Qondarma erməni soyqırımı faktların dili ilə
167
ermənilərinin maraqlarının və milli kimliyinin qorunma-
sına xidmət etmiş və bu özəlliyini böyük ölçüdə bu gün
də davam etdirməkdədir.
Erməni irqçi milli ideologiyasını təşkil edən Hay
Dad doktrinasının təməl prinsiplərindən Ermənistanın
xarici siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsin-
də geniş istifadə olunmuşdur.
Eyni zamanda erməni dias-
porunun göstərdiyi həmrəylik, milli ideologiyaları olan
ənənəvi Hay Dad-ın XIX əsrin sonlarında və XX əsrin
əvvəllərində Ermənistanın xaricindəki şərtlərdə yaradı-
lan, dəyişməz əbədi milli məqsədlər olaraq mənimsənilən
təməl məqsədləri vardır (26, 124). ....Həmçinin, qonşu
dövlətlərə qarşı əsassız ərazi iddiaları, habelə etnik
təmizləmə, terror, deportasiya, milli düşmənçilik də
məhz bu təməl prinsiplərə söykənir.
Qeyd edək ki, Hay Dad ideologiyasının əsas təməl
prinsipləri aşağıdakılardan ibarətdir:
-tarixi erməni torpaqlarının geri alınması və “Böyük
Ermənistan” dövlətinin yaranması;
-tarix boyunca dünyanın müxtəlif bölgələrinə səpə-
lənmiş erməni əhalisinin “doğma torpaq”lara qayıdışını
təmin etmək;
-sosial dövlətin bərqarar olması.
Hay Dad ideologiyasının nəzəri əsaslarını böyük
güclərin işğalçı siyasətini özlərinin təhlükəsizlikləri üçün
başlıca təhdid vasitəsi olaraq qəbul edən erməni tarixi-
siyasi xətti müəyyən edir. Bunun başlıca səbəbi tarix
boyu ermənilərin azad, müstəqil dövlətlərinin olmaması,
yalnız xırda knyazlıq şəklində varlıqlarının qorunması və
Qondarma erməni soyqırımı faktların dili ilə
168
bunun da iri dövlətlər tərəfindən vassal asılılığında idarə
olunması ilə əlaqələndirmək olar.
Müasir dövrdə Hay Dad ideologiyasının mərkəzi
ofisi İrəvanda yerləşir. Daşnaqsütyun partiyasının möv-
cud olduğu bütün ölkələrdə - ABŞ, Belçika, Rusiya, İran
və Livanda regional büroları fəaliyyət göstərməkdədir.
Tarixi keçmişi, siyasi və iqtisadi əlaqələri baxımından
Hay Dad-ın ABŞ büroları daha geniş fəaliyyət göstər-
məkdədir. Hay Dad büroları xüsusilə, dövlət orqanlarına,
Senata, Təmsilçilər Məclisinə və seçkili orqanlara daha
aktiv şəkildə inteqrasiya etməkdədirlər.
Bu barədə Hatəm
Cabbarlı yazır: “Qeyd etmək lazımdır ki, 2004-cü ildə
Senata və Təmsilçilər Məclisinə keçirilən seçkilərdə Hay
Dad bürolarının dəstəklədiyi 202 namizəddən 199-u
seçkidə qələbə qazanmışdır. Hay Dad-ın maliyyələşməsi
əsasən Ermənistan hökuməti, diaspor təşkilatları və
erməni iddialarını dəstəkləyən bəzi Avropa dövlətlərinin
maliyyə yardımları ilə öz fəaliyyətini davam etdir-
məkdədir(143)”.
Hay Dad ideologiyasında daxili məsələlərə qismən
toxunulsa da, əslində xarici siyasətdə xüsusi əhəmiyyət
daşıyan qondarma erməni soyqırımı iddialarının beynəl-
xalq aləmdə tanınması, torpaq və təzminat tələbi, xüsusi
olaraq Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinin
tanınması və digər məsələlərdə olduğu kimi ciddi
əhəmiyyət kəsb etməmişdir.
Hay Dad adlanan ümumerməni irqçi milli ideo-
logiyasının əsas funksionerləri II dünya müharibəsindən
sonra 4 “T” gizli kodu adı altında plan işləyib hazırladılar