Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

93
müəllim, dosent kafedra müdiri, dekan və bir sıra mühüm 
vəzifələrdə  çalışmışdır.  Fərhad  müəllim  “Qədim  və 
Orta əsrlər ədəbiyyatına dair ocerklər” (1945), “Klassik 
ədəbiyyatda tarixilik prinsipləri” (1953) və bir sıra elmi 
əsərlərin müəllifidir.


94
CƏFƏR CƏFƏROV
Cəfərov Cəfər Əsəd oğlu 1932-
ci  ildə  iyulun  1-də  “Ermənistan” 
SSR-nin Əştərək rayonun Hamamlı 
kəndində anadan olmuşdur. Hamamlı 
kəndi  İrəvanın  şimal-qərbində  40 
km məsafədə yerləşmişdi, balaca bir 
kənd idi. Amma bu kənd Azərbaycan 
xalqının  ən  görkəmli  simalarından 
biri olan prof. Əziz Məmmədkərim 
oğlu  Əliyevin  parlaq  şəxsiyyəti  sayəsində  tarixə 
düşmüşdür. Onu da qeyd edim ki, görkəmli alim, ictimai 
xadim, prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə dünyaya 
göz açmışdır.
Cəfər  Cəfərov  1945-ci  ildə  Hamamlı  kənd  7  illik 
məktəbini bitirərək, İrəvan Azərbaycanlı Pedaqoji mək-
təbinə daxil olmuş, 1948-ci ildə oranı bitirdikdən sonra 
isə Hamamlı kənd 7 illik məktəbinə müəllim təyin edil-
mişdir. İki il həmin məktəbdə müəllim işləmişdir.
1950-ci ildə Cəfər müəllimin ailəsi, əksər azərbaycan-
lı ailələri kimi, ermənilər tərəfindən deportasiyaya məruz 
qalaraq  Azərbaycan  Respublikasının  Salyan  rayonuna 
köçürülmüşlər.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bununla 
onların ailəsi, el-obası 3-cü dəfə idi ki, (1905, 1918, 1950-
ci illərdə) ermənilər tərəfindən soyqrıma və deportasiyaya 
məruz qalaraq öz isti  ocaqlarından  didərgin  salınmışlar.


95
Cəfər Əsəd oğlu Cəfərov 1950-1952-ci illərdə Qazax 
ikiillik Müəllimlər İnstitutunda oxumuş, oranı fərqlənmə 
diplomu ilə bitirərək, Salyan şəhəri 4 №-li məktəbə dil 
və ədəbiyyat müəllimi təyin edlmişdir. Bir il işlədikdən 
sonra  1953-cü  ildə  ADU-nun  filologiya  fakültəsinin  I 
kursuna qəbul edilmişdir. O, 1958-ci ildə həmin institutu 
qırmızı diplomla bitirərək, təyinatla Mir Bəşir rayonunun 
Qaradağlı kənd orta məktəbinə dil və ədəbiyyat müəllimi 
göndərilmiş və iki il orada müəllim işləmişdir.
C.Cəfərov 1960-1963-cü illərdə APİ-nin dilçilik   ka -
fed    ra sının  aspirantı olmuşdur. O, 1963-cü ilin no yab rın -
dan 1964-cü ilin sentyabrına kimi həmin institutda dis-
petçer vəzifəsində işləmişdir. 1964-cü ilin sentyabrında 
Pedaqoji Texnikumun II kurs tələbələri. 1947-ci il. 
Birinci cərgədə soldan üçüncü Cəfər Cəfərov


96
Azərbaycan  dilçiliyi  kafedrasına  müəllim  keçirilmişdir. 
O, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək 
filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1969-
cu  ildə  isə Azərbaycan    dilçiliyi    kafedrasının  dosenti 
və zifəsinə təyin edilmişdir. 1973-cü   ilin sentyabrında 
dok torluq dissertasiyasını tamamlamaq üçün 2 illik dok -
toranturaya  göndərilmiş,  1976-cı  ildə  həmin  dok tor-
anturanı      tamamlayaraq  öz  dosent  vəzifəsinə  qay tarıl-
mışdır.
C.Cəfərov  1992-ci  ildə  doktorluq  dissertasiyası 
müdafiə  edərək  filologiya  elmləri  doktoru  alimlik  də-
rəcəsi almış və 1993-cü ildə Müasir Azərbaycan dili ka-
fed rasına  professor  vəzifəsinə  seçilmişdir.  Hazırda  da 
həmin kafedrada professor vəzifəsində çalışır. 
Cəfər müəllim dilçilik üzrə təşkil olunmuş müxtəlif 
konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı 
məruzələrlə  çıxış  etmişdir.  Onun  pedaqoji  kadrların, 
dilçilik  elmi  üzrə  mütəxəssislərin  yetişdirilməsində 
əm əyini  xüsusi  qeyd  etmək  olar.  Prof.  C.Cəfərov 
BDU-nun  nəzdində  filologiya  və  jurnalistika  elmləri 
doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 
dissertasiyaların  müdafiəsini  keçirən  Dissertasiya  Şu-
rasının (D.02.81) üzvüdür. O, Azərbaycan Respublikası 
Təhsil  Nazirliyi  tərəfindən  “Qabaqcıl  təhsil  işçisi  döş 
nişanı (2006)” və “Əməkdar müəllim (2012)” fəxri adına 
layiq  görülmüş,  eləcə  də  Təhsil  Nazirliyinin  (1973), 
dəfələrlə  ADPU-nun  rəhbərliyinin  fəxri  fərmanlarına 
layiq görülmüşdür.


97
C.Cəfərov müasir Azərbaycan dili fənninin müxtəlif 
şöbələrinə:  leksikologiyaya,  morfologiyaya  aid  bir  sıra 
əsərlərin  müəllifidir.  C.Cəfərovun  müasir  Azərbaycan 
dili  fənnindən  başqa,  onun  dialektologiyaya  aid  də  bir 
neçə maraqlı əsəri çap olunmuşdur.
Onun 1971-ci ildə yazdığı “Hamamlı kənd şivəsinin 
leksikasına  dair”  əsəri  İrəvandan  40  km  şimali  qərbdə 
yerləş diyi  və  aşağıdakı  kəndlərlə,  məsələn,  Cadqıran, 
Qaracörən,  Qarabulaq,  Kirəşdi,  Saçlı,  Sərinsəvəng, 
İlançalan  əhatə  olunduğu  və  belə  yüzlərlə  kəndin  ha-
mısının türk mənşəli olması və bunların çoxunun 1971-ci 
ilə kimi dəyişdirildiyi həmin əsərdə öz əksini tapmışdır. 
C.Cəfərovun onomastikaya, nitq mədəniyyətinə aid də bir 
sıra maraqlı məqalələri çap edilmişdir. Məsələn, «Subs-
tan tivləşmə yolu ilə onomastik vahidlərin əmələ gəlməsi, 
“Subs tan tivləşmə  yolu  ilə  terminoloji  vahidlərin  əmələ 
gəl məsi» (1988), «Dilimizdə inkar vasitələrdən istifadə 
məsələsinə  dair»  (1986)  və  s.  əsərləri  çap  edilmişdir. 
Cəfər  müəllim  elmi  və  pedaqoji  fəaliyyətini  bu  gündə 
uğurla davam etdirir.


98
SÜLEYMAN MƏMMƏDOV
İrəvan  Azərbaycanlı  Pedaqoji 
məktəbinin  məzun ların dan  biri  də 
Dövlət  mükafatı  laureatı,  əməkdar 
elm  xadimi,  professor  Süleyman 
Abbas  oğlu  Məmmədovdur.  Süley-
man müəllim 1932-ci ildə Vedi basar 
mahalının  Xalisa  (Xal sa)  kəndində 
anadan  olmuşdur.  Atası  Abbas  kişi 
1930-cu  illərdən  başlanan  amansız  repressiyaya  məruz 
qaldığından, Süleyman müəllimin uşaqlıq illəri həyatın 
çətin  sınaqları  ilə  üzləşməli  olmuşdur.  O,  İrəvanda 
Azərbaycanlı  Pedaqoji  məktəbində  oxudu ğu  illərdə  öz 
biliyi, fikir və mülahizələri və s. keyfiyyətləri ilə özünü 
göstərir, müəllim və tələbə kollektivinin dərin hörmətini 
qazanır.  1951-ci  ildə  pedaqoji  məktəbi  fərqlənmə 
diplomu ilə bitirən, onun həyat salnaməsində ən başlıca 
yer  tutan,  hələ  uşaq  yaşlarında  ona  təsir  edən,  tarix 
elminə ciddi marağı olan Süleyman müəllimi tale Bakı 
Dövlət  Universitetinin  tarix  fakultəsinə  gətirib  çıxarır. 
Maddi  imkansızlıqdan  təhsilini  davam  etdirə  bilməyən 
Süleyman  müəllim  doğma  kəndinə  qayıdaraq  Xalisa 
kənd yeddillik məktəbində pedaqoji fəaliyyət göstərmək 
məcburiyyətində qalır. 1954-cü ildə Süleyman müəllim 
yenidən BDU-nin tarix fakultəsinə daxil olur. Universiteti 
bitirdikdən sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə