CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun 
bir  qrup  rejissorları  və  operatorları  cəbhə  xəttinə  gedərək  əsgələrin 
qəhrəmanlığını  lentə  çəkirdilər.  Həmin  materiallar  xüsusi  buraxılışlar 
kimi  əsgərlərə  göstərilmək  üçün  müxtəlif  cəbhələrə  göndərildi.  Bu 
dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kino-
jurnallar, kinooçerklər də  yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Mək-
tuba  cavab"  və  s.  1944-cü  ildə  Bakı  kinostudiyası  Moskva  Sənədli 
Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs 
edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi. 
1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi 
ilə əlaqədar rejissor Hüseyn Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı 
sənədli filmini yaratdı. Həmin ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" 
musiqili komediyası yenidən ekranlaşdırıldı.Rejissorlar Rza Təhmasib və 
Nikolay  Leşşenko  milli  koloriti  və  xalq  yumorunu  saxlamaqla  parlaq 
realist kinokomediya yarada bilmişdilər. Film SSRİ-də, eləcə də dünyanın 
bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filminə 
görə  rejissorlar  Rza  Təhmasib  və  Nikolay  Leşşenko,  bəstəkar  Üzeyir 
Hacıbəyov,  aktyorlardan  Rəşid  Behbudov,  Leyla  Bədirbəyli,  Ədilə 
Hüseynzadə,  Münəvvər  Kələntərli  və  Lütfəli  Abdullayev  1946-cı  ildə 
SSRİ Dövlət mükafatına layiq görüldülər. 
Müharibədən sonrakı illərdə "Sovet Azərbaycanı" (ildə 36 nömrə; 
"Ordenli  Azərbaycan"  kinojurnalının  yeni  adı)  ilə  yanaşı  "Gənc  nəsil" 
(ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı.1945-50-ci illərdə 
sənədli kino sahəsində ssenaristlərin İmran Qasımov, Ədhəm Qulubəyov, 
rejissorlar Zeynəb Kazımova, Lətif Səfərov, operator Arif Nərimanbəyov, 
bəstəkarlar  Qara  Qarayev,  Tofiq  Quliyev  və  b.  fəaliyyətə  başladılar. 
Cənubi Azərbaycan xalqının 1945-1946-cı illərdə azadlıq mübarizəsindən 
bəhs edən "Arazın o tayında" tammetrajlı filmi diqqəti cəlb edirdi. 
 
1950-ci illər 
 
1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində Bakı kinostuyasının 
əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə 
yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" 


 
 

bədii filmləri çəkilmişdir. 
Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 1950-ci illərin orta-
larından  başlanır.  Bu  dövrdə  milli  ssenarist,  rejissor,  operator,  rəssam 
kadrları  yetişir.  Onların  çoxu  Ümümittifaq  Dövlət  Kinematoqrafiya 
İnstitutunda  təhsil  almışdılar.  Həmin  illərdə  bədii  filmlərin  çəkilişinin 
sayca  çoxalması  onların  mövzu  dairəsinin  genişlənməsinə  səbəb  oldu. 
Ekranda  fəhlə  və  kolxozçuların,  müxtəlif  peşə  sahiblərinin  əməyi  və 
həyatı öz əksini tapdı: "Qızmar günəş altında", "Qara daşlar", "Kölgələr 
sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", 
"Böyük dayaq", "Telefonçu qız", "Ögey ana". 
Azərbaycanda  Sovet  hakimiyyətinin  qələbəsinin  30  illiyi  müna-
sibətilə  1950-ci  ildə  "Sovet  Azərbaycanı"  rəngli  tammetrajlı  sənədli 
filmi yaradıldı. Film 1951-ci ildə Kann kinofestivalı xüsusi mükafatına 
layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək 
nailiyyətləri  sənədli  kino  ustalarının  yaradıcılığında  başlıca  yer  tut-
muşdu: "S. M. Kirov adına körfəzdə", "Azərbaycan elmi", "Bizim Azər-
baycan","Bakı və bakılılar", "Azərbaycan mədəniyyətinin baharı", "150 
il.  Mirzə  Fətəli  Axundov"  və  digər  sovet  kinosu  sənətinin  görkəmli 
nümayəndələrindən sayılan "Xəzər neftçiləri haqqında dastan və "Dənizi 
fəth edənlər" filmlərini, rejissor Roman Karmen Bakı kinostudiyasında 
çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı 
əks olunmuşdur. Bu filmlərə görə rejissor Roman Karmen, operatorlar 
Cavanşir  Məmmədov  və  Sergey  Medınski  Lenin  mükafatına  layiq 
görülmüşlər. 
Bakı kinostudiyasında müxtəlif mövzularda filmlər yaradılmışdır. 
1957-ci  ildə  çəkilmiş  "Bir  məhəlləli  iki  oğlan"  filmi  Şərq  ölkələrindən 
birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir. 
Partizan  Mehdi  Hüseynzadəyə  həsr  edilmiş  "Uzaq  sahillərdə"  filmi  isə 
Azərbaycanın,  eləcə  də  keçmiş  sovet  kinosunun  nailiyyətlərindəndir. 
Dinamik,  gərgin  hadisələr,  dəqiqliklə  verilmiş  xarakterlər,  operator  və 
rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. 
 
 
 


 
 
10 
1960-cı illər 
 
1960-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəki-
lişi  genişləndirildi."Koroğlu"  bədii  filmi  Azərbaycan  genişekranlı 
rəngli kinosunun ilk nümunəsidir. "Səhər" filmi Bakıda 1905-1907-ci 
illər  inqilabı  hadisələrindən  söhbət  açır.  "Mahnı  belə  yaranır"  filmi 
Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Məhəbbət 
dastanı" "Leyli və Məcnun" mövzuları əsasında çəkilmişdir. 
"Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili 
komediya  janrına  meyl  güclənmişdi.  "Görüş",  "O  olmasın,  bu  olsun", 
"Romeo mənim qonşumdur",  "Əhməd haradadır?",  "Ulduz",  "Arşın mal 
alan", "Qayınana" və s. filmlərdə bu ənənə davam etdirilmişdir. 
XX əsrin 1960-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir 
qrupunun  gəlməsi  ilə  əlamətdar  olmuşdur.Onların  orta  və  yaşlı  nəslə 
mənsub  xadimlərlə  əməkdaşlığı  Azərbaycan  kinosunun  peşəkar  səviy-
yəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən 
filmlərin  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Məsələn,  "Bir  cənub 
şəhərində" filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın 
köhnəlmiş  adətlərin  əsarətindən  xilas  olması  prosesi  durur.1966-cı  ildə 
Azərbaycanfilmdə  rəssam  və  rejissor-multiplikator  kursları  açılmışdır. 
1969-cu  ildə  Azərbaycanfilmdə  yaradılmış  multiplikasiya  sexində  Alla 
Axundovanın  Azərbaycan  xalq  nağılları  əsasında  yazdığı  ssenari  üzrə 
birhissəli rəngli "Cırtdan" cizgi filmi çəkilmişdir. 
Azərbaycan  bədii  televiziya  filmlərindən  "Ad  günü"  xüsusilə 
fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", 
"Ötən  ilin  son  gecəsi"  və  digər  bədii  filmlər  də  Azərbaycan  Tele-
viziyasının  istehsalıdır.  "Üzeyir  ömrü"  televiziya  filmi  geniş  arxiv 
materialları əsasında yaradılmışdır. 
1960-cı illər sənədli kinosunda Oqtay Mirqasımov, Yalçın Əfən-
diyev, Ruslan Şahmalıyev, Teymur Bəkirzadə, Nicat Bəkirzadə kimi 
gənclər  fəaliyyətə  başladılar.Oqtay  Mirqasımovun  "Dəniz",  "Qo-
bustan",  "Bu,  həqiqətin  səsidir”,  Bəstəkar  Qara  Qarayev",  
filmlərində,1960-cı 
illərin  ikinci  yarısında  sənədli  kinonun 
üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə