Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

171 
 
Kiççinin  təzə  doğulmuş  küçüklərindən  yalnız  biri  sağ 
qalmışdı  və  bu  balaca  küçük  də  son  günlərini  yaşayırdı. 
Körpələr aclığa çətin tab gətirirdi. 
Kiççi  böyük  oğlunu  -  Ağ  Dişi  yaxşı  qarşılamadı. 
Canavar  balası  buna  əhəmiyyət  vermədi,  anaya  möhtac 
deyildi.  Ağ  Diş  soyuqqanlıqla  ondan  üz  döndərib 
çayyuxarı  qaçdı.  Çayın  sol  qolunda  haçansa,  anası  ilə 
birlikdə dalaşdığı vaşaq yuvasını tapdı, sakinləri didərgin 
düşmüş bu yuvada uzanıb bütün günü dincini aldı. 
Yayın  əvvəllərində  -  aclıq  qurtaran  vaxtı  Ağ  Diş 
qəfildən Lip- liplə rastlaşdı. Lip-lip də onun kimi meşəyə 
qaçmış, acınacaqlı həyat sürmüşdü. Ağ Diş onu qəfildən 
gördü.  Əyri  sahilin  çıxıntısından  əks  istiqamətə  tərəf 
dönürdü. Onlar, demək olar ki, eyni vaxtda hündür təpənin 
dalından çıxıb üzbəüz dayandılar. Hər ikisi quruyub qaldı. 
Bu görüşdən hər ikisi qorxuya düşdü. Hər iki it gözlərini 
bir-birinə  zillədi.  Ağ  Dişin  əhvalı  yaxşı  idi.  O,  həftə 
ərzində yaxşı ov etmiş, çoxlu ət yemişdi. Tox idi. Lip-lipi 
görən  kimi  tükləri  dimdik  qalxdı.  Qeyri-  ixtiyari  olaraq 
tüklərini  qabardan  Ağ  Diş  əvvəllər  Lip-liplə  dalaşanda 
belə  vəziyyət  alardı.  Öz  düşmənini  görən  Ağ  Diş 
mırıldandı.  Fürsəti  əldən  vermədi.  Hər  şey  sürətlə  baş 
verdi.  Lip-lip  dala  çəkildi.  Ağ  Diş  çiyin-çiyinə  sürünüb 
birdən onun ayaqlarından vurdu. Sonra belinə tullanıb Lip-
downloaded from KitabYurdu.org


172 
 
lipin  daman  çıxmış  boynunu  cənginə  keçirtdi.  Lip-lipi 
ölümqabağı titrəmə tutdu. Ağ Diş gözünü ondan çəkmirdi. 
Bir müddət onun başına fırlandı, sonra yenidən yola düşüb 
sahilin əyri döngəsində gözdən itdi. 
Ağ  Diş  tezliklə  meşə  kənarına  gəldi.  Sonra  ensiz 
cığırlarla  Makkenzi  çayına  endi.  O,  əvvəllər  də  buraya 
gələrdi. O vaxt bu sahildə heç 
nə  yox  idi.  İndi  isə  burada  düşərgə  görünürdü.  Ağ  Diş 
dayandı. Ağacların arxasına çəkilib oğrun-oğrun pusmağa 
başladı. Düşərgədən gələn səslər və qorxular ona tanış idi. 
Lakin  düşərgənin  səs  və  qorxusunda  nəsə  bir  təzəlik 
duyulurdu.  Hürüşmə  və  ağlaşma  səsi  gəlirdi.  Bu  səslər 
sanki bolluqdan, naz-nemətdən xəbər verirdi. Bu vaxt Ağ 
Diş  əsəbi  qadın  səsi  eşitdi.  Ona  elə  gəldi  ki,  bu  cür 
əsəbiləşmək  yalnız  tox  qarına  mümkün  olar.  Havadan 
balıq  iyi  gəlirdi.  Deməli,  düşərgədə  yemək  vardı.  Həyat 
qaynayırdı. 
Aclıq  qurtarmışdı.  O,  meşədən  çıxıb  sürətlə  düz 
daxmaya - məişət qayğıları ilə coşub-daşan daxmaya tərəf 
götürüldü.  Evin  kişisi  yox  idi.  Amma  Klu-kuç  Ağ  Dişi 
görən  kimi  sevincdən  qışqırdı.  Ona  bütöv  bir  təzə  balıq 
verdi. Balığı ləzzətlə yeyəndən sonra Ağ Diş uzanıb Qrey 
Biverin yolunu gözlədi. 
 
downloaded from KitabYurdu.org


173 
 
Dördüncü hissə 
QADİR ALLAHLAR 1 
DÜŞMƏN 
Ağ  Dişin  təbiətində  öz  cinsindən  olan  heyvanlarla 
yaxınlıq etmək istəyi yaranmışdı. O, qoşqunun başçısı olan 
kimi bu istək biryolluq məhv oldu. 
İtlərin ondan zəhləsi gedirdi. Çünki Mit-sah ona əlavə ət 
atırdı. 
Ağ Diş həmişə qoşqunun başında qaçırdı, bununla da 
yumşaq,  tüklü  quyruğunun  görünməsi,  iti  qaçan, 
gözəgörünməz ayaqları ilə itləri özündən çıxarırdı. 
Ağ  Diş  də  itlərə  nifrət  edirdi.  Başçı  vəzifəsini  yerinə 
yetirmək  ona  qətiyyən  ləzzət  vermirdi.  Yalnız  gücünə 
arxalanıb  üç  il  onun  hakimiyyəti  altında  qalan  itlərin 
hürüşməsindən 
qaçmaq 
lazım 
gəlirdi. 
Bununla 
banşmalıydı,  əks  təqdirdə,  onu  ölüm  gözləyirdi.  Onun 
içində  coşub-daşan  həyat  isə  sönmək  istəmirdi.  Mit-Sah 
yerindən tərpənən kimi bütün qoşqu hiddətlə hürə-hürə Ağ 
Dişin dalınca yüyürürdü. 
O  özünü  müdafiə  edə  bilmirdi.  Başını  itlərə  tərəf 
döndərən  kimi  Mit-sah  onun  ağız-bumunu  qamçılayırdı. 
Ağ Dişin irəli, yalnız irəli qaçmaqdan başqa əlacı qalmırdı. 
Hürüşən it  xılının hücumunu quyruğu və dal ayaqlan ilə 
dəf edə bilmirdi. Belə silahla amansız dişlər çoxluğundan 
downloaded from KitabYurdu.org


174 
 
qorunmaq mümkün deyildi. Və Ağ Diş dördayaq çaparaq, 
hər  sıçrayışı  ilə  öz  təbiətini  zorlayır,  vüqarım  sındırırdı. 
Beləcə bütün günü qaçmalı olurdu. 
Zor  işlətmək  cəzasız  qalmır.  Əgər  bədəndəki  tük 
dərinin lap dibinə yeriyirsə, o da mütləq ağrı verəcək. Belə 
bir hadisə eynilə Ağ Dişin başına gəldi. O, bütün varlığıyla 
onu  dabanbadaban  izləyən  itlərdən  qaçmağa  can  atırdı. 
Amma allahların hökmünə qarşı çıxmaq olmazdı. Onların 
hökmü  maral  bağırsaqlarından  düzəldilmiş  otuz  funtluq 
qam- çıyla daha da möhkəmlənirdi. Ağ Diş bütün bunlara 
dözürdü, vəhşi, təkrarolunmaz əxlaqına mənsub nifrət və 
qəzəbini gizlədərək dözürdü. 
Ağ  Diş  itlərin  qatı  düşməni  idi.  O,  heç  vaxt  aman 
istəməz,  özü  də  heç  kəsə  rəhm  etməzdi.  Bədənindən 
yaralar və çapıqlar əksik olmazdı, öz növbəsində itlərdə də 
onun dişlərinin yeri qalırdı. Digər başçıların əksinə olaraq 
(allahlara arxayın olan başçıların əksərinin əksinə olaraq, 
Ağ Diş belə müdafiəyə məhəl qoyan deyildi), o, cəsarətlə 
düşərgədə hərlənir, onu gündüzlər incitmiş itlərlə gecələr 
haqq-hesab çəkirdi. Ağ Diş hələ başçı olmadığı vaxtlarda 
indiki qoşqu yoldaşları adətən ondan gen gəzirdilər. İndi 
vəziyyət dəyişmişdi. Səhərdən axşamadək çəkən təqib və 
Ağ Dişin bütün günü onların qabağına qaçmasına dözməyə 
nə  vardı  ki!  Ağ  Diş  xılın  arasında  görünən  kimi  dava 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə