Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

191 
 
bir o qədər narahat olurdu. 
Nəhayət, hər şey - pullar da, mallar da, rahatlıq da getdi. 
Qrey  Bi-  verin  yalnız  dəqiqəbədəqiqə  artan  ehtirası 
qalmışdı.  Bu  vaxt  Göyçək  Smit  yenə  Ağ  Dişi  satmaq 
söhbətini saldı. Amma bu dəfə qiymət dollarla yox, viski 
şüşələri  ilə  müəyyən  edildi.  Qrey  Biver  təklifə  diqqətlə 
qulaq asdı. Onun axırıncı sözü bu oldu: 
-  Tuta bilsən it sənindi... 
Viski  şüşələri  gəldi.  Lakin  iki  gündən  sonra  Göyçək 
Smit Qrey Biverə dedi: 
-  İti özün tut. 
Axşam evə qayıdan Ağ Diş rahat nəfəs alıb daxmanın 
yanında uzandı. Qorxulu ağ allah yox idi. Son günlər o, Ağ 
Dişə daha çox sataşırdı və it də evdən çıxıb getməyi üstün 
tuturdu.  Ağ  Diş  bu  adamda  necə  təhlükə  gizləndiyini 
bilmirdi, o, yalnız nəsə bir pislik hiss etmiş və bu əllərdən 
gen dolanmağı qərara almışdı. 
Ağ  Diş  uzanan  kimi  Qrey  Biver  valay  vura-vura  ona 
yaxınlaşıb  boynuna  qayış  bağladı.  Sonra  o,  Ağ  Dişin 
yanında  oturub  bir  əliylə  qayışın  ucundan  tutdu.  O  biri 
əlində Qrey Biver şüşə tutmuşdu və viski şüşəsini ağzına 
tutub qurtaqurtla içirdi. 
Bir saat keçdi və birdən kiminsə ayaq səsləri Ağ Dişin 
qulağına dəydi. 
downloaded from KitabYurdu.org


192 
 
Qrey  Biver  oturub  mürgü  vururdu.  Ağ  Diş  ehtiyatla 
sahibinin əlindəki qayışı dartdı, ancaq barmaqlar möhkəm 
sıxıldığından Qrey Biver oyandı. Smit daxmaya yaxınlaşıb 
Ağ  Dişin  yanında  dayandı.  Ağ  Diş  bu  vahiməli  varlığa 
yüngülcə  mırıldadı,  gözlərini  onun  əllərindən  çəkmədi. 
Əllərdən  biri  uzanıb  onun  başına  tərəf  sallandı.  Ağ  Diş 
daha bərkdən mırıldadı. Əl yavaş-yavaş enirdi, Ağ Diş isə 
hirslə  baxır,  hiddətindən  az  qala  boğula-boğula  daha  da 
yerə qısılırdı. Birdən onun da dişləri ağardı və kəskin metal 
səsi çıxararaq havada şaqqıldadı. Əl vaxtında geri çəkildi. 
Göyçək Smit qorxdu və qəzəbləndi. Qrey Biver Ağ Dişin 
başına bir yumruq ilişdirdi və it yenə itaətlə torpağa qısıldı. 
Ağ Diş hər iki adamın hərəkətlərinə göz qoyurdu. Smit 
getdi və çox keçmədi ki, əlində ağır bir dəyənəklə qayıtdı. 
Qrey  Biver  qayışı  Smitə  verdi.  Smit  irəli  yeridi,  qayış 
dartıldı.  Ağ  Diş  hələ  də  uzanmışdı.  Qrey  Biver  iti 
durğuzmaq üçün kötəklədi. Ağ Diş cəsarət edərək düz yad 
adamın  üstünə  tullandı,  ancaq  Smit  elə  bil  bu  hücumu 
gözləyirdi,  dəyənək  zərbəsi  ilə  Ağ  Dişi  yerə  sərdi.  Qrey 
Biver  güldü  və  başını  tərpədib  bəyəndiyini  bildirdi. 
Göyçək  Smit  qayışı  yenə  dartdı  və  bu  dəfə  zərbədən 
birtəhər olmuş Ağ Diş güclə ayağa qalxdı. 
İt  daha  tullanmadı.  Ona  bircə  belə  zərbə  bəs  idi  ki, 
anlasın: ağ Allah dəyənəyi əlində boş yerə tutmayıb. Ağ 
downloaded from KitabYurdu.org


193 
 
Diş  ağıllıydı  və  tale  ilə  mübarizənin  mənasız  olduğunu 
görürdü.  Quyruğunu  qaldırıb,  zingildəyə-zingildəyə 
Göyçək Smitin dalınca getdi. Smit ondan gözünü çəkmirdi 
və dəyənəyi əlində hazır saxlamışdı. 
Forta  gələndən  sonra  Smit  iti  bərk  bağlayaraq  yıxılıb 
yatdı.  Ağ  Diş  bir  saat  gözlədi,  sonra  qayışı  gəmirməyə 
başladı və heç on saniyə çəkmədi ki, o, azadlığa çıxdı. O, 
vaxtı boş yerə itirməmişdi: qayış elə bil bıçaqla kəsilmişdi. 
Ətrafa boylana-boylana Ağ Diş tüklərini qabartdı və uladı. 
Sonra dönüb Qrey Biverin daxmasına tərəf qaçdı. Bu yad 
və  qorxulu  Allaha  itaət  etmək  istəmirdi.  O,  Qrey  Biverə 
bağlanmışdı  və  heç  kəs  Ağ  Dişə  onun  kimi  sahib  ola 
bilməzdi. 
Bütün sonrakı hadisələr də eynilə təkrar olundu, amma 
bəzi dəyişikliklərlə. Qrey Biver yenə iti bağladı və səhər 
Göyçək Smitə apardı. Elə buradaca Ağ Diş fərq hiss etdi. 
Göyçək Smit onu yaxşıca kötəklədi. Bu dəfə daha möhkəm 
bağlanmış  Ağ  Diş  qəzəbdən  atılıb-düşür,  kötəklənirdi. 
Göyçək  Smit  dəyənək  və  qamçını  işə  salmışdı.  Ağ  Diş 
ömründə  belə  kötəklər  yeməmişdi.  Hətta  Qrey  Biver  də 
onu bu qədər dəhşətli döyməmişdi. 
Göyçək  Smit  həzz  alırdı.  O  öz  qurbanına  acgözlüklə 
baxır,  Ağ  Diş  ağrılardan  ulayanda  onun  gözlərindən  od 
çıxırdı.  Smit  zalım  adam  idi.  Yalnız  qorxaqlar  belə 
downloaded from KitabYurdu.org


194 
 
amansız  olurlar.  Bütün  bu  zərbələri  və  kötəkləri 
adamlardan  itaətlə  alan  Ağ  Diş  öz  hiddət  və  qəzəbini 
özündən  zəif  varlıqların  başına  tökürdü.  Bütün  canlılar 
hakimiyyəti sevir, əlbəttə, içi Göyçək Smit qarışıq. 
Ağ Diş nə üçün döyüldüyünü bilirdi. Qrey Biver boynuna 
qayış  keçirib  onu  Göyçək  Smitə  təhvil  verəndə,  Ağ  Diş 
başa düşmüşdü ki. 
allahı ona bu adamla getməyi əmr edir. Smit forta gəlib onu 
bağlayanda  da  o  bildi  ki,  Smit  ona  burada  qalmağı  əmr 
edir.  Bununla  belə  o,  hər  iki  Allahın  hökmünə  qarşı 
çıxmışdı  və  cəzaya  layiq  görülürdü.  O,  əvvəllər  də  yeni 
sahibinin  yanından  qaçan  itlərin  cəzalandırıldığını 
görmüşdü.  Sahiblər  itləri  o  ki  var  döyürdülər.  Ağ  Diş 
ağıllıydı, lakin onun içində elə qüvvələr oyanmışdı ki, bu 
qüvvələrin qarşısında müdriklik aciz idi. Bu qüvvələrdən 
biri  sədaqət  idi.  Ağ  Diş  Qrey  Biveri  sevmirdi  -  bununla 
belə,  bütün  qəzəblərinə,  hökmünə  baxmayaraq,  ona 
sədaqətliydi. O özüylə heç nə edə bilmirdi. O, belə doğul-
muşdu.  Sədaqət  Ağ  Dişin  bütün  əcdadlarının  ləyaqəti, 
şərəfiydi  və  onu  bütün  başqa  heyvanlardan  fərqləndirən 
cəhət  də  bu  ləyaqət  idi.  Canavar  və  iti  insanın  yanına 
gətirən,  onunla  dostlaşdıran  da  sədaqətdir.  Ağ  Diş 
kötəkləndikdən sonra forta qayıtdı. Bu dəfə Göyçək Smit 
onu  hindusayağı  -  dəyənəklə  birgə  bağladı.  Bəli,  öz 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə