109
qədər Gəncə quberniyasının valisi vəzifələrini icra edən babam Xudadat bəy
Rəfibəylinin yubileyiheçkəsin yadına düşməsə də, bugünü ilk növbədə mən
xatırlamalıydım.
Tarixi yaddaşımız niyə beləkorşalıb? Bu yaxınlarda “Exo” qəzetində
bir müsahibədə oxudum ki, müstəqil Azərbaycanın ilk səhiyyə naziri adını
çəkmədiyi bir yəhudi olub. Müsahibə verənlə əlaqə saxladım, - bu mənim
sözlərim deyil - dedi, - müsahibə alan mənim adımdan yazıb.
Müsahibə alan jurnalist heç olmasa Cümhuriyyət ensiklopediyasına
baxaydı. Bu ensiklopediyada Rəfibəylilər nəslinin altı nümayəndəsi - Ələkbər
bəy, Xudadat bəy, Cavad bəy, Səməd bəy, Eyyub bəy, Cəmilbəy - haqqında
ayrıca yazılar verilib. Xudadat bəy barədə yazıda onun tərcümeyi-halı,
tutduğu vəzifələr haqqında dəqiq məlumatlar var.
1920-ci ilin aprelində Azərbaycanın bolşevik işğalı haqqında ürək
ağrısıyla yazan Ceyhun bəy Hacıbəyli qeyd edirdi ki, təcavüzkarları belə
asanlıqla, ciddi müqavimət göstərmədən gözəl ölkəmizə buraxmağımız üz
qaramızdırsa, Gəncə üsyanı tariximizinən şərəfli səhifələrindəndir: “ Mayda
Gəncədə axıdılan türk qanı 28 aprel ləkəsini sildi”.
Tədqiqatçı, rəhmətlik Xanlar Bayramov “1920-ci ilin Gəncə üsyanı”
kitabında yazır ki, Orta əsrlərin qiyamçısı Bəndərdən, çar qoşunlarına boyun
əyməyən,qala divarlarında şəhid düşən Cavad xandan üzü bəri Cəncə həmişə
əyilməzliyiylə seçilən, azadlıq ruhuyla yaşayan qeyrət istehkamımız olub.
Bolşevik işğalından sonra1920-ci il mayın 10-da Gəncədə amansız
repressiyalar başladı, Bolşevik komissarları fəxarətlə bəyan edirlərmiş ki,
Gəncədə bəy nəslindən bir başıpapaqlı qoymadıq (37-ci ildə bu qana
susamışların da ömürləri edamlarla nəticələndi).
20-ci ildə isə Cavad xan nəslindən İsmail xan Ziyatxanov, Məmməd
Bağır Şeyxzamanov həbs edilib güllələndilər, Nəsib bəy Usubbəyov, Həsən
bəy Ağayev, Fətəli xan Xoyski, Behbud xan Cavanşir namərdcəsinə qətl
edildilər. X.Bayramov yazır: “Uzun illərin tədqiqatından sonra belə bir
nəticəyə gəldim ki, xalqın səbr kasasını daşdıran mayın 10-da Xudadat bəy
Rəfibəylinin həbs edilməsi oldu”.
Xudadat bəyin tutulub Bakıya aparılması xəbəri yayılanda camaat
dəmir yolu vağzalına tərəf axışır, valini silahlı gözətçilərin əlindən almağa
cəhd edir. Xudadat bəy qətiyyətlə bu cəhdin qarşısını alır. Camaata üz tutub:
Qan tökməyin, - deyir - bu bizim nəslin üstündə ləkə kimi qalar, mən
namuslu bir ömür sürmüşəm və heç bir günahım yoxdur.
110
Rəfibəylilər nəsli haqqında dəyərli kitabın müəllifi akademik Rafael
Hüseynov qeyd edir ki, Xudadat bəy nəslini və ailəsini hakimiyyətin
qisasından xilas etməkçün özünü qurban verdi.
Amma bu fədakarlığa baxmayaraq Rəfibəylilər nəsli Sovet dövründə
doqquz dəfə sürgünlərə məruz qalıb.
Əlbəttə tutduğu vəzifənin miqyasına görə Xudadat bəyi Çili Prezidenti
S.Alyendeylə müqayisə etmək gülünc olardı. İri, müstəqil bir ölkənin dünyaca
məşhur rəhbəri hara, cəmisi iki il müstəqil yaşamış kiçik bir məmləkətin əyalət
valisi hara? Amma bir cəhətiylə bu müqayisəni məqbul sayıram. Humanist bir
peşənin sahibi -həkim olan bu iki şəxs dar gündə qaçıb canlarını qurtarmağı
yox, ölümü belə göz önünə alaraq vəzifə ləyaqətini saxlamağı üstün tutublar...
Gəncə üsyanının bilavasitə rəhbəriisə sonralar xaricə mühacirət edə
bilmiş Cahangir bəy Kazımbəyli idi.
Babam haqqında yazmağım qeyri-təvazökar görünə bilər, halbuki bizim
günlərdə bununla kimsəni təəccübləndirmək olmaz. Hər halda Xanlar
Bayramov və Rafael Hüseynovdan başqa iki jurnalistin yazısındanda sitat
gətirmək istəyirəm. Azad Şərifov və S.Abdullayeva “Özünü günahkar
saymadı” adlı məqalələrində yazırlar ki, Xudadat bəyi bir neçə maddəylə
ittiham edirdilər, o cümlədən,bolşevikləri təqib etməkdə və musavatçılıqda,
halbuki, Xudadat bəy nə Musavat, nə də hər hansı başqa partiyanın üzvü olub
və Gəncə bolşevikləri onun valiliyi müddətində açıq fəaliyyət göstəriblər.
Aprel işğalından sonra Bakıda iqtidarı bolşeviklər zəbt edəndə Gəncə kom-
munistlərivalini yanına gəlib hakimiyyəti ondan təhvil alıblar. A. Şərifov və S.
Abdulla-yeva yazılarında onu da göstərirlər ki, Xudadat bəyə ən əsas ittiham
guya ki, ermənilərə zülm etməsi olub. Ancaq bir neçə erməni “şahidin”
ifadəsinə əsaslanan bu ittiham heç bir konkret faktla təsdiq olun-mayıb.Yeri
gəlmişkən, “şahidlərdən” başqa istintaqı aparan da, hökmü çıxaran da erməni
millətindən idilər.
Xudadat bəy ittihamların heç birini qəbul etmir, “Əgər mənə imkan
verilsəydi,mövcud olan sənədləri üzə çıxarıb heç bir günahım olmadığını
sübut edərdim” - deyir.
Belə bir imkanı vermədilər ona. Tələsik çıxarılmış hökmlə Azərbaycan
ordusunun 76 yüksək rütbəli zabitiylə birlikdə Nargin adasında güllələndi.
Türk kommunistlərinin rəhbəri Mustafa Sübhi Azərbaycan Kom-
munist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə, Azərbaycan İnqilab
Komitəsinə və Orconikidziyə ünvanladığı məktubda qeyd edirdi ki, Gəncə
üsyanının əsas səbəbi Xudadat bəy Rəfibəylinin həbs edilməsi olub.
111
Xudadat bəyin həbsindən sonra Gəncə ziyalılarının nümayəndələri, o
cümlədən, Xudadat bəyin əmisi oğlu Cavad bəy Rəfibəyli Bakıya gəlib bu
məsələylə əlaqədar N. Nərimanova müraciət edirlər. Amma artıq gec idi, iş
işdən keçmişdi, Xudadat bəy qətl edilmişdi. Nərimanov həkim həmkarı kimi
tanıdığı Xudadat bəyin güllələnməsinə dərin təəssüfünü bildirir, bu işdə
bağışlanmaz günahı olan komissarın adını çəkir, “Heyf ki, Firudin bəy
Köçərli və Xudadat bəy Rəfibəyli kimi qiymətli ziyalılarımızı qoruya
bilmədik” - deyir. Xudadat bəyin qətlinə sonralar Məmməd Əmin Rəsulzadə
də böyük təəssüfünü bildirib.
Xudadat bəy, atası, el ağsaqqalı Ələkbər bəylə birlikdə Tiflisdə təşkil
olunmuş ilk müstəqil Azərbaycan hökümətinin üzvlərini Gəncədə qarşılayanlar
sırasındaydılar. Bu mövzuda rəssam Arif Məmmədovun çəkdiyi iri tablo
Gəncədə cümhuriyyət hökumətinin yerləşdiyi binada asılıb (Yeri gəlmişkən,
Şərqdə ilk cümhuriyyət hökumətinin yerləşdiyi bu binanı İstiqlal muzeyi
etməyin vaxtı çoxdan çatıb). Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi
hökumətin ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin Nuru paşayla fotoşəkli
də durur.
Çox-çox illər sonra babamın Nargin adasında güllələndiyini bildikdə
gündə pəncərəmdən seyr etdiyim bu adaya getmək fikrinə düşdüm. Neftçi
qaynım rəhmətlik Çingiz Səfərovun təşkil etdiyi katerlə o, mən və yoldaşım
Zemfira xanım adaya getdik. Bomboş qalmış adada tək bir mayak gözətçisi
rus yaşayırdı. Evinin həyəti boşaldılmış araq şüşələriylə dolu idi.
Bu anlarda beynimdə dolaşan fikirlərdən bir dastan yazmaq olardı
yəqin. Burdan kimlər gəlib keçib... Çar vaxtının məhbusları, əsir türk
əsgərləri, bolşeviklərin ölümə məhkum etdikləri musavatçılar, on yeddi il
sonra həmin bolşeviklərin özləri, ziyalılar, siyasətçilər, günahsız adi adamlar.
Susuzluqdan, aclıqdan, istidən ya soyuqdan olmazın əziyyət çəkənlər,
güllələnənlər, dənizə atılanlar...
...Və indi cilovsuz Xəzər küləklərinin cövlan etdiyi adamsız ada... Tək
birsakini - tənhalığını araqla ovudan yalqız insan...Bir də gəmilərin yolunu
yönəldən mayak...
Bəlkə dəhaçansa bu məşum adada ən ağır günlərini yaşamış və
həyatlarını burda bitirmiş insanların xatirəsinə abidə qoyulacaq və
bədbəxtlərin sərgərdan ruhları nəhayət,huzura qovuşacaq. Və o zaman
xalqının müstəqilliyi,səhhəti və sağlamlığı yolunda ömrünu fəda etmiş
Xudadat bəyin də ruhu şad olacaq.
10 yanvar 2017
Dostları ilə paylaş: |