80
unutdurmuşdu. İçində çağlayan həyat hələlik qorxuya
qalib gəlmişdi. Qorxu maraqla əvəz olunmuşdu. Canavar
qabağındakı əşyaları ayırd etməyə çalışdı: çayın görünən
hissəsi, günəşdən düşən şüa, yamaclarda quruyan
küknarlar və enişlik, mağaranın düz üstündə dik yamac
vardı. Mağaranın ağzında isə özü oturmuşdu.
Canavar balası bu vaxta kimi hamar yerdə yaşamışdı,
yıxılmamışdı və onun nə demək olduğunu da bilmirdi.
Bəli, o, büdrəməyi, onun gətirdiyi yaraların mənasını başa
düşmürdü. Buna görə də cəsarətlə irəli yeridi. Birdən dal
ayaqları mağaranın girəcəyindəki xəndəyə düşdü və o, başı
üstə aşağı yumbalandı. Bumu yerə dəyib ağrıdı,
vəngildədi.
Təzədən təpəsi üstə yamacla diyirləndi. Onu dəhşətli qorxu
bürüdü. Naməlum hiss, axır ki, onu qucağına alıb əsir
eləmişdi, ona dəhşətli işgəncə verməyə hazırlaşırdı. İçində
qaynayan həyat yenə də qorxu ilə ovəz olundu,
canavar
balası hürkmiiş küçüklər kimi zingildədi.
Naməlum şey onu hədələyirdi: hələlik məlum deyildi
nə ilə, amma hədələyirdi. Canavar balası uzun-uzadı
zingildədi. Bu naməlum şey o qədər dəhşətli idi ki, onu
tamam əsir-yesir eləmişdi. Susmaq heç nəyə kömək
etmirdi. Bundan başqa, onu qorxu yox, dəhşət çulğamışdı.
Yamac dik yuxarı qalxırdı, aşağısını ot basmışdı. Buna
downloaded from KitabYurdu.org