118
naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə
yetirəcəklər.Qubernator Rəfibəyov".
Xudadat bəy 1920-ci il mayın 12-də həbs edildi. Gəncəlilər həyəcan içində
idilər, şəhər qaynayıb qarışırdı. Rəfibəylinin Bakıya göndəriləcəyi dəmiryol
stansiyasına minlərlə adam toplaşmışdı. Xudadat bəy başında silindr, əynində
qara plaş, əlində əsa, həmişə olduğu kimi başını uca tutaraq və ətrafa
boylanmadan üç nəfər silahli əsgərin müşayiəti ilə irəliləyirdi. Kimsə ona pul
təklif etdi. Keçmiş qubernator onun əlini kənara edərək:Təşəkkür edirəm, lazım
deyil,- dedi.
İzdihamdan bir nəfər aralanaraq ona yaxınlaşdı. O dedi ki, Xudadat
bəyi azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 400 nəfər silahlı süvari
dəstə gəlir. Bu sözləri eşidənlərin bir çoxunun gözləri yaşardı. Xudadat bəy
isə belə cavab verdi:
Mən razı ola bilmərəm. Mənim adımı biabır etmək lazım deyil.
Şəhərimizin, nəslimizin,mənim atamın adını bədnam etmək lazım deyil, qan
tökmək lazım deyil. Məni heç nədə təqsirləndirə bilməzlər.
Burada mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu.
Gəncəlilərin isə qabağını kəsib saxladılar. Qatar Bakıya yola duşdu…
Xudadat bəyi bir neçə maddə ilə mühakimə etdilər. Bunların arasında
298 sayılı iş üzrə erməni kəndərinin yandırılması və erməni əhalisinə divan
tutulması da var idi. Əlbəttə, bu iftira idi və bu cinayət işi bir neçə erməninin
yalan ifadələri əsasında qaldırılmışdı. Xudadat bəy Rəfibəyli özünü bu
şəkildə müdafiə etdi: "Mənim barəmdə irəli sürülmüş ittihamda özümü
təqsirkar hesab etmirəm. Sənədləri, əlimdə olan bütün subutları təqdim edə
bilsəydim, aydın olardı ki, mən təqsirkar deyiləm".
Ona bu imkanı vermədilər… Ona son sözü də deməyə imkan ver-
mədilər. 1920-ci il iyunun 1-də Xudadat bəyi tələsik, xəlvəti bir şəkildə
Xəzərin kiçik bir adasına apardılar və güllələdilər. Mayın 20-də başlanmış
298 sayılı işi isə bağlamadan əbədi saxlanmağa göndərdilər. O, 43 yaşında
həlak oldu. Həyat yoldaşı Cəvahir xanım üç uşaqla qaldı. Atalarıdünyadan
köçən zaman Kamilin 11, Rəşidin 9, gələcəyin böyük şairəsi Nigar
Rəfibəylinin isə 7 yaşı vardı… Və atasız qalan bu ailəni qarşıda həyatın necə
ağır sınaqları gözləyirdi.
Xudadat bəy Rəfibəyli təqsirkar olmadığı haqqında bəraəti isə
ölümündən 70 il sonra qazandı.
" Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyov barəsində PS-12663 sayılı
cinayət işinə… cinayət tərkibin olmadığına görə xitam verilsin.
119
Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 3-cü
dərəcəli ədliyyə müşaviri M. Babayev
02 iyul 1990-cı il".
"Sahil" İAM @ 2002
İstifadə edilən mənbələr
1.
Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının Elektron
kataloqu
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti
Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov
I cild. - Bakı : Lider nəşriyyat, 2005. - 440 s.
Annotasiya: Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrü-
nün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili
ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi
əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu
ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti
Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov
II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s.
Azərbaycan Xalq Cümhuriyyəti - 90 : 1918-1920 : biblioqrafiya
/ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov
adına Azərbaycan Milli Kitabxanası ; tərt. Ş. Nağıyeva ; red. G. Səfərəliye-
va. - Bakı : M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008. –
266 s.
Annotasiya: Tərtib olunmuş bu biblioqrafik göstərici ADR-in yaran-
masını, fəaliyyətini və süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və
fəaliyyətini əhatə edir.
Azərbaycan tarixi : 7 cilddə / AMEA A.Bakıxanov adına Tarix İnsti-
tutu. - (Azərbaycan dili və tarixi).
V cild : 1900-1920-ci illər. - Təkrar nəşr. - Bakı : Elm, 2008. - 696 s.
Annotasiya: Kitabda XX yüzilliyin son dərəcə mühüm hadisələrlə
zəngin olan ilk onilliyi işıqlandırılmışdır. Azərbaycan xalqının bütün həyat
sahələrini əhatə edən köklü dəyişikliklərin baş verdiyi həmin dövürdə
kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqe tutması,
maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi
120
bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədə-biyyat
və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər
mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq
hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif
sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli
dövlət quruculuğunda mühüm tarixi - siyasi əhəmiyyəti də şərh edilir.
Yaqublu, Nəsiman Qara oğlu. Azərbaycan legionerləri : monoqrafiya /
N. Q. Yaqublu ; elmi məs.: R. Abutalıbov, M. A. Teymur. - Bakı : Çıraq,
2005. - 336 s.
İnternet resursları
HTTPS://EN.WIKIPEDIA.ORG/WIKI/KHUDADAT_RAFIBEYLI
http://www.anar.az/?menu=51
https://www.youtube.com/watch?v=9_nyAJrMuoY
https://www.youtube.com/watch?v=xY_qSzf0050
https://www.youtube.com/watch?v=9_nyAJrMuoY
www.anl.az/down/meqale/zaman/2013/fevral/292990.htm
https://ok.ru/bilirsenmi/topic/65703194812509
https://az-az.facebook.com/AzTarix/posts/962401940450251
www.anar.az/?menu=51
www.history.az/pdf.php?item_id=20101013030414271...
Xudadat bəy Rəfibəyli:biblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı.
- Bakı : C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. – 18 s. -
ryl.az@mail.ru.
Dostları ilə paylaş: |