Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

131 
 
Ananın qayıdacağı ümidini itirməyən Ağ Diş əvvəlki azad 
həyatına da ehtirasla can atırdı. 
 
TƏNHALIQ 
Lip-lip Ağ Dişin gününü zəhərə döndərmişdi. Canavar 
balası  bundan  daha  çox  qəzəblənir,  daha  amansız  olur, 
yırtıcılaşırdı. Yırtıcılıq onun iliyinə işləmişdi. Lip-lip isə 
həddini  aşmışdı.  Adamlar  Ağ  Dişin  azğınlığından 
danışırdılar. Hərdən qadınlar oğurlanmış  ət üstündə hay- 
küy  qoparır,  düşərgədə  hürüşmə  qopur,  itlər  ağız-ağıza 
verirdilər.  Hamı  bütün  günahları  Ağ  Dişdə  görürdü. 
Düşərgə  sakinləri  səbəbləri  araşdırmağa  çalışmırdılar. 
Yalnız nəticə məlum olurdu. Bu isə dözülməz idi. Ağ Dişi 
oğru  kimi  tanıyır,  ona  bütün  boğuşmaları  törədən  it 
deyirdilər.  Qəzəblənmiş  hindu  qadınları  onu  söyür, 
hədələyirdilər.  Ağ  Diş  isə  bütün  döyüşlərə,  söyüşlərə 
təmkinlə  qulaq  asır,  ehtiyatını  əldən  vermir,  dəyənək  və 
daşlardan qorunmaq üçün hər an hazır dayanırdı. Düşərgə 
sakinləri Ağ Dişdən tamam üz döndərmişdilər və o özünü 
tənha hiss  edirdi. Bütün  cavan  itlər  Lip-lip  kimi  ona göz 
verib işıq vermirdilər. Ağ Diş onlardan seçilirdi. Ola bilsin 
ki, düşərgə itləri onu özgə cins kimi qəbul etmişdilər. Bu, 
ev  iti  ilə  vəhşi  canavar  arasında  olan  düşmənçiliyi 
xatırladırdı.  İtlər  Lip-lipin  tərəfini  saxlayır,  onu  müdafiə 
downloaded from KitabYurdu.org


132 
 
edirdilər.  Onlar  Ağ  Dişə  əsl  müharibə  elan  etmişdilər. 
Əsasları  da  vardı.  Buna  görə  də  boğuşmanı  kəsmirdilər. 
İtlərin  hamısı  Ağ  Dişin  nəyə  qadir  olduğunu  bilirdi. 
Əlbəttə, Ağ Dişdə də az yox idi. Fürsət düşən kimi o öz 
düşmənlərindən yüz qat əvəzini çıxırdı. Təkbətək döyüşdə 
itlərin  çoxuna  üstün  gələrdi.  Amma  belə  fürsət  hələ 
düşməmişdi. Dava başlayan kimi, bütün başqa cavan itlər 
tökülüşüb gəlir, hamı Ağ Dişin üstünə cumurdu. 
İt xılı ilə ədavət ona iki şeyi öyrətmişdi: bütün dəstəni 
dərhal dəf etmək, rəqiblə vuruşanda ona mümkün qədər tez 
və  çoxlu  yara  vurmaq  məharətini  hər  tərəfdən  başının 
üstünü kəsmiş düşmənləri arasında yıxılmamaq, mətanətlə 
tab gətirmək Ağ Diş üçün həyat demək idi. Bu elmə tam 
yiyələnmişdi. Pişik kimi sıçramağı bacanrdı. Hətta iri itlər 
onu sıxma-boğmaya salanda, Ağ Diş geri çəkilir, tullanır, 
sivişib aradan çıxır, heç vaxt büdrəmirdi. 
Davadan  qabaq  itlər  adətən  mırıldanır,  bir-birinin 
qabağında  gəzişir,  tüklərini  pırpızlaşdırırlar.  Amma  Ağ 
Diş bunlarsız keçinirdi. Ani bir lənglik bütün it sürüsünün 
yetişməsi  təhlükəsini  törədə bilərdi.  İşi  tez  görüb  aradan 
çıxmaq lazım idi. Buna görə də Ağ Dişin niyyətini heç vaxt 
qabaqcadan  bilmək  olmurdu.  O,  heç  bir  xəbərdarlıq 
etmədən  döyüşə  atılar,  rəqibini  göz  açmağa  qoymaz, 
dərhal didib-yırtmağa başlardı. O öz rəqibinə ağır yaralar 
downloaded from KitabYurdu.org


133 
 
vurmağı  öyrənmişdi.  Ağ  Diş  qərara  gəlmişdi  ki,  rəqibə 
qəflətən hücum etmək, onun çiynini parçalamaq, qulağını 
tikə-tikə etmək lazımdır. Rəqibi göz açmağa qoymaq lazım 
deyil. Belədə döyüşün taleyi tez həll olunar. O, itin ən zəif 
damarını  tapa  bilmişdi.  Bu,  qəflətən  itin  ayağından 
vurarkən, onun müdafiəsiz qalan boynu idi. Ağ Diş boynun 
vacibliyini gözəl bilirdi. Bu bilik ona əcdadlarından miras 
qalmışdı.  Hücum  ərəfəsində  onun  taktikası  belə  idi: 
birincisi, it  tək olanda  onu  yoldan  çıxarmaq, qızışdırmaq 
lazımdır.  İkincisi,  onun  üstünə  şığıyıb  dərhal  ayağından 
tutub yıxmaq, üçüncüsü, boğazını yırtmaq. 
Ağ Diş hələ cavan idi. Hələ bərkiməmiş çənəsi şiddətli 
zərbə  endirə  bilmirdi.  Buna  baxmayaraq,  düşərgədəki 
bütün  küçüklərin  boyun-boğazında  onun  diş  yerləri 
qalmışdı. Günlərin birində meşə kənarına çıxarkən, necə 
oldusa, Ağ Diş öz düşmənlərindən birini tək- lədi. O, fənd 
işlədib itin boğazından yapışdı, onu şil -küt elədi. Həmin 
gecə  bütün  düşərgəyə  hay  düşmüşdü.  Hamı  Ağ  Dişin 
əməlindən xəbər tutmuşdu. Boğulmuş itin sahibinə xəbər 
verdilər.  Qadınlar  Ağ  Dişin  bu  vaxtadək  etdiyi  bütün 
oğurluqlarının  üstünü  açdılar.  Qrey  Biverin  daxmasının 
qarşısına çoxlu adam yığışmışdı. Amma Qrey Biver cana-
var balasını verməkdən boyun qaçırdı. Onu daxmanın içinə 
salıb qətiyyətlə qapını bağladı. 
downloaded from KitabYurdu.org


134 
 
Düşərgədə hamı - adamlar da, itlər də Ağ Dişə nifrət 
edirdi, onun əlindən bezmişdilər. Canavar balası bir dəqiqə 
belə rahat dura bilmir, şuluq salırdı. İtlərin hamısı dişlərini 
qıcıdır,  hürürdülər,  allahlar  Ağ  Dişi  söyür,  onu  daşa 
basırdılar.  Bununla  belə,  Ağ  Diş  öz  sayıqlığını  itirmirdi. 
Hər an hücumu dəf etməyə, yaxud müdafiə olunmağa hazır 
idi.  O,  çox  sürətlə  və  soyuqqanlılıqla  hərəkət  edirdi. 
Cəhəngini  möhkəm  sıxıb,  rəqibinin  üstünə  şığıyır,  ya  da 
qəzəblə nərə çəkib geriyə sıçrayırdı. 
Ağ Diş qoca və cavan itlərdən də dəhşətlə nərildəyirdi. 
Bu nəriltinin məqsədi müdafiə, ya da düşməni qorxutmaq 
idi.  O,  harada  və  hansı  şəraitdə  nərildəməyi  yaxşı 
bacarırdı. O öz nərəsi ilə bütün hiddət və qəzəbini bildirir, 
düşmənin  canına  vəlvələ  salırdı.  Burun  pərə-  lərinin 
qalxıb-enməsi,  tüklərinin  dimdik  qalxması,  dişləri 
arasından  qırmızı  ilan  kimi  girib-çıxan  dili,  şəklənmiş 
qulaqları, şəhvətli gözləri, titrəyən dodaqları, şaqqıldayan 
köpək  dişləri  itlərin  canını  lərzəyə  gətirmişdi.  Bəzən  Ağ 
Diş  qəflətən  yaxalanırdı.  Amma  həmin  dəqiqə  də  sivişib 
aradan çıxırdı. Beləliklə, onun bu cəldliyi rəqibim doyuşu 
dayandırmağa məcbur edirdi. Ağ Dişi dəstədən qovub onu 
müharibə  elan  edən  cavan  itlər  onun  qəzəbindən, 
çevikliyindən  çəkinirdilər.  Iş  elə  gətirmişdi  ki,  Ağ  Dişin 
heç  bir  düşməni  tək  gəzmirdi.  Onlar  sürü  ilə  gəzirdilər. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə