Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə45/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

183 
 
gəlmək  istəyirdilər.  Amma  Ağ  Diş  bütün  məharətini  və 
fəndlərini işə salırdı. İtlər ona hücum edərək hürür. Ağ Diş 
isə kənara sıçrayırdı. 
İtlər  onu  gözdən  qoyan  kimi  Ağ  Diş  yandan  onlara 
şığıyır, ayaqlarından vurub boğazlarından yapışırdı. 
Belə dişləklər tez-tez ölümlə nəticələnirdi. Onun rəqibi 
palçığın  üstünə  sərilib  hindu  itlərinin  ayaqları  altına 
düşürdü. Hindu itləri də buna bənd idi. O saat bütün xıl ilə 
yad itə daraşıb onu tikə-tikə edirdilər. Ağ Dişin ağlına söz 
ola bilməzdi. O çoxdan dərk etmişdi ki, itlərini öldürəndə 
allahlar  qəzəblənirlər.  Ağ  allahlar  da  beləydi.  Buna  görə 
də,  rəqibinin  ayağından  vurub  boğazından  bir  diş 
götürdükdən sonra aradan çıxır, həmin itin işini bitirməyə 
xila imkan yaradırdı. Bu vaxt ağ adamlar qaçıb gəlirdilər 
və öz hirslərini xılın üstünə tökürdülər. Ağ Diş isə sudan 
quru çıxırdı. Adətən o, kənardan durub seyr edirdi. Onun 
həmcinslərini  daşla,  dəyənəklə,  baltayla  vurardılar. 
Əllərinə  nə  keçsəydi,  itlərə  atardılar.  Ağ  Diş  beləcə 
ağıllıydı. 
Amma  onun  qoşqu  dostları  da  nə  isə  öyrənmişdilər: 
başa  düşmüşdülər  ki,  gəmi  sahilə  yan  alanda  əsl  kef 
başlayır. Budur, itlər gəmidən çıxıb qaçdılar və onlardan 
ikisi-üçü  dərhal  parça-parça  edildi.  Onda  adamlar  qalan 
itləri geri qovur və amansız haqq-hesab çəkirdilər. Bir dəfə 
downloaded from KitabYurdu.org


184 
 
tula  cinsli  köpəyin  gözü  qabağında  parçalandığını  görən 
sahibi tapançasını çıxartdı. 
O,  xıldan  altı  it  güllələdi.  Ağ  Diş  bu  hadisəni  uzun 
müddət  unutmadı.  Bu,  adamların  qüdrətinin  daha  bir 
nümunəsi idi. 
İlk günlər ağ adamların itləriylə döyüşmək sadəcə onu 
əyləndirirdi.  Sonra  o,  bundan  əməlli-başlı  yapışdı.  Onun 
ayrı  işi  olmazdı.  Qrey  Biver  alverlə  məşğul  idi, 
varlanmışdı. Ağ Diş körpünü gözdən qoymurdu. O, hindu 
itlərinin  azğın  xılıyla  birlikdə  gəmilərin  gəlməsini 
gözləyirdi. Gəmi sahilə yan alan kimi qiyamət başlanırdı. 
Belə  gözlənilməz  görüşdən  başlarını  itirmiş  ağ  adamlar 
özlərinə  gəlincə  itlər  hərəsi  bir  tərəfə  qaçıb  gedir  və 
növbəti gəmini gözləyirdilər. 
Lakin  Ağ  Dişi  xılın  üzvü  saymaq  olmazdı.  O,  xila 
qarışmırdı,  kənarda  durur  və  heç  vaxt  öz  müstəqilliyini 
itirmirdi. 
Şuluqluq  salmaq  üçün  heç  də  böyük  əmək  tələb 
olunmurdu.  Ağ  Dişin  körpünün  yanında  olması  bəs  idi. 
Yad  itlər  sahilə  çıxan  kimi  boğuşma  başlayır,  onlar  Ağ 
Dişin üstünə cumurdular. İnstinkt ona beləcə hökm edirdi. 
İtlər Ağ Dişdə şimal cəngəlliyini hiss edir, ona naməlum 
qorxu,  əbədi  təhlükə  kimi  baxırdılar:  onlar  Ağ  Dişi 
qaranlıqda  oğrun-  oğrun  gəzən  bir  heyvan  kimi 
downloaded from KitabYurdu.org


185 
 
duyurdular. Bu xəlvəti cins insan tonqallarını əhatə etmişdi 
və  itlər  tonqala  yaxın  gələndə  öz  əvvəlki  vərdişlərindən 
imtina  edərkən  şimal  cəngəlliyindən  —  tərk  edilmiş  və 
atılmış  şimaldan  qorxurdular.  Bu  qorxu  hissi,  şimal 
cəngəlliyinin  qorxusu  itlərə  nəsilbənəsil  keçmişdi.  Şimal 
çölləri ölümlə hədələyirdi. Amma itlərin sahibləri, allahları 
onlara  şimaldan  gələn  bütün  canlıları  öldürmək  hüququ 
vermişdilər. Bu hüquqdan istifadə edərək onlar özlərini və 
allahlarını - onları öz aralarına buraxan allahlarını müdafiə 
edirdilər. 
Buna görə də cənubdan gələn, Yukon çayının sahilinə 
düşən  itlər  Ağ  Dişi  görcək  qızğın  bir  ehtirasla  üstünə 
atılmaq  və  onu  parçalamaq  istəyirdilər.  Gəlmə  itlərin 
arasında  şəhər  itləri  də  vardı.  Amma  şimal  çöllüyündən 
instinktiv qorxu hissi onlarda da vardı. 
Günün  günorta  çağı  onların  rastına  çıxan  canavara 
oxşar  vəhşiyə  əcdadlarının  gözüylə  baxır  və  onlardan 
miras qalmış xatirə itlərə deyirdi ki, bu, canavardır. Və bu 
canavara onların cinsi əbədi düşmən kəsilibdir. 
Bütün  bunlardan  isə  Ağ  Diş  həzz  alırdı.  Əgər  onun 
görkəmi  itləri  ona  hücum  etməyə  məcbur  edirdisə,  çox 
yaxşıydı.  Onlar  Ağ  Dişdə  özlərinin  layiqli  ovunu 
görürdülər. Ağ Diş də onlara eynilə belə baxırdı. 
Ağ Diş tənha mağarada ilk dəfə dünya işığını əbəs yerə 
downloaded from KitabYurdu.org


186 
 
görməmişdi. İlk döyüşlərində ağ kəklik, gəlincik və vaşaq 
kimi rəqiblərlə vuruşmuşdu. Onun uşaqlıq illəri Lip-lipin, 
bütün xılın kin-küdurətiylə nahaq yerə zəhərlənməmişdi. 
Əgər həyat onu başqa cür böyütsəydi, bəlkə də tamam ayrı 
cür olacaqdı. Düşərgədə Lip-lip olmasaydı, Ağ Diş başqa 
küçüklərlə dostlaşardı, itə daha çox oxşayardı və öz həm-
cinslərinə qarşı mehriban olardı. Gərək Qrey Biver yumşaq 
və mərhəmətli adam olaydı. Bəlkə o, Ağ Dişdə məhəbbət 
və  mərhəmət  hissi oyada  bilərdi. Amma  belə  olmamışdı. 
Əksinə,  həyat  Ağ  Dişlə  sərt  rəftar  etmişdi.  Və  o,  yırtıcı 
oldu,  azğın  bir  vəhşiyə  dönüb  öz  həmcinslərinin 
düşməninə çevrildi. 

DƏLİ ALLAH 
Yukon  fortunda  ağ  dərili  adamlar  çox  deyildi.  Onlar 
burada çoxdan məskən salmışdılar və özlərini “qıcqırmış 
xəmir” adlandırır, bununla fəxr edirdilər. Başqa yerlərdən 
bura gələnləri köhnə sakinlər sevmirdilər. Gəmiylə gələn 
adamlar təzə adamlar sayılırdı və onlara “çeça- ko” (yəni 
“təzə”) deyirdilər. Təzə gələnlər bu sözü heç xoşlamırdılar. 
Onlar  xəmiri  quru  maya  ilə  yoğururdular,  bu  da  onlarla 
yerli  sakinlər  arasında  fərq  yaradırdı.  İş  burasında  idi  ki, 
yerli  sakinlər  çörəyi  acxəmrə  ilə  bişirirdilər,  çünki  maya 
yox idi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə