CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

 
 
35 
1932-ci ildə C. Cabbarlı "Dönüş" əsərini yazmışdır. Həyat yoldaşı 
Sona xanıma yazdığı məktubda ədib əsər haqqında bunları deyir: 
"Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilmə-
səm, gerisini gəlib bağda qurtaracağam..." 
Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi 
balaca pyes  –  "Dönüş" pyesi idi. Yazıçı bu pyesi nə səbəbə "balaca" 
adlandırmışdı?  Bu  suala  ədibin  bir  az  əvvəl  A.A.Tuqanova  yazdığı 
məktub  cavab  verməkdədir.  Həmin  məktubda  Cabbarlı  bildirir  ki, 
Dövlət  Dram  Teatrının  yubileyi  münasibəti  ilə  kiçik  satirik  bir  pyes 
yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya 
qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində 
işləyirdi.  Bu  pyes  bir  və  ya  iki  pərdəli  bir  komediya,  "səhnəmizin 
güzgüsü" kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə 
böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini 
əhatə edən ciddi bir pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas 
məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, 
zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək 
idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi. 
Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kol-
lektivini  yeni  repertuar,  yeni  üsul,  möhkəm  intizam  uğrunda  müba-
rizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöq-
sanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan 
qaldırmağa çalışır. O deyir: "Bir də, yoldaşlar, bizdə bir konservatizm 
vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş". Gülsabahı hər şeydən 
artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə, 
köhnəliklə  mübarizəyə  girişir.  Pyes  "Oqtay  Eloğlu"  əsərinin  davamı 
kimi götürülə bilər. 
"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzə-
rində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. 
Əsərdə  yeni  Azərbaycan  ziyalısının  obrazı  yaradılmışdır.  Yaşar  yeni 
tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. 
Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən 
elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə 


 
 
36 
qırıb  atan  yeni,  təşəbbüskar  elm  adamlarını  alqışlayır.  "Yaşar" 
Cabbarlının son tamamlanmış əsəri idi. 
1933-1934-cü illərdə Cabbarlının səhnəyə  yeni bir  əsər  vermə-
məsinə  baxmayaraq,  bu  illər  də  onun  həyatında  ən  gərgin  fəaliyyət 
illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də 
kinoda işləyirdi. 
 
Kino fəaliyyəti 
 
Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu 
xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində 
oxuyuruq: 
"Teatro-yüksək  bədii  bir  dərəcədədirsə  ölkə  də  ümumən  gözəl 
inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə 
sənətin başqa qismlərini birləşdiriyor". 
Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incə-
sənətin  vacib  sahələrindən  biri  olan  kinoya  da  çox  böyük  əhəmiyyət 
verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən 
gələni əsirgəmirdi. 
Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə mü-
diri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti 
ilə  çox  maraqlanırdı.  1928-ci  ildə  Bakı  kino  fabrikində  Mirzə  Fətəli 
Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri 
əsasında  "Sona"  adlı  kino-film  çəkilir.  "Hacı  Qara"  bədii  filmi  ilə 
Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan 
qadınlarını  qara  çadradan  xilas  edib  siyasi,  iqtisadi  və  ictimai  həyata 
çıxartmaq  üçün  kinematoqrafın  böyük  imkanlarından  istifadə  etmək 
fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi. 
"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkil-
mişdir (2019-cu ildə filmin 90 yaşı tamam olacaqdır). Bu film Azər-
baycan  kinematoqrafçılarının  qadın  hüquqsuzluğuna,  qadın  əsarətinə 
ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir 
azərbaycanlı  qızı  axtarmaq  işində  Cabbarlı  yaxından  iştirak  etmişdi. 
C.Cabbarlı  öz  qəhrəmanının ekranda  surətini  canlandıracaq aktrisanı 


 
 
37 
tapmaq  üçün  Bakının  küçələrinə  düşüb  qapı-qapı  gəzərək  evlərdə, 
idarələrdə,  ali  məktəblərdə  azərbaycanlı  qız  axtarırdı.  Cəfər  istəyirdi 
ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə 
məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da 
gəlmişdi.  Bu  axtarış  zamanı  aldığı  təəssürat  əsasında  "Gülər" 
hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya 
İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır. 
"Sevil"  filmi  böyük  müvəffəqiyyət  qazandı.  Kinodakı  bu  işindən 
hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə 
kinossenarilər  yazdı  və  "Sevil"dən  sonra  dərhal  "Almaz"  filminin 
çəkilişlərinə başladı. 
Sona xanımın xatirələrindən: 
"Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. 
Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu 
bu  işindən  də  vaxtsız  ayırdı.  Cəfərin  sənət  dostları  "Almaz"  filmini 
Cəfərsiz  çəkib  qurtardılar  və  1935-ci  ilin  axırında,  onun  ölümünün 
birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı 
üstündə raport verdilər". 
Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı öm-
rünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər 
sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu. 
Cəfərin  bədxahları  iddia  edirdilər  ki,  güya  yazıçı  Azərbaycan 
Dövlət  Dram  Teatrını  monopoliyaya  götürüb  və  nə  qədər  ki,  Cəfər 
teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər. 
Cəfər  Cabbarlının  bununla  əlaqədar  Sovet  Yazıçıları  İttifaqının 
təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək: 
"Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki 
onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç 
bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; 
heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-
ci  ildə",  "Almaz",  "Yaşar",  "Sevil"  pyeslərim  təşkil  edən  rus  işçi 
teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada 
borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə