ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.

səhifə1/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   60


 
1
Ramiz Abbaslı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ZÜLMƏT  GECƏLƏR 
 
 
 
 
 
 
 
 
 


 
2
 
-
 
 
 
Redaktor:  
 
 
 
 
 
 
 
 
 
 
Ramiz Abbaslı. «Zülmət gecələr», Bakı, «Nərgiz» 
nəşriyyatı, 2008, – 204 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 

2008
451
079
742000000

                   
©
 
«Nərgiz», 2008 


 
3
MÜƏLLİFDƏN 
 
“Zülmət gecələr” mənim XXI əsrdə işıq üzü görən 
ilk kitabımdır. Ötən  əsrdə iki  kitabım (“Yeddi kəndin 
məktəbi” və “İlğım”) çap olunubdu. Son beş-altı ildə, əsa-
sən, dövrü mətbuatda çıxış eləməyə üstünlük vermişəm: 
qəzet və jurnal səhifələrində hekayələrim çap olunub.  
Mən həm də  bədii tərcüməylə  məşqulam: dünya 
ədəbiyyatının görkəmli nümayəndələrinin  əsərlərini azər-
baycan dilinə tərcümə eləyib, qəzet və jurnallarda çap et-
dirirəm. Çox təəssüflər olsun ki, tərcümə elədiyim əsərləri 
kitab şəklində çap etdirmək hələ ki mümkün deyil.  
“Zülmət gecələr” kitabına son illər yazdığım “Aqo-
niya” romanı, “Zülmət gecələr” povesti və müxtəlif illərdə 
yazdığım doqquz hekayə daxildir. Hekayələrin yeddisi al-
manax, jurnal və  qəzetlərdə çap olunsa da, “Müsahibə” 
və “Sahildəki qadın”  hekayələri ilk dəfə çap olunur. Dörd 
hekayə: “Bir termos çay”, “Özünəbəraət”, “Qırxyarpaq 
gülü” və “Axşambazarı” (ilkin variantda bunun adı 
“Uzaq yol” olub) qəzet variantından fərqli olaraq, 
mahiyyətə xələl gətirməyən dəyişikliyə məruz qalıb.  
Yazıçı  tək elə  qəzet və jurnal səhifələrində çap 
olunmaqla kifayətlənə bilməz və  nəhayət, budur, mən də 
öz yeni kitabımı yazıb çap elətdirdim. Vaxt tapıb oxumaq 
isə oxucunun işidir.  
Əslində  mən yeni kitabıma yazdığım ön sözümü 
bununla da bitirməliydim. Amma sonra məlum oldu ki, bir 
məsələyə  də toхunmalıyam və bu da ondan ibarətdir ki, 
son on-on beş ildə kitaba olan oхucu marağı azalıb; sözün 
qısası, camaat kitab oхumur. Hətta, təhsilli adamların 


 
4
böyük  əksəriyyəti illərlə, bəziləri də onillərlə  bədii 
ədəbiyyat oхumur.  
Söz sənəti – bədii  ədəbiyyat bəşər mədəniyyətinin 
bel sütunudur. Müqəddəs kitablarda deyildiyi kimi, əv-
vəlcə söz olub. Ədəbiyyat digər elmləri əvəz eləmir, amma 
ədəbiyyatın insan zəkasına verdiyini də digər elmlərin heç 
biri verə bilmir. Söz insan zəkasına qanad verir, onu 
pərvazlandırıb göylərə qaldırır. Bədii qiraəti boş  və 
mənasız bir iş hesab eləyən хalqın mədəniyyəti günbəgün 
cılızlaşır. 
Mən oхuculara bədii kitab oхumaqdan estetik zövq 
almaq səadəti arzulayıram.   
 
 
 
                  
                                                                Mart 2008-ci il 
 
 
 
                               
 
 


 
5
 
 
 
 
 
AQONİYA 
(roman) 


 
6
Söz gəzirdi ki, Böyük Bəy prezident olacaq. Çox adam 
dedi ki, ondan prezident olmaz. İstəyənlər də var idi. Bu özü 
dedi: “Olar. Niyə olmur? Mən o kişini şəxsən tanıyıram, yaxşı 
adamdı, meydanda mitinqlər gedən vaxt bir gecə  səhərəcən 
özüylə söhbət eləmişik.” – elə deyirdi və hiss eləyirdi ki, 
həmsöhbəti inanmadı.  Əslinə qalsa, o özü də inanmazdı: belə 
baxanda, xalq hərəkatının lideri, ölkə prezidentliyinə namizəd 
olan bir adam hara, neft emalı zavodunun mühəndisi hara? 
Amma bu da elə-belə danışmırdı. O vaxt xalq hərəkatının za-
vod üzrə lideri qurğu rəislərindən biriydi, onun adını çəkib de-
yirdi ki, sağ olsun, o kömək elədi və düzü, mən heç bilməzdim, 
sən demə, onun arvadı ordubadlıymış. 
O gecə meydanda qalmaq istəyirdi və  hər  şey də elə 
bundan başladı. Arada hiss elədi ki, balaca bir iş üçün ayaq-
yoluna getməlidi. Soraqladı ki, bilmirsiniz, tualet hardadı? De-
dilər: o boyda bulvar tualetdi də, nə işin varsa get gör. Getdi və 
ağacların dibində göllənib, asfaltın üstünə axan sidik gölməçə-
lərini görəndə ödü ağzına gəldi: dənizkənarı bulvarı, doğrudan 
da, ayaqyoluna çevirmişdilər. Təəssüflə başını bulayıb, öz-özü-
nə dedi: “Əlbəttə, belə olar, hər gün yüzminlərlə adam yığışır 
bu meydana. Təxmini bir hesablama aparıb demək olar ki, gə-
lənlərin yarıya qədəri çox ləngiyir və o müddətdə iki-üç dəfə 
tualetə getməli olur. Dəniz kənarının soyuq, nəm havası sidik-
qovma prosesini sürətləndirir deyə, daha çox gedənlər də olur 
və o hesabdan, sutka ərzində yüztonlarla sidik axıdılır bulvara.”  
Eni Neftçilər prospektindən dənizəcən, uzunlugu da bir 
kilometrə yaxın olan ərazi ayaqyoluna çevrilmişdi. Dəniz tərəfə 
getdikcə daha iyrənc bir mənzərə yaranırdı: hardansa dörd-beş 
səyyar ayaqyolu tapıb, sahil tərəfdə qoyublar, bununla da, guya, 
məsələni həll eləyiblər. Amma ayaqyoluların çıxışını kanali-
zasiya xəttinə birləşdirmək  əvəzinə, asfaltın üstünə buraxıblar 
deyə ətrafda bir sidik və nəcis gölü yaranıbdı. Gətirib, addım-
başı kubiklər düzüblər ki, camaatın ayağı batmasın və adamlar 



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə