Qondarma erməni soyqırımı faktların dili ilə
183
“Daşnaksütyun” İttifaqının Nizamnaməsi
1907-ci ildə ümumi toplantı ilə qəbul olunmuşdur
Üzvlər
1. Erməni İnqilabı İttifaqının üzvü olmaq istəyən hər
bir şəxs təşkilatın proqramını və taktikalarını tamamilə
qəbul etməli, Nizamnaməsinə tabe olmalı və bütün va-
sitələrlə onu həyata keçirməyə cəhd etməlidir.
2. İttifaqın (“Daşnaksütyun”) üzləri iki yerə bölünür:
a) Fəaliyyət göstərən üzvlər;
b) Köməkçi üzvlər.
Fəaliyyət göstərən üzvlər o üzvlərdir ki, onlar
İttifaqın hər hansı bir orqanında iştirak edir və gəlir-
lərinin ən az 2%-ni həmin orqana keçirir.
Köməkçi üzvlər o üzvlərdir ki, onlar təşkilatımızın
proqramını qəbul edir, ona maddi cəhətdən köməklik
edir, amma təşkilatın taktikasını və qərarlarını əldə
rəhbər tutmurlar.
Qeyd: Köməkçi üzvlərin seçki hüququ yoxdur.
Ayrı fəaliyyət göstərən üzvlər
3.Ayrı fəaliyyət göstərən üzvlər iki yerə bölünür:
a)Təbliğatçılar;
b)Nümayəndələr.
Təbliğatçılar Mərkəzi Komitənin seçimi və ya
təqdimatı üzrə rayonlarda təbliğatla məşğul olan yol-
Qondarma erməni soyqırımı faktların dili ilə
184
daşlardır. Onlar həm də aidiyyatı orqanların səlahiyyət
verməsi halında təşkilati işlərlə də məşğul ola bilərlər.
Nümayəndələr İttifaqın orqanının adından təyin
olunmuş yerə təyin olunmuş vaxtda təyin olunmuş
tapşırıqla gedir. Bütün bunlar onun vəsiqəsində qeyd
olunmalıdır.
Təşkilat
4.İttifaqın orqanları hesab olunur:
a) Qrup;
b) Yardımçı komitə;
c) Komitə;
ç)
Mərkəzi Komitə;
d) Məsul Orqan;
e) Büro
Qrup
5.Qrup 7 və ya daha çox daşnakdan təşkil olunur.
İttifaq qrupları siyasi, hərbi, peşəkar, kənd təsərrüfatı,
Qırmızı Xaç və başqalarına bölünür. Hər bir belə qrup
üçün xüsusi daxili nizamnamə hazırlanır.
6.Yeni üzvlər qrupların üzvlərinin qarşılıqlı razılığı
əsasında qəbul olunur.
Qondarma erməni soyqırımı faktların dili ilə
186
Mərkəzi Komitə
17. Rayonda ən azı 1000 fəaliyyət göstərən üzv
varsa burada Mərkəzi Komitə təşkil edilə bilər.
18. Mərkəzi Komitə hər il öz rayonundakı nü-
mayəndələr yığıncağında seçilir.
19. Nümayəndələr yığıncağı hər rayonda daşnak-
ların sayından asılı olaraq seçilmiş nümayəndələrdən
ibarətdir.
Qeyd: Hər rayonun Nümayəndələr yığıncağına
həmin rayonda səsləri yoxlamaq hüququ verilir.
20. Mərkəzi Komitə ən azı 5 üzvdən təşkil olunur.
21. Hər Mərkəzi Komitə özünün minimum eh-
tiyaclarını ödəməklə qalan kapitalı Büronun kassasına,
yaxud Büronun əmri ilə Ümumi Məclisin tərtib etdiyi
siyahı əsasında təşkilatlara göndərir.
Qeyd; a) Bu kiçik məbləği rayondakı bütün
təşkilatlar üçün (Yardımçı Komitələr və Komitələr üçün)
minimum məbləği Mərkəzi Komitə
müəyyən edir;
b) İanələr ayrılan müəssisələr üçün istifadə olunur.
22. Mərkəzi Komitə ildə bir dəfə dekabrın əvvəlində
tabe olduğu Büroya göstərdiyi fəaliyyət haqqında
məlumat göndərir...
28. Mərkəzi Komitə möhürə malikdir.
29. Bütün xarici əlaqələr Mərkəzi Komitənin vasi-
təsilə, yaxud onun razılığı ilə həyata keçirilir.
30. Mərkəzi Komitə inqilabi-tarixi əhəmiyyətli
sənədlərini, kağızlarını və əşyalarını qorunub saxlanıl-