98
Bəzən də o, bu “ətlərdən” qorxub aradan çıxmağa məcbur
olurdu. İnsan kimi düşünsəydi, canavar balası, yəqin ki, bu
nəticəyə gələrdi: həyat - doyunca yemək üçün ehtirasdır,
dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar
bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər.
Onlar bir-birləri üçün yemək əldə edir, hətta bir-birini
yeyirlər. Səhnədə qanlar tökülür, orada başdan-ayağadək
amansızlıq hökm sürür. Bir sözlə, həyat meydanı
qarmaqarışıqlıqla, təsadüflərlə doludur.
Amma canavar balası insan kimi düşünə bilməzdi.
Onun nəticə çıxarmaq qabiliyyəti də yox idi. O, yalnız bir
məqsəd haqqında düşünür, bu məqsədə də nail olurdu.
Onun həyatında ov qanunundan başqa, ikinci dərəcəli
qanunlar da vardı. Bu qanunları da bilmək lazım idi. Bu
qanunları öyrənmək, onlara tabe olmaq lazımdır. Dünya
gözlənilməz şeylərlə doluydu. Canavar balasının içində
qaynayan həyat, bütün vücudunu tərpədən qüvvələr onun
üçün əbədi səadət mənbəyi idi. Ov təqib etmək, onu
qamarlayıb yeməkdən ləzzətli şey ola bilməzdi. Şiddətli
döyüşlər ona ilham verirdi. Belə vaxtlarda, hətta o
naməlum hissin bütün dəhşətləri və sirləri də yaddan
çıxırdı.
Bütün bunlardan başqa, onunçün həyatda çoxlu xoş
duyğular da vardı. Məsələn, tox qarınla günün altında
downloaded from KitabYurdu.org
99
tənbəl-tənbəl mürgü döymək. Bu xoş duyğu ona cəsarətinə
və zəhmətinə görə verilən mükafat idi. O, məşəqqətli
əməyinin sevincini dadırdı. Beləcə, canavar balası onu
bürümüş bu ədavətli, davakar mühitlə dostcasına
yaşayırdı. O, güclü idi, xoşbəxt idi, özünə inanırdı...
Uçüncü hissə
VƏHŞİNİN ALLAHLARI
OD YANDIRANLAR
Canavar balası ona gözlənilmədən toxundu. Hər şey öz
günahı ucbatından oldu. O, ehtiyatını əldən vermişdi.
Mağaradan çıxıb çaya su içməyə yüyürdü. Yuxuluydu.
Bütün gecəni çöldə-bayırda gəzmiş, ov axtarmış, sonra
gəlib yatmışdı. Amma yuxudan doymamışdı. Bəlkə də
buna görə sərvaxtlığmı itirdi. Axı, çaya gedən yolu yaxşı
tanıyırdı. Bu yola neçə dəfə qaçmış, hər dəfə də sağ-
salamat gedib-gəlmişdi.
Balaca vəhşi quru küknar kolluğuna tərəf getdi,
yamacdan keçib ağacların arası ilə yüyürdü. Elə bu vaxt
nəsə qəribə bir şey gördü. Heyrət etdi. İrəlidə beş canlı
varlıq çömbəlib oturmuşdu. O heç vaxt belə canlı
görməmişdi. Bu, canavar balasının insanla ilk görüşü idi.
Lakin adamlar nərə çəkmədilər, şığımadılar, dişlərini onun
downloaded from KitabYurdu.org
100
üstünə şaqqıldatmadılar. Onlar çömbələrək məşum bir
sükut içində nəsə edirdilər.
Canavar balası da tərpənmədi. Əlbəttə, o, instinktə görə
dərhal bu naməlum canlılardan qaçmalı idi. Amma
ömründə ilk dəfə içində qəfil bir duyğu oyandı; canavar
balasını həyəcan bürümüşdü. Sanki öz cılız- lığını,
acizliyini anlamışdı, bu hiss onu tərpənməyə qoymurdu.
İndiyə qədər görmədiyi, tanımadığı bir qüvvə onun
qabağını kəsmişdi.
Balaca vəhşi heç vaxt insan görməmişdi. Amma
instinktlə insanın bütün qüdrətini, nəhəngliyini hiss
etmişdi. Hardasa, şüurunun lap dərinliklərində inam
işartısı yarandı: bu canlı varlıq - ikiayaqlı insan şimal
çöllüyünün bütün sakinləri arasındakı döyüşlərdə birinci
yeri tutmuşdu. İndi elə bil bu adamlara bir cüt göz deyil,
canavar balasının bütün əcdadlarının gözləri zillənmişdi.
Bu gözlər qaranlıq zülmətdə saysız-hesabsız qış
düşərgələri ətrafında hərlənir, gah uzaqdan baxır, gah da
bu qəribə ikiayaqlı canlını, bütün başqa canlı varlıqlara
ağalıq edən insanı qalın cəngəlliklər arasından izləyirdi.
Xəyal qəflətən canavar balasını öz əcdadlarının yanına
apardı. O, uzun əsrlərdən bu yana mübarizədən,
təcrübədən törəmiş qorxu toruna əsir düşdü. Yekə olsaydı,
bəlkə də qaçıb canını qurtarardı. Amma indi yerə qısıldı,
downloaded from KitabYurdu.org
101
özünü qorxuya bürüyüb itaətkarlıq göstərməyə hazırlaşdı.
Adamların qaladığı tonqalın istisinə qızınmaq istəyirdi.
Vaxtilə onun ulu əcdadı da insana beləcə yaxınlaşmışdı.
Hindulardan biri durub canavar balasına yaxınlaşdı,
əyildi, vəhşi balası özünü bir az da yerə sıxdı. Naməlum
şey axır ki, gözə görünmüşdü. O, canlı bir şəklə dönüb bu
balaca heyvanı tutmaq üçün əlini uzatmışdı. Vəhşinin
tükləri dimdik qalxdı, çənəsi əsdi, dodaqları dartıldı.
Üstünə uzanmış əl ani olaraq dayandı, hindu gülərək dedi:
- Bura baxın! Bunun nə yaxşı ağ dişləri var! O biri
hindular bərkdən gülüşüb dostlarını canavar balasını
götürməyə təhrik etdilər. Əl yenə aşağı, lap aşağı uzandı,
Amma balaca vəhşinin içində dərhal iki instinkt oyandı:
bunlardan biri təslim olmağa, itaətkarlıq göstərməyə
çağırırdı, o biri isə mübarizəyə səsləyirdi. Nəhayət,
canavar balası özü bilən kimi elədi. Hər iki instinkti
birləşdirdi. Nə qədər ki ona toxunmamışdılar, heyvan itaət
edirdi. İnsan əlini ona vuran kimi mübarizəyə qalxdı. O,
insan əlini dişləri ilə sıxdı. Həmin anda başına möhkəm bir
zərbə vurdular. Döyüş ehtirası beləcə söndü. O, itaətkar
küçüyə dönərək dal ayaqları üstə çömbəlib dişlərini
qıcırtdı. Amma əli dişlənmiş adam qəzəblənmişdi. Buna
görə də balaca vəhşiyə daha bir zərbə vuruldu. O, yenə də
dişlərini qıcırtdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |