ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   2   3   4   5   6   7   8   9   ...   60

 
19
dönmüş saçları onu xeyli qoca göstərir. Qırx ilə yaxındı işlədiyi 
zavodu az qala öz evi hesab eləyir, bu vurhavuru görəndə 
özünü saxlaya bilmədi, uzun illər rəhbər vəzifələrdə  işləmiş 
adamlara xas olan ötkəm bir ədayla: “A bala, nə işiniz var, niyə 
sındırırsınız?” 
− dedi və öz becit yerişiylə pilləkənə tərəf getdi.  
Başda direktor olmaqla, zavod rəhbərləri  əsas qapıdan 
içəri keçib təhlükəsiz yerdə daldalandığı bir vaxtda başa düş-
mək olmur bu kişi nə gəzir, neylədiyini özü də bilməyən küt-
ləyə irad tutmaqla nə demək istəyir? Nümayişçilərdən kiminsə 
qulağı aldı ki, onlara irad tuturlar, soruşdu ki, bu kimdi belə?  
Dedilər, direktor müavinidi. Bunu eşidən bir dəstə adam kişinin 
üstünə cumdu və bir andaca qomarlayıb araya aldılar. Neylə-
diklərini görmək olmurdu, amma qəflətən o yığnağın içindən 
direktor müavininin qara rəngli dəri  şlyapası  fırıldayıb göyə 
milləndi 
− ikimərtəbəli binanın damından da yuxarı qalxdı. 
O gün hava xoş idi. Açıq səmadan boylanan dekabr 
günəşinin  şüaları altında  şlyapa çox qəşəng görünürdü və öz 
hərəkət trayektoriyasının pik nöqtəsinə çatıb hissolunacaq 
dərəcədə  ləngidi. Altdan yuxarı içərisinə dolan hava kütləsi 
onun enməsini  əngəlləyirdi. Hətta elə  təsəvvür yarandı ki, 
şlyapa o yüksəklikdən yerə enməyəcək. Gözəgörünməz, napna-
zik sapdan asılmış kimi, göydə qalacaq. Ətrafda zavod işçiləri 
də az deyildi və yaxşı tanıdıqları  dəri  şlyapanı görəndə  əlini 
əlinə vurub gülən bir-neçə  bədxahı  çıxmaq  şərtiylə, qalan ca-
maat təəssüfləndi. “Yazıq kişini öldürəcəklər!” deyib, sözün 
həqiqi mənasında kövrələnlər də oldu. Aydın məsələydi ki, kişi 
ordan sağ çıxmayacaq – tək adam azğın kütləyə neyləyə bilər? 
Yəqin, direktor müavininki də elə buracan imiş.  
Köhnə kişidi direktor müavini, çətin bir ömür yolu ke-
çib, uşaqlıq illəri müharibə dövrünə düşüb, zavodda işləyə-iş-
ləyə ali təhsil alıb. Çox da bic adamdı, bir qayda olaraq güclü 
tərəfin mövqeyini müdafiə eləyir, vəziyyəti düzgün qiymətlən-
dirib öz xeyrinə istifadə etməyi də yaxşı bacarır. Amma son 


 
20
vaxtlar nə baş verdiyini sanki dərindən anlaya bilmir. Ola bilsin 
ki, bu özü də bir biclikdi və hesab eləyir ki, baş verənlər nəsə 
bir oyundu, tezliklə hər şey əvvəlki axarına düşəcək. Odur ki, 
ehtiyatlı tərpənib özünü o yerə qoymur, rahat kabinetində otu-
rub qızların xüsusi olaraq qəşəng çaynikdə dəmləyib gətirdik-
ləri pürrəngi çayı armudu stəkana süzüb bahalı konfetlə bala-
bala içir. Kim qapıdan boylansa, “Gəl, gəl görüm nə lazımdı,” 
deyib, qol çəkilmək üçün gətirilən kağızlara baş mütəxəssislər-
dən,  şöbə  rəislərindən kiminsə familyasını yazıb altından xətt 
çəkir, xəttin altından rus dilində “icazə verirəm, baxın, həll 
edin”  dərkənarı qoyur, qol çəkir. Arxa tərəfə getdikcə qısalan 
səkkiz-doqquz paralel xəttən ibarətdi imzası: qırxayağa da ox-
şayır, balaca balıq skeletinə də. Otuz-qırx santimetr uzunluğun-
da yarımdüyümlük metal boruya oxşayan çox iri qələmlə işlə-
yir, onu tanıyanlar isə bilirlər ki, direktorun ümumi məsələlər 
üzrə müavini yazı-pozu işində çox zəifdi və istər-istəməz ada-
mın yadına bir el misalı düşür: “vura bilməyən ağacın yekəsini 
götürər”.  
Vəziyyətin gərginliyini nəzərə alıb zavod üzrə gücləndi-
rilmiş növbətçiliyə keçiblər. Hər gecə on beş-iyirmi mühəndis 
növbə çəkir: yığışırlar istehsalat şöbəsinə, isti otaqlarda oturub 
çay içir, qəzet oxuyur, siqaret çəkir, şahmat oynayırlar. Qızqın 
mübahisələr bitib-tükənmək bilmir. Direktor müavini də növ-
bətçi olur və gələn kimi keçib oturur istehsalat rəisinin kreslo-
sunda,  əsas sexlərə  zəng eləyib vəziyyəti öyrənir və deyir: 
“Mən burdayam, bir şey lazım olsa, xəbər verərsiniz”. Siqaret 
çəkmir,  şahmat oynamır, siyasi söhbətlərə qoşulmur, kresloda 
oturub mürgüləyir, arada telefon zənginə cavab verir: “Alo. 
Bəli, mənəm. Ehtiyat nasosu buraxın, xarab olanı sabah gəlib 
düzəldərlər. Necə yəni ehtiyat nasos da xarabdı? Başa düşmü-
rəm, bəs qurğu rəisi, sex rəisi gündüzlər nə işlə məşqul olurlar? 
Yaxşı, indi uşaqlara deyərəm, qonşu sexdən adam götürüb gə-
lərlər. Bir şey alınmasa, rəisinizi evdən çağırtdıracam. Qoy gəl-


 
21
sin, özü tədbir görsün,” – deyib, dəstəyi asır, növbətçilərə mü-
vafiq göstərişlər verir, yenə başlayır mürgü vurmağa. Saatlar 
beləcə keçir. Bir də görürsən heç bir telefon zəngi-filan olmasa 
da, yerində qurcalanıb dilləndi: “A bala, bəsdi, antipartiya da-
nışmayın!” – başı söhbətə  qızışıb, ağzına gələni danışanlara 
irad tutur. O kişidi: zəhmətkeş və günahsız insan. Odur, nüma-
yişçilər qarğa-quzqun kimi tökülüblər üstünə və yəqin ki, yazıq 
kişi ordan sağ çıxmayacaq. 
Amma o gün möcüzə baş verdi, direktor müavini nüma-
yişçilərin  əlindən salamat çıxdı.  İstehsalat  şöbəsində hündür-
boy, cantaraq bir mühəndis işləyir, sən demə, o məqamda za-
vod işçilərindən dörd-beş  nəfər özü kimi, saz kişiylə pilləkan 
tərəfdə dayanıbmış  və sonra danışırdı ki, bir də gördük gəlir: 
“A bala, nə işiniz var, niyə sındırırsınız?” – deyib keçdi. Deyən 
gərək, qoca kişisən, nəyinə lazımdı? Sındırır, qoy sındırsın. Elə 
ki, bildilər direktor müavinidi, o saat cumdular üstünə. “Ay 
uşaqlar, qoymayın, kişini öldürdülər!” – deyib özümü verdim 
qabağa. Sağ olsun qarajın uşaqları, yaxşı kömək elədilər. Kişini 
aldıq araya. Cöngə kimi gədələrdi, yumruğu, təpiyi elə vururlar, 
elə bil düşməndi. Deyən gərək, nədi, nə olub, elə qoçaqsınızsa, 
gedin gücünüzü ayrı yerdə göstərin, ağsaqqal kişidən nə istə-
yirsiniz? Bax belə, qanının arasına girdik, biz olmasaydıq, ya-
zıq kişini öldürəcəkdilər. 
Direktor müavini bir-neçə gün evdə qalıb, özünə  gə-
ləndən sonra işə çıxdı. Xilaskarlarını bir-bir yanına çağırıb tə-
şəkkür elədi, iki-üç nəfərə maddi yardım yazdı, bir şoferə dedi 
ki, sağ qaldığıma görə qurban demişəm, onu kəsəndə bir pay da 
sənə göndərəcəm. Qurbanı kəsdi, amma şoferin payını göndər-
mədi. Şofer indi də deyib-deyinir. İstehsalat şöbəsinin mühən-
disinə də maddi yardım yazdı, amma o narazıdı və söz düşəndə 
gileylənir: “Özünə də dedim, 
− deyir. − Neçə təpik, yumruq də-
yibdi mənə, onun müqabilində bu nə puldu? Deyir, bundan 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə