Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

163 
 
Beləliklə, sümüyü götürdü. Ağ Diş özündən çıxdı. Qonşu 
itlər arasındakı hökmranlığının dadı hələ onun damağından 
getməmişdi. Buna görə də özünü toplaya bildi. Axı, gözü 
görə-görə  başqa  bir  it  onun  ət  payını  içəri  ötürürdü. 
Canavar balası qoca Beysiki göz açmağa qoymadı. Adəti 
üzrə itin üstünə tullandı. Elə birinci dişləkdən qoca itin sağ 
qulağı  parça-parça  olub  sallandı.  Qəfil  hücum  qoca  iti 
sarsıtmışdı. Bu hücumun ardınca dərhal ildırım sürəti ilə 
daha  bir  kədərli  mənzərə  baş  verdi:  Beysik  ayaqlarından 
vuruldu  və  boğazında  dəhşətli  yara  əmələ  gəldi.  Qocaya 
qalxmağa  aman  verməyən  canavar  balası  iki  dəfə  onun 
çiynini yaraladı. İldırım sürətli hücum dəhşətli idi. Beysik 
də Ağ Dişin üstünə atıldı. Amma, ağzı boşa çıxdı. Dişləri 
yalnız havada hiddətlə şaqqıldadı. Növbəti anda Beysikin 
bumu  parçalandı.  Və  o,  ləhləyə-ləhləyə  geri  çəkildi. 
Vəziyyət  tamamilə  dəyişmişdi.  Sümüyün  üstündə 
hiddətdən tüklərini qabartmış Ağ Diş dururdu. Beysik hər 
dəqiqə  qaçmağa  hazır  vəziyyətdə  idi.  Kənarda  durub 
baxırdı. O, cavan, çevik rəqibi ilə boğuşmağa cürət etmədi. 
Bir  daha  kədərlə  hiss  etdi  ki,  qocalmışdır.  Amma  öz 
ləyaqətini  itirməməyə  çalışırdı.  Buna  görə  də  Beysik 
arxasını  cavan  itə  və  yerə  düşmüş  sümüyə  döndərib 
sakitcə,  şahanə  addımlarla  çıxıb  getdi.  Guya  onu  heç  nə 
maraqlandırmırdı. Gözdən itəndən sonra Beysik Ağ Dişin 
downloaded from KitabYurdu.org


164 
 
görə  bilmədiyi  bir  yerdə  uzanıb  yaralarını  yalamağa 
başladı. 
Bu hadisədən sonra Ağ Diş özünə daha çox inanmışdı. 
O  özü  ilə  fəxr  edirdi.  İndi  Ağ  Diş  qoca  itlər  arasında  da 
arxayın-arxayın gəzirdi. Heç kəsə aman vermirdi. Əlbəttə, 
şuluq  salmağa  bəhanə  axtarmırdı.  Amma  itlərdən  özünə 
nəhayətsiz  dərəcədə  diqqət  tələb  edirdi.  O  öz  hüququ 
qoruyurdu.  İtlərin  qabağında  əyilmirdi.  İtlər  onunla 
hesablaşmalı  idilər,  vəssalam,  heç  kəs  ona  xor  baxa 
bilməzdi.  Ağ  Diş  küçüklərin  qənimi  idi.  Küçüklər  yaşlı 
itlərdən  çəkinirdilər,  onlara  yol  verir,  hətta  bəzən  öz  ət 
paylarını  da  qocalara  qoyub  əkilməyə  məcbur  olurdular. 
Yırtıcıya dönmüş, hamıdan sərt və güclü qaçan Ağ Diş də 
özünü yaşlı itlər kimi aparırdı. Bu hüququ özü qazanmışdı. 
Qoşqu  itləri  tezliklə  başa  düşdülər  ki,  Ağ  Dişə  elə-belə 
baxmaq olmaz. Yaxşısı budur, onunla işləri olmasın. Ona 
heç ilıq münasibət göstərməyə də cəhd 
etmirdilər.  İtlərlə  bir  neçə  dəfə  boğuşduqdan  sonra  Ağ 
Dişin hökmü bütün xila sirayət etdi. 
Yayın ortalarında canavar balasının başına gözlənilməz 
bir hadisə gəldi. O, düşərgənin ətrafında sakit-sakit gəzirdi. 
Burada təzə bir daxmanı ələk-vələk etdi. Ağ Diş hindularla 
birlikdə sığın ovuna getmək istəyirdi, lakin birdən o, Kiççi 
ilə  rastlaşdı.  Ayaq  saxladı  və  Kiççiyə  baxdı.  O,  anasını 
downloaded from KitabYurdu.org


165 
 
dumanlı şəkildə xatırlayırdı. Axır ki, yadına saldı. Amma 
Kiççi  öz  oğlunu  unutmuşdu.  O,  hiddətlə  oğlunun  üstünə 
mırıl- dadı. Dişlərini şaqqıldatdı. Ağ Diş isə hər şeyi - anası 
ilə bağlı ötən günləri xatırladı. Ötən günlər və ananın bu 
nəriltisinin  tanış  mənası  onun  gözləri  önündə  canlandı. 
Allahlarla görüşməzdən qabaq onun anası Kiççi - Ağ Diş 
üçün  əvəzolunmaz  bir  varlıq  idi.  Köhnə,  doğma  hisslər 
qayıdıb onu bürüdü. Ağ Diş anasına sarı yüyürdü, amma 
Kiççi  dişlərini  şaqqıldatmaqla  onu  qarşıladı.  Kiççinin 
dişləri sümüyə kimi oğlunun çiyninə sancıldı. Ağ Diş heç 
nə  anlamadı.  Bu  görüşə  məəttəl  qaldı.  Özünü  itirib, 
karıxmış vəziyyətdə geri çəkildi. 
Kiççidə günah  yox  idi. Ana  canavarlar öz  balalarını  - 
birdən  çox  yaşı  olan  balalarını  tez  unudurlar.  Kiççi  də 
beləcə  öz  balasını  yaddan  çıxarmışdı. Ağ Diş  onun üçün 
yad  olmuşdu  və  bu  müddət  ərzində  doğduğu  yeni  nəsil 
anaya  azğınlıq  etmək  hüququ  verirdi.  O,  naməlum  olan 
bütün itlərə qarşı quduzluq edirdi. 
Ana canavarın balalarından biri Ağ Dişə tərəf süründü. 
Özləri  də  bilmədən  heyvanlar  qeyri-ixtiyari  bir-birinə 
yanaşdılar. Ağ Diş küçüyü maraqla iylədi, Kiççi yenə onun 
üstünə  şığıyıb  böyük  oğlunun  çənəsini  yaraladı.  Ağ  Diş 
yenə  də  geri  çəkildi.  Onun  içində  yenicə  oyanmış  bütün 
köhnə, şirin xatirələri ölüb məhv oldu. O öz təzə balasını 
downloaded from KitabYurdu.org


166 
 
yalayan  Kiççiyə  baxdı,  ana  canavar  hərdənbir  başını 
qaldırıb mınldayırdı. İndi Kiççi Ağ Dişə lazım deyildi. O, 
anasız  keçinməyi  öyrənmişdi.  Ananın  necə  əziz  və 
qiymətli  varlıq  olduğunu  da  unutmuşdu.  Onun  yırtıcı 
dünyasında daha Kiççiyə yer yox idi. Kiççinin dünyası da 
Ağ Dişsiz qalmışdı. 
Elə bil xatirələr heç olmamışdı. Bütün bu hadisələr Ağ 
Dişi  heyrətləndirmiş,  sarsıtmışdı.  Bu  vaxt  Kiççi  üçüncü 
dəfə Ağ Dişin üstünə cumdu və onu qovdu. Ağ Dişin itaət 
etməkdən  savayı  yolu  yox  idi.  Kiççi  dişi  canavar  idi  və 
onun cinsinin qanununa görə, erkək canavarla dişi canavar 
dalaşmamalı  idi.  Əlbəttə,  bu  qanun  haqqında  o  heç  nə 
bilmirdi. Bu qanunu həyat təcrübəsindən götürmüşdü. Bu 
qanunu ona instinkt pıçıldayırdı. Elə bil instinkt ki, vaxtilə 
aylı-ulduzlu  gecələrdə  onu  ağzını  göyə  tutub  ulamağa 
məcbur  etmişdi.  Bu  instinkt  onu  ölümün  caynaqlı 
pəncəsindən  və  naməlum  qorxu  hissindən  çəkinməyə 
məcbur etmişdi. 
Aylar bir-birini əvəz edirdi. Ağ Dişin gücü artmışdı. O, 
yekəlmiş, çiyinləri genişlənmiş, xasiyyəti inkişaf etmişdi. 
Elə bil canavar balası palçıq kimi yumşaq bir materialdan 
hazırlanmışdı. Onun içində çoxlu keyfiyyətlər gizlənmişdi. 
Ətraf  mühit  bu  palçıqdan  istədiyi  şeyi  düzəldirdi.  Ona 
müxtəlif  forma  verirdi.  Əgər  insanın  qaladığı  tonqal  Ağ 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə