CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

 
 
55 
Nə vaxtadək qalasıdı. 
Təbiət də təbiətdi, 
Əminəm ki, əzəl-axır, zalımlardan 
Qisasını alasıdı. 
Lakin  bu  gec,  olardı.  Çay  öz  məcrasından  çıxsa  onu  geri  qaytarmar 
çətindir.  İnsan  şüuru  hər  şeyi  həll  etməyə  qadir  olduğu  kimi  bu  problemin 
qarşısını  da  almağa,  daha  doğrusu,  problemi  yaradacaq  səbəbləri  aradan 
götürməyə də qadirdir. 
Odur ki, bütün bunları nəzərə alıb Azərbaycan qoruqlarının hər birinin 
təbii  şəraitini,  landşaftlarını  və  onların  ekoloji  vəziyyətini  daha  yaxşı 
öyrənmək vacibdir. 
İsmayılov, Çingiz. Xəzər dənizinin və sahilyanı əraziləri ekologiyası 
/ Ç. İsmayılov. - Bakı: Ayna Mətbu Evi, 2005. -127 c. 
Xəzər  dənizi  Dünya  okeanı  ilə  əlaqəsi  olmayan  qapalı  su  hövzəsidir. 
Lakin bununla belə, ona göl demək düzgün olmazdı. Tarixi keçmişdə Dünya 
okeanına çıxışı olan Xəzəri bu gün, sahəcə çox böyük olduğu üçün, suyu duzlu 
və  özünəməxsus  hidrobioloji  xüsusiyyətləri  ilə  fərqləndiyi  üçün  dəniz 
adlandırırlar.  Xəzər  dənizi  Avropa  və  Asiya  qitələrinin  qovuşdu­ğu  sahədə 
yerləşir;uzunluğu  meridional  istiqamətdə  1200  km-dir,  eni  isə  200-450  km 
arasında dəyişir. Dənizin ümumi sahəsi 390 min km2, suyunun həcmi isə 78 
min km-dir. 
Məmmədov, Vüqar.  Ekoloji menecment: 2  cilddə: dərs  vəsaiti   / V. 
Məmmədov,  E.Yusifov;  baş  red.  L.  Əliyeva;  məsul  red.  A.  Ələkbərov;  elmi 
red.:  Q.  Ş.  Məmmədov,  U.  K.  Ələkbərov,  İ.  Ələkbərov;  Heydər  Əliyev 
Mərkəzi, İDEA İctimai Birliyi. II cild. - Bakı: Mega Basım, 2014. – 428 s. 
Dərs  vəsaitində  ekologiyanın  müstəqil  elm  kimi  inkişaf  tarixi,  qədim 
zamanlardan müasir dövrə qədər Azərbaycanda ətraf təbii mühit baxışlarının 
formalaşması,  ətraf  təbii  mühit  məsələləri  üzrə  dövlət  siyasəti,  ekologiyanın 
predmeti  olan  ekosistemlər  haqqında,  insanın  biosferdəki  mövqeyi  və  rolu, 
təbiət-cəmiyyət münasibətlərinin etik əsasları, ekoloji prinsiplər, ekoloji hüquq, 
ekoloji  menecment,  ekoloji  audit  və  beynəlxalq  standartlar  sistemi  haqqında 
məlumatlar verilir. Kitabda, həmçinin, canlı aləm, bioloji müxtəlifliyin davamlı 
inkişafı məsələlərinə toxunulur, ekoloji postulat və müddəalar illüstrativ mate-
riallarla  müşayiət  edilir.  İkinci  cilddə  canlı  aləm,  qlobal  ekoloji  problemlər, 
ətraf mühit  və  insan  sağlamlığı,  təbiəti mühafizənin  ekoloji prinsipləri,  ətraf 


 
 
56 
təbii  mühitin  keyfiyyətinin  mühafizəsinin  hüquqi  əsasları,  cəmiyyət-təbiət 
münasibətlərin 
müasir 
strategiyası 
haqqında 
məlumatlar 
verilir. 
ER://www.ebooks.az/view/4a9Jg7EV.pdf 
Uşaqlar  üçün  ensiklopediya.  Ekologiya.  -  Bakı,  “Şərq-Qərb”,  2008.  - 
416  s.-  Ekologiya  biologiyanın  bir  bölməsi  kimi  yaranmışdır.  Məhz  bioloqlar 
birinci olaraq canlı orqanizmlərin öz aralarında, qrupları və yaşadıqları mühitlə 
mövcud  qarşılıqlı  əlaqələrini  öyrənmişlər.  Elə  “ekologiya”  sözünün  özünü  də 
XIX  əsrdə  yaşamış  ən  böyük  naturalistlərdən  biri  olan  alman  bioloqu  Emst 
Hekkel fikirləşib tapmışdır. 
Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət 
abidələri  /  E.  Yusifov,  N.  İsayeva,  F.  Əsgərov;  baş  red.  V. C. Hacıyev  [et 
al.]; elmi red. A. Əliyev [et al.]; red. F. Əhmədov. - Bakı: Nurlar NPM, 2007. 
- 424 s. 
Kitabda Abşeron yarımadasının, landşaftı, floristik, geoloji və paleontoloji 
təbiət  abidələri,  onların  ərazi  üzrə  paylanması,  nadir  və  nəsli  kəsilməkdə  olan 
canlıları  haqqında  sistemli  şəkildə  məlumatlar  verilmişdir.Eyni  zamanda 
Azərbaycan florasına xas olan yüzdən çox bitki növünün təsviri verilmiş, bir cox 
nadir  təbiət  abidələrinin  fotoşəkilləri  ilk  dəfə  olaraq  təqdim  edilmiş,  ekoloji 
xəritələr çəkilmiş, bəzi bitkilərin yeni arealları müəyyənləşdirilmiş, ərazinin lan-
dşaftını və təbiət abidələrini, nadir bitkilərin çiçək, meyvə və  toxum fazalarını 
əks etdirən 1000-dən çox şəkli əks etdirilmiş, bu abidələrin koordinatları veril-
mişdir. ER:http://www.ebooks.az/book_NFLD0wUG 
İbrahimov,  T.  O.  Göygöl  Dövlət  Qoruğu  /  T.  O.  İbrahimov,  A.D. 
Şabandayeva . - Bakı: Elm və təhsil, 2012. - 184 s. 
Göygöl  və  onun  ətrafının  meşə  landşaftı  öz  təbiət  zənginliyi  və 
füsunkarlığı ilə dünyada məşhurdur. Bu  ərazi Azərbaycan təbiətinin  unikal 
guşələrindən biridir. Göygöl dövlət qoruğunun ümumi sahəsi 6739 ha-dır. 
Göygöl qoruğunun ərazisi respublika ərazisinin 0,08%-nə, qoruqların 
ümumi  ərazisinin  isə  3,6%-nə  bərabərdir.  Göygöl  və  onun  ətrafı  dünyanın 
nadir və gözəl təbiətli Cenevrə (İsveçrə) və Ritsa (Gürcüstan) kimi göllər ilə 
məharətlə rəqabət apara bilər. Xalq şairi M. Rahim əbəs yerə deməmişdir ki, 
«Əgər...  Göygölü  görməmisənsə  demə  ki,  görmüşəm  Azərbaycanı».Təbiətin 
belə bir füsunkarlığının nəticəsidir ki, Göygölün ətrafı hələ əsrimizin əvvəlində 
qoruq  yaradılması  üçün  diqqəti  cəlb  etmişdir.  1910-1912-ci  illərdə  burada 
qoruq yaradılması məsələsi qaldırılmışdır, lakin həmin ərazidə qoruq 1925-ci 


 
 
57 
ildə  yaradıldı.  Bu  Azərbaycanın  ilk  qoruğu  idi.  Göygöl  dövlət  qoruğu  Kiçik 
Qafqazın şimal-şərqində Kəpəz dağının (3065 m. hündürlükdə) şimal yamacın-
da orta  və  yuxarı dağ-meşə  yarımqurşaqları, dağ-meşə-çəmən,  subalp  və  alp 
qurşaqlarını  əhatə  edən  1100  m-lə  3065  m  hündürlüklər  arasında  yerləşir. 
Uzunluğu şimaldan cənuba 12 km, eni qərbdən-şərqə 9 km-dir. Burada 1961-
ci  ildə 7 baş  nəcib Qafqaz maralı  gətirilmiş,əvvəllər  volyerdə,  sonra  isə  açıq 
meşə  sahəsində  və  talalarda  saxlamağa  başlamışlar.  Həmin  marallar  tezliklə 
təbii şəraitə uyğunlaşmış, sürətlə artmağa başlamışdır. Göygöl dövlət qoruğu 
ərazisində balıqlardan  yalnız forel  (qızılxallı)  balıq olub, Göygöldə  və  Ağsu 
çayında  yaşayır,  lakin  gölün  təbii  şəraiti  həmin  balıqların  kürü  töküb, 
çoxalmaları üçün sərfəli olmadığından burada onlar çox arta bilmir. 
Mirzəyev, A. B. Abşeron yarımadası və Xəzər dənizinin Azərbaycan 
sektorunda yerləşən neft mədən ərazilərinin ekoloji problemləri və onlarm 
aradan qaldırılması yolları /A. B. Mirzəyev; F.B Şıxəliyev .- Bakı: Elm, 2012. 
- 368 s. 
Respublika iqtisadiyatınm sürətli inkişaf etdiyi müasir dövrdə potensial 
enerji  mənbələrinin,  antropogen  və  təbii  amillərin  ətraf  mühitin  təbii 
komponentlərinə  təsirinin  sistemli  öyrənilməsi  aktual  məsələ  kimi  qarşıya 
çıxır. Son zamanlar Abşeron yarımadası və Xəzərin dənizinin karbohidrogen 
ehtiyatlarının mənimsənilməsi səviyyəsi xeyli artmışdır. Ona görə də neft-qaz 
hasilatının  gələcək  inkişaf  perespektivləri  ekoloji  vəziyyətin  hərtərəfli 
tədqiqindən asılıdır. 
Monoqrafiyada  Abşeron  yarımadası  və  Xəzər  dənizinin  Azərbaycan 
sektorunda neft-qazçıxarma sənayesinin inkişafı və ekoloji aspektləri hərtərəfli 
təhlil  edilmişdir.  Tədqiqatların  nəticələri  göstərir  ki,  160  ildən  çox  bir  dövr 
ərzində neft-qazçıxarma sənayesinin inkişafı ekoloji aspektlər, ekoloji amillər 
nəzərə  alınmadan  həyata  keçirilmişdir.  Bu  isə  təbii  mühitin  özünü  bərpa 
prosesini  pozmuş,  onun  bir  sıra  deqradasi-yaedici  təsirə  malik  olan 
inqridiyentlərlə 
çirklənməsinə 
səbəb 
olmuş-dur.  Əgər 
gələcəkdə 
respublikamızın  neft-qaz  sənayesində  ekoloji  balanslaşdırma  tədbirləri 
aparılmasa bu ağır ekoloji nəticələrə gətirib çıxara bilər. 
Kitab  ali  və  orta  ixtisas  müəllimləri,  ekologiya,  coğrafiya,  biologiya 
vəhəmçinin  neft  sənayesində  çalışan  mütəxəssislər  üçün  nəzərdə 
tutulmuşdur. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə