Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

195 
 
Allahına  qarşı  çıxmaq  asan  deyildi.  Ağ  Diş  buna  əmin 
olmuşdu.  Qrey  Biver  onun  üçün  Allah  idi  və  o,  Qrey 
Biverdən  əl  çəkmir,  onun  hökmünə  qarşı  çıxırdı.  Qrey 
Biver Ağ Dişi satdısa da, amma bunun əhəmiyyəti yox idi. 
Ağ  Diş  bütün  varlığıyla  Qrey  Biverə  bağlanmışdı.  Onu 
sahibiylə bağlayan telləri qırmaq asan deyildi. 
Bir gecə bütün fort yatandan sonra Ağ Diş bağlandığı 
dəyənəyi gəmirməyə başladı. Dəyənək quru və bərk idi. Və 
itin  boynuna  o  qədər  yaxın  bağlanmışdı  ki,  dişləri 
çətinliklə  ona  çatırdı.  Dəyənəyi  gəmirmək  saatlarla  vaxt 
tələb edirdi. Ağ Dişə qədər heç bir it belə iş görməmişdi, 
amma  Ağ  Diş  bunu  etdi  və  sübh  tezdən  boynundan 
sallanan dəyənəklə birlikdə fortdan qaçdı. 
Ağ Diş müdrik it idi. Amma təkcə müdrik olsaydı, onu 
iki  dəfə  satan  sahibi  Qrey  Biverin  yanma  təzədən 
qayıtmazdı. 
Lakin 
ondakı 
müdriklik 
sədaqətlə 
tamamlanırdı;  Qrey  onu  üçüncü  dəfə  satdı.  Ağ  Dişin 
boynuna  yenə  qayış  salındı  və  yenə  Göyçək  Smit  onun 
dalınca gəldi. Bu dəfə də Ağ Diş xeyli kötək yedi. Qrey 
Biver  isə  ağ  adamın  qalxıb-enən  qamçılarına  sakit-sakit, 
laqeyd-laqeyd  baxırdı.  O,  iti  müdafiə  etməyə  cəhd 
göstərmirdi. Artıq it onunku deyildi. Bu kötəklərdən sonra 
Ağ Dişin salamat qalması lap möcüzəydi. Zərif cənub iti 
bu kötəklərə dözə bilməzdi, amma Ağ Diş dözürdü. Onu 
downloaded from KitabYurdu.org


196 
 
sərt  həyat  məktəbi  bərkitmişdi.  O,  həddindən  artıq 
yaşamağa  qabil  olan  heyvan  idi  və  onun  həyatdan  bərk-
bərk  yapışması  başqa  itlərə  nisbətən  qat-  qat  güclüydü. 
Amma indi Ağ Diş zorla nəfəs alırdı. Heç tərpənə bilmirdi 
və  Göyçək  Smit  onu  evə  aparmaq  üçün  yarım  saat 
gözləməli oldu. Sonra Ağ Diş durdu, səndirləyə-səndirləyə 
Göyçək Smitin dalınca forta getdi. 
Bu  dəfə  onu  zəncirlə  bağladılar.  Zənciri  gəmirmək 
olmazdı.  O,  şalbana  pərçimlənmiş  dəmiri  sındırmağa 
çalışsa  da,  bütün  cəhdləri  boşa  çıxırdı.  Bir  neçə  gündən 
sonra müflisləşmiş Qrey Biver özünə gəldi və Porkyupayn 
çayı  boyunca  Makkenziyə  yola  düşdü.  Ağ  Diş,  insanlıq 
sifətini  tamam  itirmiş  dəli  bir  adamın  iti  kimi  Yukon 
fortunda qaldı. Bəs it dəlilik haqqında haradan bilir? Ağ 
Diş üçün Göyçək Smit tanrı olmuşdu - dəhşətli, qorxunc 
idi, amma hər halda, Allah idi. Bu, dəli bir Allah idi və Ağ 
Diş belə dəlilik haqqında heç nə bilmirdi. O, bircə bunu 
bilirdi:  bu  adamın  əmrinə  tabe  olmalıdır,  onun  bütün 
şıltaqlıqları və nazıyla oynamalıdır. 

NİFRƏT 
Ağ Diş dəli Allahının əlində şeytana dönmüşdü. Allah 
fortun uzaq küncündə çəpər düzəldib Ağ Dişi zəncirlədi. 
O,  iti  hirsləndirir,  əzabverici  hücumlarla  onu  özündən 
downloaded from KitabYurdu.org


197 
 
çıxarırdı.  Allah  tezliklə  müəyyən  etdi  ki,  Ağ  Diş 
məsxərəyə dözə bilmir. Buna görə də Smit adətən öz cəza 
tədbirlərini qulaqbatırıcı gülüşlə bitirirdi. O, Ağ Dişi təhqir 
edir,  məsxərəyə  qoyurdu,  onu  barmağıyla  hədələyirdi. 
Belə hallarda it özünü tamamilə unudurdu və onu özündən 
çıxaran Göyçək Smitdən də artıq dəlilik edirdi. 
İndiyə kimi Ağ Diş öz cinsindən olan varlıqlara nifrət 
edirdi,  özü  də  yırtıcı  nifrəti  bəsləyirdi.  İndi  o,  ətrafda 
gördüyü  hər  şeyə  düşmən  kəsilmişdi.  Smitin  təhqirləri 
həddini aşmış, Ağ Dişi elə qəzəbləndirmişdi ki, o, hər şeyə, 
hamıya  dəlicəsinə  nifrət  edirdi.  Ağ  Diş  öz  zəncirinə, 
adamlara  -  çəpərin  arasından  boylanıb  ona  baxanlara, 
onlarla gələn itlərə nifrət edirdi. O, mırıldayan itlərə cavab 
verə  bilmirdi.  Ağ  Diş  çəpərin  taxtalarına  belə  həqarətlə 
baxırdı. Lakin hər şeydən və hamıdan çox Göyçək Smitə 
nifrət edirdi. 
Göyçək Smitin Ağ Dişlə belə rəftarında məqsədi vardı. 
Bir  dəfə  çəpərin  yanına  xeyli  adam  yığışmışdı.  Göyçək 
Smit  hasarın  içinə  girib  Ağ  Dişin  yanına  gəldi.  Əlində 
dəyənək tutmuşdu. O, itin zəncirini 
açdı.  Sahibi  çıxan  kimi  Ağ  Diş  hasarın  o  küncündən  bu 
küncünə  vurnuxdu,  ona  çöldən  göz  qoyan  adamlara 
mırıldamağa  başladı.  Ağ  Diş  hirslənəndə  daha  gözəl 
olurdu. Onun uzunu beş fut, hündürlüyü isə iki fiıtdan çox 
downloaded from KitabYurdu.org


198 
 
idi.  Hər  hansı  yaşlı  canavardan  daha  yekəydi:  çəkisi 
doxsan  funt  olardı.  İri  it  gövdəsi  anasından  gəlinəydi. 
Bədənində  piydən  əsər-  əlamət  yox  idi.  Əzələləri, 
sümükləri,  vətərləri  artıq  çəkidə  deyildi,  gözəl  formada 
olan döyüşçüyə yaraşan kimi ona yaraşırdı. 
Hasarın  qapısı  yenə  açıldı.  Ağ  Diş  dayandı.  Nəsə 
məlum olmayan əhvalat baş verirdi. Qapı geniş açılmışdı. 
Birdən içəri zırpı bir it saldılar. Qapı o saat örtüldü. Ağ Diş 
belə  heyvan  görməmişdi.  Bu,  cins  it  idi.  Amma  itin 
əndazəsi, yırtıcı və quduz görkəmi az qala Ağ Dişi təşvişə 
salmışdı.  O  qarşısında  ağac  yox.  dəmir  yox,  canlı  varlıq 
görürdü. Acığını naməlum itin üstünə tökə bilərdi. İt başını 
tərpədib xırıltılı hürüşlə Ağ Dişin üstünə cumdu. Ağ Diş o 
yan-bu  yana  tullanaraq  özünü  qorumağa  çalışdı, qəflətən 
onu köpək dişləri ilə didməyə imkan tapdı və yenidən yana 
sıçradı. 
Kənardan  tamaşa  edənlər  qışqırır,  alqışlayırdılar. 
Göyçək  Smit  isə  fərəhindən  əsərək  acgözlüklə  Ağ  Dişi 
izləyir  və  onun  rəqibiylə  haqq-  hesab  çəkdiyini  görürdü. 
Yoğun, ağır tərpənişli cins it elə lap əvvəldən yaralandı və 
döyüş ona görə qırtardı ki. Göyçək Smit içəri girib dəyə-
nəklə  Ağ  Dişi  qovdu.  Yarımcan  olmuş  iti  isə  xərəkdə 
apardılar.  Sonra  mərcdə  uduzanlar  pullarını  verdilər. 
Göyçək Smit pul qazanmışdı, pullar cingildəyirdi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə