CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə23/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

 
 
70 
Doludur lənət ilə, qeybət ilə söhbətimiz
Oxumaqdan payımız yox, yazıdan qismətimiz, 
Bu avamlıqla belə hər sözü təfsir edəriz
Yeri gəldikdə müsəlmanları təkfir edəriz. 
 
 
Sabir  dinə  bir  çox  yönümdən  yanaşaraq,  ibadəti  İslamın  tələb 
etdiyi kimi deyil, uydurulmuş bidətlərlə yaşayan firqələrə, xüsusən su-
filərə qarşı da yazdığı satiralarla diqqət çəkir: 
 
“Hu” çəkib axır gəzəsən kubəku, 
Tərk edəsən zöhd müsəllasını. 
Küfrdə təqlid edəsən şairə
Zikr edəsən şeri-müvəffasını. 
 
Sabir burada "şairin ərsəyə gətirdiyi şeirləri oxumaqla ayılmaq, 
zühd namazgahını tərk edərək bidət əməllərdən olan “hu” deyə-deyə 
küçə-küçə gəzməkdən daha yaxşıdır" deyir. 
Sovet  hakimiyyəti  illərində  Sabirin  "Hophopnamə"si  böyük 
tirajla bir neçə dəfə çap olunmuşdur. 
 
Maarifçilik fəaliyyəti 
 
Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci 
ildə  ziyarət  adı  ilə  səyahətə  çıxıb,  Orta  Asiyaya,  oradan  da  İrana 
gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şə-
hərləri  gəzir.  Bir  tərəfdən  yerli  feodal  və  ruhani  ağaların  taladığı  bu 
yerlərin  yoxsulluğu  və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tə-
rəfdən  bu  şəhərlərdə  tərəqqipərvər  alim  və  yazıçılarla  görüşüb  tanış 
olur. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir 
vaxtında  Sabir  vəfat  edir.Şairin  cənazəsi  Şamaxıda  "Yeddi  günbəz 
qəbiristanı"nda  dəfn  olunur.  Mövcud  vəziyyətdən  çıxış  yolu  kimi 
Sabirin  satiralarında  məktəbə,  ictimai-mədəni  və  texniki  tərəqqiyə, 
milli-mənəvi  özünüdərkə  dəvət  motivi  ön  mövqeyə  çəkilmişdir.  Bu 
məqamda şairin seçdiyi oyanmış qəhrəman “Qanma!” əmrinə “Qabili-


 
 
71 
imkanmı olur qanmamaq?” cavabını verir. Milli oyanışa nail olmağın 
yolunu  şair  elmə  və  təhsilə  yiyələnməkdə,  özünüdərketmədə,  dünya 
işlərindən  baş  çıxarmaqda  görür.  Ona  görədir  ki,  M.Ə.Sabirin 
yaradıcılığında  məktəb,  maarifçi  ziyalı,  məktəbə  gedən  uşaq,  elmə, 
təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. Şərti olaraq 
bu  tip  şeirləri  maarifçi  satirik  şeirlər  adlandırmaq  olar.  “Bilməm  nə 
görübdür  bizim  oğlan  oxumaqdan”,  “Neçin  məktəbə  rəğbətim 
olmayır”, ”Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, 
əl  çəkin”,  “Ürəfa  marşı”  və  s.  kimi  satiralarında  elmsizliyin, 
savadsızlığın bəlaları, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız 
elm öyrənməklə, təhsil almaqla özünüdərkin isbatı kimi öz dövrü üçün 
çox  aktual  olan  məsələlərdən  söz  açılmışdır.  Sabir  dolayı  yolla 
məktəbin  milli  oyanışın,  dirçəliş  və  tərəqqinin  əsas  hərəkətverici 
qüvvəsi olduğu qənaətindədir. 
Şairin  yaradıcılığındakı  cəhalət,  mövhumat  və  fanatizmə  qarşı 
kəskin  mübarizə  nəticə  etibarilə  köhnə  həyat  tərzindən  və  gerilikdən 
xilas olmaq, yeniləşməyə meyl etmək qayəsini izləyir. Cahil mollala-
rın, mənəvi əsarətin əsasbaiskarları olan yalançı din xadimlərinin tən-
qidi  baxımından  Sabir  mollanəsrəddinçi  şairlərin  hamısından  irəli-
dədir.Şair  savadsız,  köhnəpərəst,  şəxsi  mənafelərini  üstün  tutan  qon-
darma  din  təmsilçilərini  sadəcə  tənqid  etməklə  kifayətlənmir,  sona 
qədər  ifşa  etmək  üçün  onların  iç  üzünü,  mənfur  niyyətlərini  böyük 
cəsarətlə açıb göstərir. 
Sabir  hətta  xalqdan  uzaq  düşən  belə  üzdəniraq  bəndələrin  yeri 
gəldikdə  yad  ölkələrin  maraqlarını  həyata  keçirən  misyonerlərlə  də 
həmrəy  ola  biləcəklərini  yada  salır.  Bununla  belə,  yalançı,  ikiüzlü, 
riyakar  din  xadimlərinə  barışmaz  münasibət  bəsləyən,  M.Ə.Sabir 
ateist, dinsiz deyildir. O, Islam dininə inanan, ehtiram göstərən, lakin 
bu dindən xalqın əlehinə bir vasitə kimi istifadə edənlərə qənim kəsilən 
vətəndaş, Azərbaycan şairidir. Sabir “A Şirvanlılar” şeirində islam dini 
içərisində  bölücülüyün,  sünnü-şiə  ayrıseçkiliyinin  də  əlehinə 
olduğunu, islamın bütövlüyünü qoruyub saxlamağa tərəfdar çıxdığını, 
özünün  müqəddəs  Qurana  qail  olduğunu  açıq-aşkar  bəyan  etmişdir. 


 
 
72 
M.Ə.Sabirin  maarifçilik  fəaliyyəti  bu  gündə  dövründə  olduğu  qədər 
aktualdır. 
Onun hər bir məsələyə fikri, dövründə əks-sədalara çevrilmişdir. 
Məhz buna görədə o dövrdə də indiki kimi Sabir bir şair kimi, həm də 
əsl insan kimi sevilmişdir. Sabirin bu maarifçilik fəaliyyəti bu gündə 
aktual və gərəklidir. 
Mübaliğəsiz demək olar ki, M.Ə.Sabir ömrünü vətənin, millətin 
rifahı, azadlığı, inkişafı yolunda məşələ çevirdi və hələ sağlığında ikən 
ümumxalq  məhəbbəti  qazanaraq  onun  qəlbində  özünə  əbədi  yuva 
qurdu.  Əlbəttə,  Sabirin  heç  bir  tərifə,  təşəkkürə  ehtiyacı  yox  idi, 
Əliabbas Müznibin dediyi kimi, Sabirə ilk heykəl “Hophopnamə”nin 
nəşri idi. 
Azərbaycanda  qələm  sahiblərindən  ilk  dəfə  olaraq  M.Ə.Sabirə 
heykəl  qoyulmuşdur.  1920  ildə  sovet  hakimiyyətinin  ilk  günlərində 
gipsdən, 1922 ildə isə Yakov Keylixis adlı heykəltəraşın betondan tök-
düyü heykəl N.Nərimanovun təşəbbüsü ilə Bakıda qoyulmuş, sonralar 
həmin  heykəl  qoyulduğu  bağdan  götürülmüş,  heykəltəraş  Cəlal 
Qaryağdı 1958 /tunc, qranit/ və 1962 illərdə M.Ə.Sabirin monumental 
heykəllərini yaratmışdır. 
Bu gün şairin doğma vətəni Şamaxıda, onun adını daşıyan qəsə-
bədə, ölkəmizin müxtəlif guşələrində dahi şairin möhtəşəm heykəlləri 
ucalmaqdadır. (Heykəltaraş Pinxos Sabsay,1933) 
Dahi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 155 
illiyi  münasibətilə  Türkiyənin  Mərmərə  Universitetində  möhtəşəm 
tədbir keçirilmişdir. 
Azərbaycanın  görkəmli  şəxsiyyəti,  böyük  vətəndaş  şair  Mirzə 
Ələkbər Sabirin adını daşıyan “Mirzə Ələkbər Sabir” Fondu 2012-ci ilin 
noyabr  ayından  fəaliyyətə  başlamışdır.  http://sabirfondu.org  Mirzə 
Ələkbər Sabir Fondunun prezidenti şairin nəvəsi Sevda Tahirlidir. 
Fondun əsas məqsədi cəmiyyətin sosial, iqtisadı və mədəni inki-
şafına  kömək  etmək,  ədəbi,  ictimai,  sosial  sahələrdə  qabaqcıl  dünya 
təcrübəsinin  və  nailiyyətlərinin,  maarifləndirmənin,  eləcə  də  Sabir 
irsinin  tədqiqi  və  təşviqi,  poeziyasının,  ədəbi  dəyərlərinin,  ictimai 
görüşlərinin,  ideya  qayələrinin  geniş  ictimai  kütlələr,  əsasən  gənclər 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə