82
balası inamla yoluna davam etdi. Balaca vəhşinin içində
elə güclü inam oyanmışdı ki!.. Birdən o, pınldayıb uçan
hansı bir quşcuğazasa rastlaşdı. Onunla oynamağa başladı.
Hətta pəncəsini quşcuğaza uzatdı. Əlbəttə, quş da onu
cavabsız qoymadı, bumunu dimdikləyib incitdi. Balaca
vəhşi tamamilə qısıldı, ziyildədi. Quş da onun səsindən
qorxub qığıltı ilə uçdu.
Canavar balası öyrənirdi, onun xırda, zəif beyni
düşüncəsiz olsa da, artıq bir neçə qənaətə gəlmişdi: şeylər
canlı və cansız olur. Canlı-
lardan gərək qorunasan. Cansızlar həmişə bir yerdə durur.
Canlılar hərəkət edir. Onların nə edəcəklərini qabaqcadan
bilmək olmur. Canlılardan nə desən gözləmək olar, onlarla
ehtiyatlı olmaq lazımdır.
Canavar balası ağır-ağır yeriyirdi. Ayaqları tez-tez
nəyəsə ilişirdi. Ağac budaqları gah bumuna dəyir, gah da
böyrünə ilişirdi. Yer kələ- kötür idi və o, büdrəyib yıxılırdı,
bumu, pəncəsi əzilirdi. Ayağının altında qalan xırda daşlar
sürüşür, diyirlənirdi. Nəhayət, ona aydın oldu ki, cansız
şeylər heç də bir yerdə durmur. Tez-tez diyirlənən, çevrilən
xırda cansız şeylər də var. Balaca vəhşi hər dəfə səhv edə-
edə daha çox şey öyrənirdi. Yeridikcə addımları da
bərkiyir, möhkəmlənirdi.
Naşıların bəxti həmişə gətirir. Yemək üçün doğulmuş
downloaded from KitabYurdu.org
83
canavar balası aləmə göz açdığı gündə öz mağarasının
yanında bir quşa rast gəldi. O heç özü də bilmədən kəklik
yuvasının üstünə çıxmışdı. Canavar balası yıxılmış küknar
gövdələri arasından keçməyə çalışırdı. Ayaqlarının altına
çürümüş ağac qabığı düşdü, o, hirslə zingildədi, sürüşüb
yumba- landı, kolluğun üstünə yıxıldı. Sonra yarpaqların,
budaqların arası ilə fırlanıb kəklik yuvasının üstünə düşdü.
Burda yeddi kəklik balası vardı. Balaca quşcuğazlar
civildəşdilər, canavar balası əvvəlcə qorxdu, sonra
quşcuğazların lap xırda olduqlarını görüb cürətləndi. O,
quşlardan birini pəncəsi ilə qapdı. Quşcuğaz daha bərkdən
civildəməyə başladı. Bu, canavar balasının xoşuna gəldi,
sonra quşcuğazı iyləyib ağzma aldı. Quşcuğaz çırpınaraq
onun dilini qıdıqlayırdı. Canavar işta- halandı. Çənəsi
qalxıb endi. Quşcuğazın sümükləri xırçıldadı və canavar
balasının dilinə isti qan dəydi. Qan çox dadlı idi. Onun
ağzındakı quşcuğaz anasının gətirdiyi quşlardan idi.
Amma bu quş daha ləzzət- liydi. Çünki diriydi. Canavar
balası quşcuğazların hamısını yedi. Sonra anası kimi
dodaqlarını yaladı və kolluğun arasından çıxdı.
Birdən onun qabağına kəklik çıxdı. Ana kəklik güllə
kimi şığıyıb qanadlan ilə canavara şiddətli zərbələr endirdi.
Bu, canavar balasını çaşdırmışdı. Başını pəncələri arasında
gizlədərək zingildəyirdi. Zərbələr yağış kimi yağırdı.
downloaded from KitabYurdu.org
84
Nəhayət, canavar balası da hirsləndi, nərə çəkib hücuma
keçdi. Sonra pəncələri ilə özünü müdafiə etdi. Xırda
dişlərini qanadlarına batırmağa çalışdı, onu o tərəf, bu
tərəfə sürüdü. Amma ana kəklik ondan əl çekmirdi. Qanadı
ile zərbələr vururdu. Bu, canavar balasının ilk döyüşü idi.
O sevinirdi. Balaca vəhşi naməlum şeylərin zəhmini
unutmuş, artıq heç nədən çəkinmirdi. Hücuma keçib ona
qanadlarını ilişdirən canlı varlığı vururdu. Axı, bu canlı -
ət idi.
Canavar balasını qan yanğısı bürümüşdü. Az əvvəl yeddi
quşcuğazı qamarlayıb yemişdi. İndi də daha böyük bir
canlı varlığı öldürəcəkdi. Bu döyüş onun canına yatırdı. O,
ömründə ilk dəfə duyduğu bu həyəcanlı hissdən titrəməyə
başladı.
Kəkliyin bir qanadı bala canavarın ağzındaydı, o,
sıxılmış dişləri arasından var gücü ilə nərildəyirdi. Kəklik
onu kolluğun arasından çıxarmışdı. Canavarı geriyə
kolluğa dartmaq istəyəndə, o da kəkliyi açıqlığa çəkirdi.
Quş civilti qoparır, o biri qanadı ilə canavarı vururdu.
Kəkliyin lələkləri qar dənəcikləri kimi havada uçurdu.
Canavar balası isə özündən çıxmışdı. Onun içində
əcdadlarının yırtıcı qanı coşmuşdu və bu qan vəhşini
lərzəyə gətirirdi. Heç özü də hiss etmədən bu anlarda
canavar balasının içində əsl həyat qaynayırdı.
downloaded from KitabYurdu.org
85
O öz canavar vəzifəsini yerinə yetirirdi. Elə bunun üçün
də doğulmuşdu. Axıra qədər döyüşdü. Həyatın ali
məqsədini yerinə yetirərək öz varlığını da təsdiq etdi.
Çünki həyat o vaxt zirvəyə qalxır ki, bütün qüvvələr
qarşıya qoyulan məqsədin həyata keçirilməsinə
yönəldilsin. Yalnız bu anlarda həyat həyatlığında qalır.
Nəhayət, ana kəklik mübarizəni dayandırdı. Canavar
balası hələ də onun qanadından tutmuşdu. Onlar yerə
uzanıb bir-birinə baxırdılar. Canavar balası hiddətlə
mırıldanmağa başladı. Kəklik canavarın onsuz da
yaralanmış bumunu dimdiklədi. Canavar balası ürpəşdi,
amma qanadı buraxmadı. Quş onu yenə dimdiklədi.
Canavar balası dala çəkilib zingildədi. Onun yaralı
bumuna zərbələr yağırdı. Çünki o, qanadla birlikdə quşu
da özüylə dartırdı. Canavar balasının cəngavər coşqunluğu
söndü. O, şikarı buraxıb yamacın başqa tərəfinə üz qoydu,
kolluğun yanında uzandı. Dilini çıxarıb ağır-ağır nəfəs
aldı. Sonra qəmgin- qəmgin zingildəməyə başladı. Birdən
ürəyinə nəsə damdı. Naməlum hiss bütün dəhşətiylə
canavar balasını çulğadı. O, müdafiə olunmaq üçün qeyri-
ixtiyari özünü kolluğun içinə atdı. Böyük, qanadlı bircəm-
dək səssizcə onun yanından yel kimi vıyıltı ilə, məşum bir
sükutla uçdu. Qartaldı. O, göydən canavar balasına hücum
etmək istəmişdi. Amma hədəfi boşa çıxdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |