CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
153 
maddə  olduğu  kimi  Konstitusiya  aktına  bir  maddə  kimi 
əlavə  edildi.  Bununla  da  saxta  “erməni  soyqırımı”nın 
beynəlxalq  aləmdə  tanınması  müstəqil  Ermənistan  Res-
publikasının  xarici  siyasət  strategiyasının  əsas  hədəfləri 
sırasına daxil edildi.  
Xaricdə  erməni  diasporunu  təmsil  edən  bir  sıra 
partiyalar  Erməni  İnqilab  Partiyası  –  Daşnaksütyun,  So-
sial  Demokrat  –  “Qnçaq”  Partiyası  və  Liberal  Demokrat 
Partiyası  kimi  tanınan  Rangavar  partiyası  Ermənistanın 
daxili siyasətinə təzyiq göstərməyə başladılar. Levon Ter-
Petrosyan hökumətinə müxalif olan bu siyasi partiyaların 
davamlı  təzyiqləri  nəticəsində  Ter-Petrosyan  1998-də 
istefaya  göndərildi.  1998-ci  ildə  Ermənistanda  keçirilmiş 
prezident seçkiləri nəticəsində Robert Koçaryan hakimiy-
yətə gətirildi. Ermənistanın keçmiş prezidenti Levon Ter 
Petrosyandan fərqli olaraq  Robert Koçaryanın prezident 
seçilməsindən  sonra  ölkənin  xarici  siyasətinin  əsas  prio-
ritet  istiqamətləri  –  qondarma  “erməni  soyqırımı”nın 
beynəlxalq  aləmdə  tanıdılması  və  bu  işdə  diaspor  ermə-
nilərinin fəaliyyətindən lazımınca istifadə edilməsi, həm-
çinin  qonşu  ölkələrlə  bağlı  qalan  sərhədlərin  açılması, 
Ermənistanda  baş  vermiş  iqtisadi  böhranın  tədricən 
aradan  qaldırılması  və  Dağlıq  Qarabağ  münaqişəsininn 
tənzimlənməsi  istiqamətindəki  məsələlərin  müəyyənləş-
dirilməsi onun diaspordakı  nüfuzunun artmasına gətirib 
çıxardı.  Ölkənin  xarici  siyasəti  ilə  bağlı  çıxışlarında  Ro-
bert  Koçaryan  qondarma  “erməni  soyqırımı”nın  beynəl-
xalq aləmdə tanıdılması Ermənistanın xarici siyasətindəki 
yerini  almışdır  və  vəziyyət  erməni  xalqının  haqlı  tələb-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
154 
lərini  və  istəklərini  ortaya  qoymaqdadır”  kimi  sərsəm 
fikirlər səsləndirməsi onun bu məsələyə daha çox üstün-
lük verdiyindən xəbər verirdi. Robert Koçaryan hökuməti 
bu  dəfə  də  erməni  diasoporunun  gücündən  maksimum 
dərəcədə  bəhrələnməyə  çalışırdı.  Burada  erməni  diaspor 
təşkilatlarının  bu  dəfəki  əsas  hədəfi  yenə  də  ABŞ  oldu 
(112,  248).  Yuxarıdakı  bölümdə  qeyd  etdiyimiz  kimi,  70-
80-ci illərdə saxta “erməni soyqırımı” məsələsi ABŞ Təm-
silçilər Məclisinin gündəliyinə bir neçə dəfə daxil edilmiş 
və  cüzi  səs  çoxluğu  ilə  qəbul  edilmşidi.  1996-cı  ildə  cari 
ildə  xarici  ölkələrə  ediləcək  yardımlarla  əlaqədar  büdcə 
layihəsinin  müzakirəsində  Türkiyəyə  ediləcək  yardımın 
azaldılması  əsas  müzakirə  predmeti  oldu.  Osmanlı  döv-
ləti  1915-1923-cü  illərdə  erməni  xalqına  edilən  “qət-
liam”ın  tanınması  ilə  bağlı  sənəd  müzakirəyə  çıxarıldı. 
Sənəd 268 səs lehinə, 153 səs əleyhinə olmaqla qəbul edil-
di  və  daha  sonra  qərar  Senatın  müzakirəsinə  göndərildi. 
Bu dəfə də qərar Senat tərəfindən rədd edildi 
 
21  sentyabr  2000-ci  ildə  Təmsilçilər  Məclisi  İnsan 
Haqları  Alt  Komitəsi  qondarma  “soyqırımın”ın  tanın-
ması  istiqamətində  qərar  qəbul  etdi.  Qərar  daha  sonra 
Təmsilçilər  Məclisinin  Ölkələrarası  Əlaqələr  Komitəsin-
dən də keçərək Senatın müzakirəsinə göndərildi. ABŞ-ın 
dövlət  başçısı  Bill  Klintonun  və  Müdafiə  naziri  Henri 
Şheltonun  təzyiqləri  nəticəsində  Təmsilçilər  Məclisinin 
gündəliyinə  daxil  edilmiş,  saxta  “erməni  soyqırımı”  ilə 
bağlı  keçiriləcək  dinləmələr  təxirə  salındı.  Qeyd  edək  ki, 
2000-ci  il  ABŞ-da  prezident  seçkilərinə  start  verildi. 
Həmin  ildə  ABŞ  prezidentliyinə  Respublikaçılar  partiya-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
155 
sından  öz  namizədliyini  irəli  sürmüş  Corc  Buşun  seçki 
kompaniyası  zamanı  erməni  diaspor  üzvləri  ilə  görüşlər 
keçirildi.  Görüşlər  zamanı  Corc  Buş  erməni  seçicilərinin 
səslərini qazanmaqdan ötrü onlara bir sıra vədlər vermiş 
oldu.  O,  çıxışında:  “Ermənilər  keçdiyimiz  yüzillikdə  ən 
böyük faciələrindən birinə, “soyqırıma” məruz qalmışlar. 
“Seçilərsəm ölkəmin bu soyqırımı tanıması üçün əlimdən 
gələni  edəcəyəm”  (34,  86).  Məhz  həmin  ildə  ABŞ  prezi-
denti  seçilən  Corc  Buşun  ünvanına  erməni  diasporası 
tərəfindən  çoxlu  sayda  məktublar  göndərildi.  Məktub-
larda  ən  diqqət  çəkən  hissə  “bizə  vermiş  olduğumuz 
sözlərə  əməl  edin”  fikirlərinin  yer  alması  idi.  İstər  Bill 
Klintonun,  istərsə  də  Corc  Buşun  hakimiyəti  dövründə 
hər  il  24  aprel  günü  erməni  xalqına  müraciətlər  ünvan-
lanmışdır.  Müraciətlərdə  “soyqırım”ı  ifadəsi  işlədilməsə 
də,  Osmanlı  imperatorluğunun  son  dövrlərində  erməni-
lərin  köçürülməsinə  və  bunun  nəticəsində  də  guya  1,5 
milyondan  artıq  erməninin  qətlə  yetirilməsinə  toxunul-
muş  və  bu  hadisənin  tarixin  ən  böyük  faciələrindən  biri 
kimi  qeyd  edilmişdir.  Ölkə  başçılarının  öz  çıxışlarında 
hər  dəfə  soyqırımı  ifadəsini  işlətməməsi  ABŞ-da  və  elə-
cədə  dünyanın  müxtəlif  yerlərində  fəaliyyət göstərən  er-
məni diaspor təşkilatlarının narazılığına səbəb olmuşdur. 
Bəhs  olunan  dövrdə  digər  ölkələrdə  olduğu  kimi, 
Fransada yaşayan ermənilər də ölkənin rəsmi dairələrin-
də saxta “erməni soyqırımı”nın tanıdılması istiqamətində 
səylərini  gücləndirdilər.  Zaman-zaman  saxta  soyqırımın 
beynəlxalq  aləmdə  tanıdılması  istiqamətində  çarpışan 
diaspor  erməniləri  2001-ci  ilə  qədər  bu  və  ya  digər  yolla 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə