CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

 
 
41 
Vəfalı  Səriyyə,  yaxud  göz  yaşları  içində  gülüş  (1915),  Solğun 
çiçəklər (1917), Oqtay Eloğlu (1922),Od gəlini (1928), Gülzar (1924), 
Dilarə  (1924),  Dilbər  (1927),  Sevil  (1928),  Almaz  (1931),  Yaşar 
(1932), Dönüş (1932). 
Filmoqrafiya: 
Almaz (film, 1936 ) - ssenari müəllifi, əsər müəllifi,Azadlığa ge-
dən yollar (film, 1990), Bakı bağları. Buzovna (film, 2007), Balıqçılar 
(film,  1927),Cəfər  Cabbarlı  (film,  1944),Cəfər  Cabbarlı  (film,  1969), 
Cəfər  Cabbarlı.  Səhnə  əsərləri  (film,  1973),  Cəfər  Cabbarlının  dəfni 
(film,  1935),  Hacı  Qara  (film,  1929),  Sevil  (film,  1929),  Solmaz  bir 
bahar kimi (film, 1979). 
 
Cəfər Cabbarlı yaradıcılığından nümunələr 
 
Ana 
 
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, 
Ürək süqut eləməz aldığı mətanətdən. 
Ricavü xəvfə məkan vermərəm gər alimlər 
Min il də vəz edələr dəhşəti-qiyamətdən. 
Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, 
Və ya ki, vəd edələr dövləti-cahanı mənə 
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim, 
Əyilmərəm nə ki yer, versələr səmanı genə. 
Yanımda gər dura cəllad əlində şəmşiri, 
Ölüm gücilə mənə hökm edə olum təslim, 
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun 
Gücilə xalqa həqiranə eyləyim təzim? 
Cahanda yox elə bir qüvvə baş əyim ona mən
Fəqət nə güclü, zəif bir vücud var, yahu, 
Ki, hazıram yıxılıb xaki-payinə hər gün, 
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? 
Ana! Ana!.. O adın qarşısında bir qul tək 
Həmişə səcdədə olmaq mənə fəxarətdir
Onun əliylə bəla bəhrinə yuvarlansam, 


 
 
42 
Yenə xəyal edərəm bəzmi-istirahətdir. 
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! 
Atıl cahana sən, ey ildırım, alış, parla! 
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! 
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla! 
Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!- Yox!!! 
Fəqət Ana! O müqəddəs adın qabağında- 
O pak bağrına bassın məni, desin layla, 
Təbəssüm oynadaraq titrəyən dodağında. 
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, 
Uçar səmalara o, aləmi-xəyalətdə. 
Yatar, ölər bədənim, nitqdən düşər bir söz: 
Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. 
Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü 
Ki, bir taqım canavar zülmnən şikar eləsin?! 
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, 
Ayaqlar altına torpaq kibi nisar eləsin ?! 
Zəlilü-xar edərək məhbəsi-əsarətdə, 
O şanlı qollarına zülminən vurar zəncir. 
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? 
Neçin də parlayıb etməz cahanı bir tənvir? 
Aləmi, ədl-ədalət üzüldü dünyadən, 
Neçin nəsibim edibsən bu zülm- dövranı. 
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün, 
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı. 
 
 
Azərbaycan bayrağına 
 
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, 
Şu sevimli üç boyalı, üç mənalı bayrağı. 
Mələklərin qanadımı üzərinə kölgə salan? 
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! 
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı? 
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır. 


 
 
43 
Fəqət bizim bayrağımız ucaları pək seviyor, 
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 
Kölgəsində ay əyilib bir gözəli qucmada, 
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada. 
Şu görünüş bir ananın şəfqətinə oxşuyor, 
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor. 
Bu ay, ulduz, boyaların qurultayı nə demək? 
Bizcə böylə söyləmək: 
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı, 
Bir türk oğlu olmalı! 
Yaşıl boya islamlığın sarsılmayan imanı, 
Ürəklərə dolmalı! 
Şu al boya azadlığın, təcəddüdün fərmanı, 
Mədəniyyət bulmalı! 
Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU 
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, 
Səhərlərə uçmuşdur! 
Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı, 
Yurdumuzu qucmuşdur! 
Allah, əməllərim edib şu bayrağı intiqal, 
Birər- birər doğru olmuş, bir ad almış: İSTİQLAL! 
Yürəyimdə bir dilək var, o da doğrukəsilsin, 
O gün olsun bir göy bayraq Turan üstə açılsın 
 
«O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin 
sonunda  vəfat  etdi.  Onu  dövlət  hesabına  dəfn  etdilər.  Azərbaycan 
komissarları onun tabutu başında növbəyə durdular və bununla onun 
kommunist  deyilkən,  kommunistliyi  mənimsədiyini  göstərmək  istə-
dilər.  Kommunist  olmadığını  göstərən  hadisələrdən  biri  də  onun 
Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu 
nitqində  o,  "həqiqi  sənətkar  və  yazıçının  şanına  yaraşmayan  sosial 
sifariş"  üsulunun,  yəni  şairləri  hökumət  tərəfindən  müəyyən  möv-
zularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır». 
Məhəmməd Əmin Rəsulzadə 


 
 
44 
 
«O  məşum  gecə-1934-cü  ilin  dekabrın  30-dan  31-ə  keçən  gecə 
idi.Cəfər  35,  mən  29  il  yaşamışdım.  Oğlumuz  Aydının  10,  qızımız 
Gülarənin  4  yaşı  var  idi  o  vaxtı.Cəfərin  mənim  üçün  qoyub  getdiyi 
xəzinə  bu  iki  uşaq  idi.Öz  xalqı  üçün  də  o,  qiymətli  dəfinə  qoyub 
getmişdi-əsərlərini.» 
«Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə 
əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu 
xalq  mahnılarından  götürür,  bəzən  də  özü  yeni  bir  mahnı  yaradardı. 
Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun 
zaman  dodaqaltı  oxuyur,  pianoda  çalırdı,  sonra  pyesi  yazmağa 
başlayırdı.  Məsələn:  “Od  gəlini”ndə  Solmazın  “Mən  bir  solmaz 
yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da 
Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun 
“Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” 
mahnıları belə yaranmışdır.» 
 
Sona Cabbarlı 
 
«C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən 
nadir  simalarından  biridir.  Cabbarlı  öz  yaradıcılığının  vüsəti,  sənət 
xəzinəsinin  zənginliyi  etibarilə  Mirzə  Fətəli  Axundovdan  və  Cəlil 
Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının 
ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və 
klassik  şeiri  zəminəsində  yetişmiş,  milli  ədəbiyyatımızın  ən  gözəl 
ənənələrini  inkişaf  etdirmiş,  yeni  bir  dramaturgiya  ədəbi  məktəbini 
yaratmış bir şəxsiyyətdir»  
Səməd Vurğun 
 
 
 
 
 
 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə