102
Hindular şaqqanaq çəkib güldülər. Hətta əli dişlənən
hindu da hırıldamağa başladı. Onlar gülə-gülə canavar
balasının başına yığışdılar. Heyvan ağrıdan və qorxudan
ulayırdı.
Birdən canavar balasının qulaqları şəkləndi. Hindular
da duruxdular. Canavar balası yaxından gələn səsi tanıdı
və var gücüylə, ucadan fəryad qopartdı. Bu nərədə
qorxudan çox zəfər təntənəsi duyulurdu. Birdən susdu.
Azğın rəqiblərlə döyüşə girə bilən, onları parçalayıb öl-
dürməyi bacaran, heç nədən qorxmayan ana canavarın
gəlib çıxmasını gözlədi. Ana canavar dəhşətli ulartı ilə
yaxınlaşırdı. O öz balasının fəryadını eşitmişdi və köməyə
gəlirdi.
Ana canavar adamların üstünə şığıdı. Hiddətlənmiş
vəhşi, yırtıcıya dönmüşdü və bu, canavar balasını yalnız
sevindirirdi.
Canavar balası sevinc içində zingildədi. Anasının
üstünə yüyürdü. Adamlar isə cəld geri çəkildilər. Ana
canavar insanlarla balasının arasında durmuşdu. Tüklərini
pırpızlaşdıraraq, qəzəblə mırıldayırdı. Hiddətdən burun
pərələri və dodaqları titrəyirdi. Birdən hindulardan biri
qışqırdı.
- Kiççi!
Bu səsdə heyrət vardı. Canavar balası insan səsindən
downloaded from KitabYurdu.org
103
anasının qısıldığını, büzüşdüyünü, gördü. Hindu yenə
qışqırdı:
- Kiççi!
Onun bu dəfəki səsində sərtlik, hökm vardı. Canavar
balası öz qorxmaz, cəngavər anasının dərhal yerə yatdığım
gördü. Quyruğunu bulayıb aman istədi. Balaca vəhşi heç
nə anlamadı. Onu dəhşət bürümüşdü. O, yenə adamların
qarşısında tir-tir əsməyə başladı. Bəli, instinkt ona həqiqəti
söyləmişdi. Anası bu həqiqəti təsdiq etdi. O, insanlara baş
əyirdi.
”Kiççi” deyən adam ana canavara yaxınlaşdı. Əlini
vəhşinin başına sürtdü, canavar bir az da yerə qısıldı. Ana
canavar hindunun əlini dişləmədi. Heç dişləmək fikri də
yox idi. Qalan dörd nəfər hindu da yaxına gəldi hamı
Kiççiyə sığal çəkməyə başladı. O, etiraz eləmədi. Canavar
balası adamlardan gözünü çəkməmişdi. Onlar ucadan
danışırdılar. Bu səslərdə heç bir təhlükə, heç bir hədə-
qorxu yox idi. Canavar balası anasına sığındı. O da barışıq
elan etdi. Amma tükləri hələ də biz-biz idi, hindulardan
biri dilləndi:
- Niyə təəccüblənirsiniz? Bu heyvanın atası canavar,
anası isə itdir. Axı, ötən baharda mənim qardaşım onu üç
gecəliyə meşədə bağlamışdı. Deməli, Kiççinin əri canavar
olub. Vallah mən düz deyirəm.
downloaded from KitabYurdu.org
104
- Qrey Biver, axı, Kiççinin qaçmasından düz bir il
keçir.
- Vallah, təəccüblənməyin. Salmon Tank, bilmirsən ki,
o vaxt aclıq düşmüşdü, itlərə ət verə bilmirdik?
Üçüncü adam da söhbətə qoşuldu:
- Görünür, Kiççi canavarların arasında yaşayıb.
Qrey Biver gülümsündü. Əlini canavar balasına vura-
vura dilləndi:
- Fri, sən düz deyirsən. Bax, bu balaca dediklərinə
sübutdur.
Canavar balası belində insan əlinin sığalını hiss etdi.
Yaxşıca mırıldandı. Əl geri çəkilib zərbə endirməyə
hazırlandı. Bu vaxt heyvan xırda cəhənglərini gizlədib
itaətlə yerə qısıldı. Hindunun əli yenə uzandı. Sonra bu əl
balaca vəhşinin qulağının dibini qaşıdı, belini sığalladı.
Qrey Biver dedi:
- Sənin dediklərinə canlı sübut budur. Kiççi bunun
anasıdır. Amma atası canavar olub. Elə buna görə də bu
balaca vəhşidə it əlaməti azdı. Görmürsən canavara
oxşayır? Onun nə gözəl ağ dişləri var! Gəl adını da belə
qoyaq: “Ağ Diş”. Bunu mən deyirəm ha!.. İt də mə
nim olacaq. Axı, Kiççi qardaşımın iti idi. Nə olsun
qardaşım dünyadan köçüb?!
Canavar balasına ad qoydular. O, uzanıb qulaq asırdı.
downloaded from KitabYurdu.org
105
Adamlar nəsə danışırdılar. Sonra Qrey Biver boynundan
asılmış bıçağını çıxartdı. Kolluğa yaxınlaşıb çubuq kəsdi.
Ağ Diş onu izləyirdi. Qrey çubuğun uclarını yardı və
onların uclarına xam göndən düzəldilmiş qayış bağlayıb
xalta düzəltdi. Xaltalardan birini Kiççinin boğazına
keçirtdi, onu çox da hündür olmayan küknar ağacına tərəf
dartaraq, qayışla ağaca bağladı.
Ağ Diş anasının dalınca gedib onunla yanaşı oturdu.
Salmon Tank əlini canavar balasına uzadıb onu arxası üstə
çevirdi. Kiççi qorxa-qorxa onlara baxırdı. Elə Ağ Diş də
qorxurdu. Balaca vəhşi dözə bilməyib mınldadı, amma diş
atmağa ürək eləmədi. Qarmaq kimi gərilmiş barmaqları
olan hindu əli canavar balasının qarnını qaşımağa başladı.
Sonra vəhşini o tərəf-bu tərəfə yellətdi. Əlbəttə, arxası üstə
uzanıb ayaqlarını havada yellətmək Ağ Diş üçün böyük
təhqir idi. O özünü yalqız və köməksiz hiss etdi. O, bütün
varlığı ilə belə təhqirə üsyan etmək istəyirdi. Ancaq
neyləmək olardı? Hakimiyyət insanın əlində idi. Onu
incitmək istəsəydi, incidəcəkdi. Ağ Dişin ayaqlan havada
yellənirdi. Bu vəziyyətdə o, heç yerə qaça bilməzdi. Axır
ki, itaətkarlıq, onu bürümüş qorxu hissini qovdu. Ağ Diş
astadan mırıldamağa başladı. Bundan başqa nə edə bilərdi?
O, elə hey mınldanırdı. Həmin adam isə əsəbiləşib
eləmirdi, onu kötəkləmirdi. Qəribə də olsa, bu vaxt Ağ
downloaded from KitabYurdu.org
106
Dişdə anlaşılmaz xoş bir duyğu oyandı. İnsanın əli onun
pırpız tüklərini sığallayırdı. Canavar balası böyrü üstə
çevrilib mınltısını kəsdi. Barmaqlar çarpazlaşıb onun
qulağının dibini qıdıqlamağa başladı və bu, canavar
balasına ləzzət verdi. Həmin adam sığal çəkib qurtarandan
sonra Ağ Diş xeyli yumşalmışdı. Hələ bundan sonra o,
insandan neçə dəfə qorxacaqdı. Amma indi, bu
dəqiqələrdə
insanla
vəhşi
heyvan arasında ilıq
münasibətlər yaranmışdı.
Bir az sonra Ağ Dişin qulağına qəribə səslər dəydi. Bu
səslər lap yaxından gəlirdi. O, insan səslərini tanımağa
başlamışdı. Bütün hindu tayfası cərgə ilə yolun üstünə
çıxmışdı. Onlar başqa yerə köçürdülər. Burada təxminən
qırx nəfər vardı. Kişilər, arvadlar, uşaqlar - hamısı ağır
düşərgə əşyalarını bellərinə almışdı. Onların yanında çoxlu
da it vardı. Küçüklərdən savayı bütün itlər müxtəlif
əşyalarla yüklənmişdilər. İtlərin hər biri belində təxminən
20-30 funt ağırlığında kisə aparırdı. Ağ Diş heç vaxt it
görməmişdi və ömründə birinci dəfə idi ki, itlərin onun
nəslinə mənsub cinslər olduğunu görürdü. Amma onlar
arasında fərq də vardı. Canavar balasını, ana canavarı
görən kimi itlər dərhal sübut etdilər ki, bu fərq o qədər də
böyük deyil. Araya qarmaqarışıqlıq düşdü. Ağ Diş
tüklərini pırpızlaşdınb onu hər tərəfdən dövrəyə alan ağzı
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |