasiyalar çəkilmişdir. 
Biz də şairin 150 illik  yubileyi ərəfəsində onun həyat  yoluna və 
əsərlərinə həsr olunmuş tablolara Əməkdar incəsənət xadimi, sənətşünas 
Ziyadxan Əliyevlə birgə nəzər saldıq. Həmsöhbətim bildirdi ki, Sabirin 
əsərlərinə həsr olunmuş illüstrasiyalar ilk dəfə toplu halında 1914-cü ildə 
“Hophopnamə”  kitabında  işıq  üzü  görüb:  “Həmin  nəşrə  Əzim 
Əzimzadənin  24  illüstrasiyası  daxil  edilmişdi.  İllüstrasiyalar  şairin  ən 
məşhur şeirlərinə çəkilmişdi. 1922-ci ildə xalqın bu nəşrə olan tələbatı 
nəzərə  alınaraq  “Hophopnamə”  yenidən  çap  edilir.  Bu  zaman  kitaba 
daha  33  rəsm  əlavə  edilir.  Bu  illüstrasiyaları  da  Əzim  Əzimzadə 
çəkmişdi”. 
1934-cü ildə “Hophopnamə”nin çapı yenidən gündəmə gəlir və bu 
dəfə kitabın tərtibatı Xalq rəssamı İsmayıl Axundova həvalə olunur. O, 
Ə.Əzimzadə ənənələrindən kənar, təkrarlığa yol vermədən tamam başqa 
səpgidə rəsmlər hazırlayır:  “Amma bu rəsmlər bədii  və psixoloji təsir 
gücünə  görə  Ə.Əzimzadənin  əsərlərindən  geri  qalırdı.  Həmin  rəsmlər 


 
 
74 
insanların  yaddaşında  o  qədər  güclü  iz  buraxmışdı  ki,  oxucular 
“Hophopnamə”ni  başqa  rəssamın  tərtibatında  qəbul  etməkdə  bir  növ 
çətinlik çəkirdilər. 1980-ci ildə “Yazıçı” nəşriyyatında şairin yeni kitabı 
hazırlanır.  Bu  zaman  kitabın  rəsm  işləri  Xalq  rəssamı  Mikayıl 
Abdullayevə tapşırılır. Lakin o, bu işdən imtina edir. Bilirdi ki, Sabirin 
şeirlərini dərs aldığı ustadı Ə.Əzimzadənin təsirindən çıxarmaq qeyri-
mümkündür. Bu zaman rəsmlər gənc rəssamlardan birinə həvalə olunur. 
Həmin  gənc  bu  gün  Xalq  rəssamımız  olan  Arif  Hüseynov  idi.  Arif 
Hüseynovun  çəkdiyi  eskizlər  bəyənilir  və  kitabın  nəşrində  həmin 
rəsmlərdən  istifadə  edilir.  Bu  rəsmlərdə  tamam  fərqli  bir  yanaşmanın 
şahidi oluruq. Amma əminliklə deyə bilərik ki, Ə.Əzimzadənin nüfuzu 
Sabir  yaradıcılığında  xüsusi  idi.  Sabirin  sözlə  yaratdıqlarını  rəssam 
təsvirlə  göstərə  bilib.  Bu  səbəbdən  də  çox  zaman  Əzimzadəni  təsviri 
sənətin Sabiri adlandırırlar”. 
Həmsöhbətim deyir ki, Sabir sözün böyük rəssamı olduğu üçün 
onun  şeirlərini təsvirə  çevirmək  o  qədər də  çətin  deyil.  Şairin  təsvir 
etdiyi  hadisələr  ətraflı,  obrazları  koloritli,  dolğun  ifadə  edildiyindən 
rəssamlar  üçün  də  işləmək  asan  olur:  “Uzun  illərdir  ki,  Sabir  yara-
dıcılığı rəssamlarımız üçün ilham mənbəyi olaraq qalmaqdadır. Əzim-
zadədən  sonra  Sabir  yaradıcılığına  ən  davamlı  və  dolğun  münasibəti 
Nəcəfqulu İsmayılovun işlərində görürük. 1962-ci ildə şairin 100 illik 
yubileyi  ərəfəsində  nəşr  olunan  kitabın  tərtibatı  Əməkdar  incəsənət 
xadimi N.İsmayılova tapşırılır. O, bu nəşrə 30 rəsm həsr edir və şairin 
yaddaqalan portretini işləyir”. 
Z.Əliyev bildirdi ki, şairin 150 illiyinin keçirilməsi ilə əlaqədar 
ölkə Prezidentinin sərəncamının icrası ilə bağlı tərtib olunan tədbirlər 
planına  “Sabir  təsviri  sənətdə”  adlı  kitabın  hazırlanması  da  nəzərdə 
tutulmuşdur:  “Sabir  və  rəssamlıq  mövzusu  ilk  dəfə  olaraq  tədqiq 
olunur. Bununla əlaqədar bir çox mənbələr araşdırılmış, bu vaxta qədər 
Sabir  yaradıcılığına  nə  qədər  rəssamlıq,  heykəltəraşlıq,  tətbiqi  sənət 
münasibəti varsa, hamısını bu kitabda toplaya bildik. 
Təxminən 170 səhifəlik kitabda şairin yaradıcılığını əks etdirən 
bütün rəssamlıq əsərləri öz əksini tapıb”. 


 
 
75 
Nəşrdə  Sabirin  müxtəlif  rəssamlar  tərəfindən  çəkilmiş  rəsmləri, 
ayrı-ayrı  tişə  ustaları  tərəfindən  ucaldılmış  heykəlləri  barədə  də  söz 
açılır.  Paytaxtdakı  Sabir  bağında  ucaldılmış  heykəl  (müəllifi  Cəlal 
Qaryağdı),  Milli  Kitabxananın  logiyasında  Xalq  rəssamı  Xanlar 
Əhmədovun hazırladığı heykəli, Şamaxıda (müəllifi İbrahim Zeynalov), 
Sabirabaddakı  (müəllifi  Asif  Əsgərov)  heykəlləri  qeyd  etmək  olar. 
Bunlardan  əlavə,  tanınmış  heykəltəraş  Sahib  Quliyevin  diplom  işi, 
Hüseyn  Əhmədovun,  Hüseyn  Haqverdiyevin,  Azad  Əliyevin  Sabirin 
yubileyləri ilə bağlı hazırladıqları heykəl və medalları qeyd edə bilərik. 
Son illər tətbiqi sənət sahəsində məşhur fırça ustamız Tahir Salahov 
öz  əsərlərinin  xalça  variantını  hazırlamağa  başlamışdır  və  belə 
variantlardan  biri  də  Sabirə  həsr  olunmuşdur.  Şairin  portretini  xalçaya 
köçürən  ilk  xalçaçı  rəssam  Fazil  Abbasquluzadə  olmuşdur.  Rəssam 
Sənubər Səmədova öz yaradıcılığında Sabir mövzusuna tez-tez müraciət 
edərək  maraqlı  əsərlər  yaratmışdır.  Rauf  Həsənov,  Səmədağa  Cəfərov, 
Camal  Rəhimov,  Səkinə  Şahsuvarova  kimi  sənətkarların  əsərlərində 
keramik nümunələr və şüşə qablara rast gəlmək olar. 
Əsrin əvvəli ilə sonunda Sabir yaradıcılığına rəssamların baxış-
larında fərqliliyə rast gəlirik. Şairin obrazları əsrin əvvəllərində komik 
qəbul edilirdisə, əsrin sonunda fəlsəfi yanaşmanın şahidi oluruq. Çox 
vaxt  deyirik  ki,  Sabir  100  il  qabağı  görə  bilib,  amma  Sabir  o  vaxt 
gördüklərini yazıb, sadəcə, biz insanlar dəyişməmişik. Bu səbəbdən də 
müasir  rəssamlarımız  Sabir  yaradıcılığına  müraciət  edərkən  onun 
poeziyasının fəlsəfi yükünü göstərməyə çalışırlar. 
 
(Azəri,  Lalə.  Mirzə  Ələkbər  Sabir  yaradıcılığı  təsviri  sənətdə 
/L.Azəri // Mədəniyyət.-2012.- 30 may.- S. 11.) 
 
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Sabir təsviri sə-
nətdə”  kitabında  öz  bənzərsiz  “Hopopnamə”si  ilə  Azərbaycan  ədə-
biyyatında dərin iz salmış dahi söz xridarının həyat və yaradıcılığına 
həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır. 
Rəssam və heykəltəraşlarımız tərəfindən yaradılmış həmin rəngkarlıq, 
qrafika,  heykəltaraşlıq  və  dekorativ-tətbiqi  sənət  əsərləri  müxtəlif 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə