Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

123 
 
Tezliklə  canavar  balasında  olan  uşaqlıq  əlamətlərinin 
hamısı keçib getdi. O, yaşından xeyli iri görünürdü. Onun 
küçük  şıltaqlıqlarını  məhv  edib  öldürmüşdülər.  O,  tənha 
bir köşəyə çəkilib yalqız-yalqız böyüyür, inkişaf edirdi. Ağ 
Dişdə hiyləgərlik əmələ gəlmişdi. Buna səbəb bütün günü 
boş-boş gəzməsiydi. Vaxtını boş-boşuna keçirənlər bəzən 
hiyləgərliyə  əl  atır.  Ağ  Diş  də  belə  idi.  İtlərə  yemək 
paylanan zaman ona nə ət, nə də balıq çatırdı. Buna görə 
də oğurluq etməyə məcbur olurdu. O, mahir oğru idi. Öz 
qayğısını  özü  çəkirdi.  Yemək  əldə  etməyi  elə  məharətlə 
öyrənmişdi ki, heç kəs buna şəkk etmirdi. Lakin Ağ Diş ən 
çox  hindu  qadınlarını  zinhara  gətirmişdi.  O,  əsl  bəlaydı. 
Bütün  qəsəbəni  ələk-vələk  etdiyindən  onun  cikini-bikini 
də  bilirdi.  Həmişə  şəraitə  uyğun  hərəkət  edirdi.  Ağ  Diş 
lənətə  gəlmiş  düşməninin  gözünə  görünməmək  üçün  hər 
vasitə ilə ondan qaçmağa çalışırdı. 
 
Hindu  düşərgəsində  yaşadığı  ilk  günlər  Ağ  Diş  Lip-
liplə acı bir zarafat etdi. Yalnız bu zaman intiqam hissinin 
şirinliyini  daddı.  Ağ  Diş  Lip-lipin  başını  tovlayıb  onu 
yırtıcı Kiççinin yanına gətirdi, sonra da anasının cənginə 
verdi.  Onun  anası  —  dişi  canavar  da  vaxtilə  insan 
düşərgəsinə  yığışmış  itləri  beləcə  bir-bir  yoldan  çıxarar, 
yırtıcı vəhşilərə təhvil verərdi. Lip-lipdən canını qurtaran 
downloaded from KitabYurdu.org


124 
 
Ağ  Diş  komacıqlar  arasında  dolanmağa  başladı.  O,  öz 
yaşıdlarının  hamısından,  Lip-lipin  özündən  də  sürətlə 
qaçırdı. Amma bu dəfə tələsmirdi. Rəqibini aralarında bir 
addım  qalanacan  yaxına  buraxdı.  Həyəcanlanmış  Lip-lip 
nə etdiyini və harda olduğunu unudub fıirsəti əldən verdi. 
Bu haqda düşünəndə artıq gec idi. Komaların başına qaça-
qaça  fırlanan  Lip-lip  bir  də  ayılıb  gördü  ki,  ağaca 
bağlanmış  Kiççinin  cənginə  keçmişdir.  O,  qorxudan 
zingildədi.  Bağlı  olsa  da,  Kiççinin  cəngindən  qurtarmaq 
çətin idi. Dişi canavar Lip-lipin ayağından vurdu. Sonra iti 
dişlərini  onun  bədəninə  batırdı.  Axır  ki  Lip-lip  ana 
canavarın cəngindən buraxıldı. Kiççi onu şil-küt etmişdi. 
O  axsayırdı.  Kiççinin  dişlədiyi  yerlər  didik-  didik 
olmuşdu. Lip-lip ağzını açıb qəzəblə, uzun-uzadı ulamağa 
başladı. Bu vaxt Ağ Diş fürsətdən istifadə edib düşməninin 
üstünə  şığıdı,  onun  dal  ayağını  parçaladı.  Lip-lipin 
cəngavərliyi yoxa çıxmışdı. O, əkilib aradan çıxmaq istədi. 
Ağ Diş isə ondan əl çəkmirdi. O, Lip-lipi komasına qədər 
qovdu.  Lip-lipin  köməyinə  hindu  qadınları  gəldi. 
Hiddətlənmiş Ağ Diş quduz şeytana dönmüşdü. Onu daşa 
basdılar. Yalnız bundan sonra o, geri çəkildi. 
Günlərin  birində  Qrey  Biver  Kiççini  açdı.  Ona  elə 
gəlirdi  ki,  Kiççi  daha  heç  yana  qaçmayacaq.  Ağ  Diş 
anasımn  azadlığa  çıxmasına  sevinirdi.  O,  ana  canavarla 
downloaded from KitabYurdu.org


125 
 
birlikdə bütün düşərgəni fəxrlə gəzib dolanırdı. Kiççi Ağ 
Dişin yanında olduğundan, Lip-lip ona yaxın gələ bilmirdi. 
Əksinə, Ağ Diş bəzən tüklərini qabardıb davakar görkəm 
alır, Lip-lipə yaxınlaşırdı. Lip-lip isə qorxurdu. Amma bir 
gün  intiqam  alacağına  əmin  idi.  Bunun  üçün  təkbətək 
döyüşə məqam gözləyirdi. 
Elə həmin gün Ağ Dişlə Kiççi qəsəbənin yaxınlığındakı 
meşə  kənanna  çıxdılar.  Ağ  Diş  anasını  şimal  çöllüyünə 
səsləyirdi.  Ana  canavar  meşənin  kənarında  ayaq  saxladı. 
Ağ  Diş  isə  onu  bir  az  da  uzağa,  lap  uzağa  aparmağa 
çağınrdı.  Çaylar,  mağara,  sakit  meşə  Ağ  Dişə  gəl-gəl 
deyirdi.  O  istəyirdi  ki,  anası  da  onunla  getsin.  Ağ  Diş 
anasından  qabaqda  qaçırdı.  Birdən  dayandı,  geri  dönüb 
anasına baxdı. Ana canavar hərəkətsiz durmuşdu. Ağ Diş 
yazıq-yazıq zingildədi. 
Oynaya-oynaya kolların arasında qaçmağa başladı. Sonra 
qayıdıb  anasının  dodaqlarını  yaladı,  yenə  qaçdı.  Amma 
ana  canavar  yerindən  tərpənmədi.  Ağ  Diş  yenə  ana 
canavara  göz  qoydu.  Birdən  elə  bil  ana  canavarın  səbri 
tükəndi və o, başını döndərib düşərgəyə san baxdı. Şimal 
cəngəllikləri  Ağ  Dişi  çağırırdı.  Ana  isə  bu  harayı  gizlicə 
eşidir,  amma  tonqalı,  tonqalın  istisini,  insanın  harayını 
daha  aydın  duyurdu.  Bütün  vəhşilərdən  fərqli  olaraq  bu 
haraya  yalnız  ana  canavar  hay  verirdi.  Çünki  canavarla 
downloaded from KitabYurdu.org


126 
 
vəhşi itlər qardaş idilər. 
Kiççi  dönüb  yavaş-yavaş  geriyə  qaçdı.  Düşərgənin 
zənginləri  möhkəm,  hökmü  zəhmli  idi  və  o,  möhkəm 
tellərlə  bu  hökmə  bağlanmışdı.  Allahlar  görünməz,  sirli, 
sehrli  yollarla  ana  canavarı  ovsunla-  mışdılar,  onu  heç 
yana buraxmırdılar. Ağ Diş tozağacınm kölgəsində oturub 
yavaşca  zingildəyirdi.  Havanı  zərif,  ətirli  bir  qoxu 
bürümüşdü.  Bu  qoxu  şam  meşəsindən  gəlir,  Ağ  Dişə 
əvvəlki azad və sakit həyatını xatırladırdı. 
İndi bu həyat köləliklə əvəz olunmuşdu. Amma Ağ Diş 
hələ  körpə  idi.  Ana  harayı  şimal  cəngəlliklərinin,  yaxud 
insanın əmrindən daha güclü idi. Anası onun üçün hər şey 
deməkdi. Müstəqil həyat  hələ  qabaqda  idi. Buna  görə də 
Ağ Diş qəmgin-qəmgin düşərgəyə tərəf yüyürdü. Amma 
yolda  bir  neçə  dəfə  dayanıb  zingildədi,  sakit  şam  meşə-
sinin içindən gələn haraya qulaq verdi. 
Şimal cəngəlliklərində ana ilə bala adətən bir yerdə çox 
yaşamırlar,  adamlar  ana  və  bala  heyvanlar  arasında  olan 
telləri tez qırırlar. Onlar Ağ Dişlə də belə etdilər. 
Qrey  Biverin  Fri  İqlzə  borcu  vardı.  Bir  gün  Fri 
Makkenzi  çayı  boyunca  Böyük  Sleya  gölünə  səyahətə 
getməyə  hazırlaşdı.  Qrey  Biver  ona  bir  az  qırmızı  parça, 
ayı dərisi, iyirmi patron və Kiççini verməklə öz borcunu 
ödədi.  Ağ  Diş  Frinin  ana  canavan  götürüb  qayığa 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə