94
haqqında o qədər təzə şeylər bilirdi ki...
Elə bir gün gəldi ki, canavar balası torpağın üstünə
düşən qartal kölgəsindən daha qorxmadı. O, yekəlmişdi.
Güclü və təcrübəli olmuşdu. Özünə inanırdı. Bundan
başqa, aclıq onu amansız etmişdi. İndi o, düzəndə oturub
qartalın ona tərəf enməsini gözləyirdi, yuxarıda, mavi
səmada, onun başı üstündə ov uçurdu. Və o, bu ovu
həsrətlə süzürdü! Qartal döyüşə girmirdi. Canavar balası
isə cəngəlliyə girib aclıq və qüssədən yazıq-yazıq
zingildədi.
Nəhayət, aclıq qurtardı. Ana evə yemək gətirdi. Bu ət
əvvəlki ətlərdən deyildi. Bu, vaşaq balasının əti idi və ətin
hamısını oğlu üçün gətirmişdi. Ana canavar vaşaq
balalarının hamısını təpişdirmiş, qarnını doydurmuşdu.
Balasından xəbərsiz ana qorxulu bir iş görmüşdü. Canavar
balası bircə şeyi bilirdi. Yumşaq dərili cavan vaşaq - ətdir.
O, əti ləzzətlə yedi. Qamı tox olan canavar balası anası ilə
yanaşı yuxuya getdi. Birdən anasının nəriltisi onu oyatdı.
Canavar balası ömründə belə dəhşətli səs eşitməmişdi.
Bəlkə də anası ömründə birinci dəfə idi ki, belə dəhşətli səs
çıxarırdı. Əlbəttə, səbəb vardı və bu səbəbi anadan savayı
heç kəs bilmirdi. Vaşaq balalarım məhv edib yeyən cəzasız
qalmır.
Mağaranın içinə düşən günəş şüalarının işığında
downloaded from KitabYurdu.org
95
canavar balası ana vaşağı gördü. Ana vaşaq mağarının
ağzında oturmuşdu. Canavar balası irəli cummaq istədi.
Amma anası onu geri itələdi, O, nərə çəkib, anasının
yanında durdu. Mağaranın giriş yolu dar idi. Vaşaq içəri
keçə bilmirdi. Buna görə də ana vaşaq mağaranın içinə
tərəf süründü. Ana canavar rəqibin üstünə şığıdı, onu altına
basdı. Bu əlbəyaxadan bala canavar duruxmuşdu. Yalnız
nərilti, fınxırtı və qulaqbatırıcı vəngilti səsləri eşidirdi. İki
vəhşi boğuşurdu. Vaşaq canavarı dişləri ilə, caynaqlan ilə
yırtırdı. Ana canavar isə yalnız dişlərini işə salmışdı.
Bunu görən canavar balası da vaşağm üstünə cumdu.
Quduz bir nərə çəkib onun dal ayaqlarından yapışdı. Bütün
bədəninin ağırlığını vaşağın üstünə saldı. O, bununla
vaşağın hərəkətlərinə mane olur, anasına kömək edirdi.
Mübarizə dəhşətli bir mənzərə almışdı. Boğuşan vəhşilər
bala canavarın üstünə çıxmışdılar. O, isə dişləyirdi. Bu
vaxt ana vəhşilər aralandılar. Vaşaq qüvvətli pəncəsi ilə
canavar balasına zərbə endirdi. Canavar balasının çiyni
sümüklərinə kimi cırıldı, o, divarın dibinə düşdü. Boğuşan
vəhşilərin nəriltisinə məzlum bir səs də qarışdı: canavar
balası ağlayırdı.
Döyüş uzun çəkdi. Bu müddətdə canavar balası da
zarıltısını kəsib cürətlənmişdi. O, döyüşün axırına yaxın
yenə vaşağın dal ayaqlarından yapışdı. Qəzəblə
downloaded from KitabYurdu.org
96
nərildəməyə başladı.
Vaşaq öldü. Elə ana canavar da aldığı dəhşətli
yaralardan yarımcan olmuşdu. Ana balasının yaralı çiynini
yalamaq istədi. Amma çoxlu qan itirmiş, heydən
düşmüşdü. O, bütün günü və gecəni öldürülmüş düş-
məninin yanında uzanıb hərəkətsiz qaldı.
Bir həftədən sonra su içmək üçün ana canavar
mağaradan çıxdı. Ayaqlarını güclə dartırdı. Bütün bədəni
ağrıyırdı. Vaşağı yeyib qurtardılar. Ana canavarın yaraları
sağaldı. O, yenidən ova çıxa bilərdi. Amma canavar
balasının çiyni hələ də incidirdi. O, uzun müddət axsaya-
axsaya gəzdi. İndi canavar balası özünə daha çox
güvənirdi. O, bir şeyi dəqiq müəyyənləşdirmişdi: həyat
çox sərtdir. Canavar balası dəhşətli bir döyüşdə iştirak
etmiş, düşmən bədəninə diş vurmuş, özü isə salamat qal-
mışdı. Bu onu ürəkləndirmişdi. Vəhşi balasının içində
əvvəllər olmayan lovğalıq əmələ gəlmişdi. Daha xırda
vəhşilərdən qorxmurdu. Ancaq naməlum bir hiss bütün
dəhşətləri və sirləri ilə ondan əl çəkmirdi.
Artıq ana-bala ova birgə çıxırdılar. Canavar balası
anasının quşları necə tutmasını dəfələrlə görmüşdü. Özü də
ondan geri qalmırdı. Beləliklə, dumanlı da olsa, canavar
balası ov qanununa yiyələnmişdi. Ona elə gəlirdi ki,
həyatda iki nəsil mövcuddur. Bunlardan birincisi, öz
downloaded from KitabYurdu.org
97
nəslidir, o biri isə özgədir. Birincilərə, əlbəttə, anası ilə özü
aiddir. İkincilərə isə, hərəkətdə olan, bütün yerdə qalan
varlıqlar. Əlbəttə, ikincilərin də hamısı bir deyil. Onlar da
iki yerə ayrılır: xırda vəhşilər və məzlumlar. Elə vəhşilər
var ki, onları canavar nəslindən olan vəhşilər yeyir.
Düşmənlər də mövcuddur. Onlar da canavar nəslindən
olanları parçalayıb yeyir, yaxud da əksinə, özləri onların
cənginə keçirlər. Dünyanın bütün canlıları iki yerə
bölünürlər: yeyənlər və yeyilənlər. Qanun isə belə deyirdi:
ye, yeməsən sənin özünü yeyəcəklər! Əlbəttə, canavar
balası bu qanunu tam və dəqiq anlamırdı. Və bundan nəticə
çıxarmağa da çalışmırdı. Qanun haqqında düşünməsə də
qanunun hökmü ilə yaşayırdı.
Bu qanunun hökmünü hər yerdə, hər an duyurdu. O,
kəklik balalarını yemişdi. Qartal da ana kəkliyi yedi. Hələ
üstəlik onu da yemək istəyirdi. Sonralar, canavar balası
böyüdükcə qartalı qamarlamaq istəyirdi. Sonra balaca
vaşağı yedi. Ana vaşaq öldürülməsəydi, bəlkə də canavar
balasının özünü yeyəcəkdi. Beləcə, yehaye dünyası idi və
canavar balasını əhatə edən canlılar bu qanunun hökmü ilə
hərəkət edir, yaşayırdılar, O da bu qanunun xırda bir
hissəciyi idi. O, yırtıcıydı, ət yeyirdi. Bəzən bu “ətlər”
ondan qaçır, göyə uçur, ağaclara dırmaşır, qumun içində
gizlənir, yaxud da çəkinmədən onunla döyüşə girirdilər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |