CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
11 
əfval-ruhiyyə,  dəqiq  montaj)  özünü  göstərir.  Həmin  filmlərə  görə, 
1967-ci  ildə  Oqtay  Mirqasımov  Azərbaycan  Lenin  Komsomolu 
mükafatına layiqgörülmüşdür. 
Bundan əlavə, "Səməd Vurğun" filminin rejisssoru Yalçın Əfən-
diyevə, ssenari müəllifi İsmayıl Şıxlıya, operator Z.Məmmədova, Cəfər 
Cabbarlının xatirəsinə həsr olunmuş "Solmaz bir bahar kimi" filminin 
rejissoru Cahangir Zeynallıya Azərbaycan Lenin Komsomolu mükafatı 
verilmişdir. 
 
 
1970-ci illər 
 
1970-ci illərin bəzi filmlərində, İkinci dünya müharibəsi mövzusu 
əksini tapmışdır: "Bizim Cəbiş müəllim", "Bakıda küləklər əsir", "Tütək 
səsi"  və  "Şərikli  çörək"  filmində  müharibənin  son  aylarında  Bakının 
həyatı xüsusi səmimiliklə təsvir olunur. Həmin dövrün filmlərində, həm 
də  mənəvi-əxlaqi  problemlər,  müasir  həyata  müxtəlif  baxışlar,  insan 
xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca 
yer tutur: "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ən vacib müsahibə", 
"Var olun, qızlar...", "Həyat bizi sınayır", "Xoşbəxtlik qayğıları" və s. 
filmləri göstəmək olar. 
1970-ci ildən Azərbaycanfilm kinostudiyasında "Mozalan" sati-
rik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin 
antipodları,  gündəlik  həyatda  və  təsərrüfatda  rast  gəlinən  qüsur  və 
nöqsanlar tənqid atəşinə tutulur. 
1970-80-ci  illərdə  tarixi-inqilabi  janrda  bir  sıra  maraqlı,  orijinal 
filmlər  çəkilmişdir.Mosfilm  kinostudiyası  ilə  birgə  yaradılmış  Nəriman 
Nərimanovun  fəaliyyətindən  bəhs  edən  "Ulduzlar  sönmür"  filmi  bu 
baxımdan  diqqətəlayiqdir.  Səməd  Vurğunun  "Komsomol  poeması"nın 
motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm..." filmi 1920-ci illərin kom-
somolçularına həsr olunmuşdur.Yüksək ideyalılıq, vətəndaşlıq motivləri 
ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu 
filmin  mühüm  məziyyətlərindəndir.  "Səmt  küləyi"  filmi  Azərbaycan 
kinosunun  tarixində  xarici  ölkə  (Çexoslovakiya)  studiyası  ilə  birgə 


 
 
12 
yaradılmış  ilk  əsərdir,  "Axırıncı  aşırım",  "Qatır  Məmməd"  filmlərində 
sovet  hakimiyyətinin  ilk  illərində  Azərbaycan  kəndində  gedən  sinfi 
mübarizədən bəhs olunur."Sevinc buxtası", "Atları yəhərləyin", "İşarəni 
dənizdən gözləyin" filmləri də tarixi mövzulardadır. 
"Nəsimi" filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şai-
rin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır."Dədə 
Qorqud" filmi poetikliyi ilə fərqlənir. "Babək" filmində IX əsr sərkərdə 
Babəkin  başçılığı  ilə  Xilafətə  qarşı  xalqın  mübarizəsi  təsvir  edilmişdir. 
"Nizami"  filmində  Nizami  Gəncəvinin,  "Qəm  pəncərəsi"  filmində  isə 
Cəlil Məmmədquluzadənin obrazı canlandırılmışdır. 
1970-ci illərdə "Fitnə", "Tülkü Həccə gedir", "Cırtdanın yeni sər-
güzəştləri",  "Çaqqal,  oğlu  çaqqal"  və  s.  cizgi  filmləri  yaradılmışdır. 
1972-ci ildən Azərbaycan televiziyasında da cizgi filmlərinin istehsalına 
başlanmışdır. Rejissor Vaqif Behbudovun "İlham", "Göyçək Fatma" və 
"Möcüzələr  adası"  cizgi  filmləri  Ümumittifaq  televiziya  filmləri 
festivalında  mükafata  layiq  görülmüşdür.  Həmin  dövrdə  Azərbay-
canfilm kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və 
genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino 
avadanlığı ilə təchiz olunmuşdur. 
Həmin dövrdə Azərbaycanfilm kinostudiyasında ildə təqribən 7 
bədii  film,  20  sənədli  və  elmi-kütləvi  film  istehsal  olunurdu.  7-ci  və 
21-ci  Ümumittifaq  kinofestivalları(1974, 1988),  kino  həvəskarlarının 
40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir. 
 
1980-ci illər 
 
1970-ci  illərin  sonralarında  və  1980-ci illərdə  Azərbaycan kino-
sunda  mənəvi-əxlaqi  problemlərə  diqqət  daha  da  artmışdır.Ssenariçi 
Rüstəm İbrahimbəyovla rejissor Rasim Ocaqovun filmlərində mürəkkəb 
psixoloji  vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr,  xud-
binlik,  sərtlik, mərhəmətsizliyə  qarşı etiraz  kimi mövzulara meyl  güc-
lüdür: "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm... bağışla". 
Həmin  mövzular  "De  ki,  məni  sevirsən",  "Bizi  bağışlayın",  "Gümüşü 
furqon", "Şeytan göz qabağında", "İşgüzar səfər", "Bağ mövsümü", "İlıq 


 
 
13 
dənizdə  buz  parçası",  "Gümüşgöl  əfsanəsi",  "Burulğan",  "Təxribat" 
filmlərində  yeni  cəhətlərdən  açılmışdır.  "Yaramaz  filmində  xarakter 
deformasiyası  müasir  bədii  ifadə  vasitələri,  satirik  boyalarla  təsvir 
edilmişdir. Film Azərbaycanda və xaricdə böyük maraq doğurmuşdur. 
1980-ci  illərdə  Azərbaycan  kinematoqrafında  uşaq  filmlərinin 
istehsalına da mühüm əhəmiyyət verilir: "Bir qalanın sirri", "Sehrli xa-
lat",  "Qərib  cinlər  diyarında",  "Mən  mahnı  qoşuram",  "Əzablı  yol-
larla", "Musiqi müəllimi", "Gəmi saatının sirri". 1989-cu ildə ilk fan-
tastik Azərbaycan bədii filmi olan "Əlaqə" yaradılmışdır. 
Həmin dövrdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmış-
dır:  "Naxışların  yaddaşı",  "Qızıl  balıq",  "Hardasan,  yaşıl  sahilim", 
"Eskulap piyaləsinin sirri", "Dirçəlmə", "Torpaq borcu" və s. Azərbay-
can sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün 
yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə 
imkanları  təcrübədə  sınanılır.  Bu  baxımdan  rejissor  Teymur 
Bəkirzadənin  "Dissonans",  "Abşeron  qalaları",  Zaur  Məhərrəmovun 
"Baharla birgə", "Köç", Cahangir Zeynallının "Səfillər", "İntizar", Rauf 
Nağıyevin "Ölü zona" filmləri diqqətəlayiqdir. 
 
1990-cı illər 
 
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qar-
şında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda 
milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması 
və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat 
istiqamətlərinə çevrilmişdir. Bu dövrdə Azərbaycan kinematoqrafında 
çəkilən  filmlərin  sayı  əvvəlki  illərə  nisbətən  az  olmuşdur.  Bununla 
belə,  Azərbaycan  kinematoqrafçıları  böyük  əhəmiyyətli,  həyati 
mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər 
çəkmişlər: "Yarasa", "Özgə vaxt", "Fransız", "Yapon və yaponiyalı" və 
s. 
1990-ı illərdə Azərbaycanfilm kinostudiyası öz aparıcı rolunu sax-
lamaqda  idi  və  bu  ərəfədə  Azərbaycan  xalqımının  dərdini  və  düşdüyü 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə