CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin


Yaradıcılığının məhsuldar dövrü



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

 
 
94 
Yaradıcılığının məhsuldar dövrü 
Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin po-
zulmasına baxmayaraq vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə bir-
likdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri 
ilə  çıxış  edir,  sovet  adamlarının  rəşadət,  vətənpərvərlik  kimi  yüksək 
keyfiyyətlərini  alqışlayan  yeni-yeni  əsərlər  yazır.  "Gənc  çekistlər", 
"Kiçik  şəhər",  "Serjant  İvanov  adına  körpələr  evi"  kimi  roman  və 
hekayələr,  "Maral",  "İntizar  çəkənlər"  pyesləri  həmin  dövrdə 
yazılmışdır. "XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədə-
biyyatına  təsiri"  əsəri  ciddi  tədqiqatın  məhsuludur.  Bütün  bunlarla 
bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi 
şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik 
"Dumanlı  Təbriz"  (1933-1948)  roman-epopeyası  ilə  Azərbaycan 
ədəbiyatında bu janrın əsasını qoymuşdur. 
Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-
1948) romanında[1] ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi 
mənzərəsini yaratmışdır. Onun "Döyüşən şəhər" (1938), "Gizli Bakı" 
(1940) tarixi romanları da var. 
Müharibədən sonrakı illərdə Ordubadidə muasir mövzulara meyl 
daha çox nəzərə çarpır. Müharibə illərində sovet adamlarının ön və arxa 
cəbhədə  göstərdikləri  qəhrəmanlıqlara  həsr  olunmuş  "Təzə  adam" 
romanı  və  Sumqayıt  tikintisindən  bəhs  edən  "Böyuk  quruluşda"  adlı 
dramı müharibədən sonra qələmə aldığı əsərlərdəndir. 
1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyə-
tini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəh-
bərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. 
O,  həmin  illərdə  "Molla  Nəsrəddin"  jurnalında,  Bakıda  nəşr  olunan 
qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış 
etmişdir. Ədib həmin illərdə "İki cocuğun Avropaya səyahəti" (1908), 
"Bədbəxt  milyonçu,  yaxud  Rzaquluxan  firəngiməab"  (1914) 
romanlarını  çap  etdirmişdir.  Həmin  əsərlərdə  maarifçilik  ideyaları 
təbliğ  olunur.  1911-ci  ildə  Bakıda  milyonçu  Murtuza  Muxtarovun 
maddi köməkliyi ilə  Haşım bəy Vəzirovun  "Səda" mətbəəsində nəşr 
edilən  "Qanlı  sənələr"  adlı  kitabında  müəllif  real  faktlar  və  sənədlər 


 
 
95 
əsasında  1905-1906-cı  illərdə  çar  hökumətinin  himayəsi  və  erməni 
daşnaksütyun  partiyasının  fitvası  ilə  törədilən  milli  qırğın  faciəsini 
qələmə  almışdır.  10-cu  illərdə  "Baği-şah,  yaxud  Tehran  faciəsi" 
(1910),  "Əndəlisin  son  günləri,  yaxud  Qrenadanın  təslimi"  (1914) 
pyeslərini  də  çap  etdirmişdir.  1915-ci  ilin  yanvarında  Culfada  həbs 
olunaraq,  Saritsına  (indiki  Volqoqrad)  sürgün  edilən  ədib  burada 
kommunistlərlə  yaxınlaşmış,  1918-ci  ildə  Kommunist  partiyası 
sıralarına  girmişdir.  O,  1920-ci  il  mayın  əvvəlində  Bakıya  gələrək, 
"Əxbar"  qəzeti  redaktorunun  müavini,  bir  qədər  sonra  isə  redaktoru 
olmuşdur.  1925-1928-ci  illərdə  "Yeni  yol"  qəzetinin  redaktoru,  bir 
müddət "Molla Nəsrəddin" jurnalının müdiri vəzifələrində işləmişdir. 
1920-ci  ildən  daha  məhsuldar  işləyən  ədib  şer,  felyeton,  publisistik 
məqalələr  yazmış,  tərcüməçiliklə  məşğul  olmuş,  şer  kitabları  çap 
etdirmiş, 
"Koroğlu", "Nərgiz", "Nizami" operalarının, "Beş manatlıq gəlin", 
"Ürək  çalanlar"  musiqili  komediyalarının  librettosunu,  "Dumanlı 
Təbriz" pyesini yazmış, həmçinin Nizami Gəncəvi, Füzuli, Molla Pənah 
Vaqif,  Mirzə  Ələkbər  Sabir  və  başqaları  haqqında  məqalələr  dərc 
etdirmişdir. 
Əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycan SSR Ali 
Sovetinin  (1-3-cü  çağırış)  deputatı  seçilmiş,  Lenin  ordeni  və  "Şərəf 
nişanı"  ordeni  ilə  təltif  olunmuşdur.  Azərbaycanda  bir  sıra  küçəyə, 
mədəni-maarif  müəssisəsinə  Ordubadinin  adı  verilmiş,  Ordubadda  və 
Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur. 
M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə 
Bakıda  vəfat  etmiş  və  Fəxri  Xiyabanda  dəfn  olunmuşdur.  Onun  xa-
tirəsini  əbədiləşdirmək  üçün  Respublikanın  ayrı-ayrı  şəhər  və  rayon-
larındakı  küçələrə  adı  verilmiş,  mədəni-maarif  müəssisəsisələrinə 
Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, 
Naxçıvanda büstü qoyulmuşdur. 
Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikasının  Prezidenti 
İlham Əliyevin 2012-ci il aprelin 10-da “Məmməd Səid Ordubadinin 
140 illik yubileyi haqqında” sərəncam imzalamışdır. 


 
 
96 
İctimai xadim, yazıçı M.S.Ordubadinin adı vətənimizin hər ye-
rində iftixarla çəkilir. 
Müasir Azərbaycan yazıçısı üçün Ordubadi kimdir? İlk növbədə, 
böyük romançı..bu canrın təməlini qoyanlardan birig tarix və müasirlik 
problemini böyük sənətkarlıqla əks etdirən, əsərlərində parlaq, dolğun 
və  mükəmməl  xarakterlər  yaradan  sənətkar.  Azərbaycan  ədəbi  dilinin 
gözəlliklərini,  incəliyi,  duruluğunu,  saflığını  əsərlərində  əyani  şəkildə 
nümayiş etdirən yazıçı. Ordubadi bu mənada, bir məktəbdir və biz illər 
keçdikcə, bu məktəbdən öyrənməliyik. 
Vaqif Yusifli 
Ədalət.-2012.-28 aprel.- S.19. 
 
Lev Nikolayeviç Tolstoyun öz xalqı üçün gördüyü işi Azərbay-
canda  XX  əsrdə  bir  neçə  görkəmli  sənətkarlarla  birlikdə  həm  də 
Məmməd Səid Ordubadi gerçəkləşdirməyi bacarmışdır. 
İsa Həbibbəyli 
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik 
http://www.azerbaijan-news.az/ 
 
 
M S. Ordubadinin librettosunu yazdığı musiqi əsərləri 
 

 
Nərgiz operası (1935) 

 
Koroğlu operası (1937) - Heydər İsmayılovla birgə 

 
Nizami operası (1948) 

 
Sevilyabərbəri  operasının  tərcüməsi  (1943)  -  Əfrasiyab 
Bədəlbəyli ilə birgə 

 
Səid Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyası 

 
Fikrət Əmirovun "Ürək çalanlar" operettası 

 
Səid Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyası 
 
 
 
 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə