Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

179 
 
Ancaq bu, nadir hallarda baş verirdi. 
O,  daha  bir  üstünlük  qazanmışdı:  vaxtı  və  məsafəni 
düzgün  qiymətləndirə  bilirdi.  Əlbəttə,  bütün  bunları 
tamamilə şüursuz edirdi. Sadəcə, müşahidəsi heç vaxt onu 
aldatmırdı  və  Ağ  Dişin  başqa  itlərə  nisbətən  daha  yaxşı 
inkişaf etmiş bədəni dəqiq və cəld işləyirdi. O biri itlərdən 
fərqli olaraq, zehni və fiziki gücünün vəhdəti daha gözəl 
nəticə verirdi. Onun görmə siniri hərəkət edən hər hansı bir 
təsviri beyninə ötürəndə  Ağ  Dişin şüuru dərhal  məsafəni 
və  vaxtı  müəyyənləşdirərdi.  Beləliklə,  o,  itlərin 
sıçrayışından,  yaxud  onların  köpək  dişlərindən  qoruna 
bilirdi. Eyni  zamanda  öz  rəqibinin  üstünə  sıçramaq  üçün 
hər bir saniyədən istifadə edə bilirdi. Lakin buna görə onu 
mədh  eləmək  də  lazım  deyil:  təbiət  başqalarına  nisbətən 
ona daha çox səxavət göstərmişdi. Vəssalam. 
Ağ Diş Yukon fortuna gələndə yay idi. Qışın axırında 
Qrey  Biver  Makkenzi  və  Yukon  çayları  arasındakı 
suayrıcını  ötüb  keçdi  və  bütün  yazı  qayalı  dağların  qərb 
yamaclarında ov etməyə başladı. Porkyupay çayının donu 
açılanda isə Qrey Biver qayıq düzəltdi və çayla üzüaşağı, 
onun  Yukonla  kəsişdiyi  səmtə  üzdü,  burdan  qütb  dairəsi 
görünürdü. Burada Hudzon gölü şirkətinin fortu yerləşirdi. 
Fortda çoxlu hindu, azuqə və digər şeylər vardı. Hər yerdə 
canlanma  gözə  dəyirdi.  1898-  ci  ilin  yayı  idi.  Minlərlə 
downloaded from KitabYurdu.org


180 
 
qızılaxtaran  Klondayka,  Dousona  tərəf  Yukon  çayının 
yuxarı boyunca hərəkət edirdi. Səyyahların mənzil başına 
çatması üçün hələ yüz millərlə yol qət etməliydi, onların 
çoxu düz bir il idi ki, yollarda idi: beş min mildən az yol 
qət edən yox idi, bəziləri isə dünyanın lap o biri başından 
gəlmişdi. 
Yukon  fortunda  Qrey  Biver  dayandı.  “Qızıl  yürüşü” 
haqqındakı  şayiələr  onun  da  qulağına  çatdı.  Özüylə  bir 
neçə  dolu  kisə  gətirmişdi  və  bu  taylardan  biri  əlcək  və 
mokasinlərlə doluydu. Əgər onu bura çoxlu var-dövlət əldə 
etmək  sövdası, ümidi  gətirməsəydi, Qrey  Biver  ömründə 
belə  uzaq  yola  çıxmağı  özünə  rəva  görməzdi,  cürət 
etməzdi. Ancaq burda gözlədiklərindən də çox şey gördü. 
O, hesablamışdı ki, dəriləri satdıqdan sonra yüz faiz gəlir 
götürəcək. Amma burada əmin oldu ki, lap çox qazanmaq 
mümkündür. Qrey Biver əsl hindu kimi təmkinlə hərəkət 
edərək qərara aldı ki, burada payıza kimi qalsın. Təki malı 
ucuz getməsin. 
Yukon fortunda Ağ Diş ilk dəfə olaraq ağ dərili adamlar 
gördü.  Hinduların  yanında  bu  ağ  adamlar  başqa  cinsdən 
olan varlıqlar kimi görünürdü. 
Onlar  Allah  idilər  və  bu  allahların  hakimiyyəti  daha 
böyük qüdrətə söykənmişdi. Bu inam Ağ Dişdə özbaşına 
yaranmışdı.  Ona  ağ  dərili  allahların  qüdrətinə  inanmaq 
downloaded from KitabYurdu.org


181 
 
üçün  öz  düşüncə  və  qabiliyyətini  işə  salmağa  heç  kəs 
ixtiyar verməmişdi. Bunu yalnız hiss edirdi, amma qeyri-
adi  bir  güclə  hiss  edirdi.  Hinduların  qurduğu  komacıqlar 
haçansa  ona  insanın  nəhəngliyinin  sübutu  kimi 
görünmüşdü.  İndi  isə  onu  möhtəşəm  fort  və  yoğun 
şalbanlardan  düzəldilmiş  evlər  heyrətləndirirdi.  Bütün 
bunlar  əzəmətdən,  qüdrətdən  xəbər  verirdi.  Ağ  dərili 
allahlar qüdrət sahibiydilər. Onların hakimiyyəti Ağ Dişin 
əvvəlki allahlarının hakimiyyətindən daha güclüydü - hətta 
onlar  arasında  ən  güclü  məxluq  sayılan  Qrey  Biverin 
hakimiyyətindən də üstün idi. Elə Qrey Biverin özü də ağ 
dərili allahların yanında məzlum görünürdü. 
Ola bilsin ki, bütün bunları Ağ Diş yalnız hiss edirdi və 
öz  hisslərinə  duyğularına  görə  özünə  aydın  hesabat 
vermirdi. Amma heyvanlar hər şeydən əvvəl bu duyğuların 
əsasında hərəkət edirlər: indi Ağ Dişin hər bir hərəkəti də 
ağ allahların qüdrətinə inamı kimi başa düşülürdü. Ağ Diş 
ağ dərili allahlara çox böyük ehtiyatla yanaşırdı. Kim bilir, 
bəlkə onlardan yeni bədbəxtlik, gözəgörünməz dəhşət gələ 
bilərdi. Ağ diş maraqla ağ allahları izləyirdi. O, ağ dərili 
adamlarla qarşılaşmağa qorxurdu. İlk saatlarda ağ allahları 
uzaqdan, xəlvətcə izləməklə kifayətlənirdi. Sonra görəndə 
ki,  ağ  allahlar  öz  itlərinə  qarşı  mülayimdirlər,  onları 
incitmirlər, yaxın gəldi. 
downloaded from KitabYurdu.org


182 
 
Fortda  Ağ  Diş  hamının  diqqətini  cəlb  etdi:  onun 
canavara  daha  çox  oxşaması  dərhal  bilinirdi  və  adamlar 
onu  bir-birlərinə  barmaqla  göstərirdilər.  Bu  Ağ  Dişi 
ehtiyatlı olmağa məcbur edirdi. Ona yaxınlaşmaq istəyən 
adamlara  dişlərini  qıcırdır,  yan  qaçırdı.  Ona  əl  vurmaq 
olmurdu. Yaxşı ki, əl vura bilmirdilər. 
Tezlikcə  Ağ  Diş  bildi  ki,  bu  allahlardan  bir  neçəsi 
həmişə fortda yaşayır. Hər iki-üç gündən bir gəmi sahilə 
yan alırdı (ağ adamların qüdrətini göstərən daha bir nəhəng 
sübut) və bir neçə saat körpünün yanında dururdu. 
Allahlar gəmiylə gəlir, yenə də gəmiylə gedirdilər. Bu 
adamların sayı-hesabı yox idi. Birinci iki gün ərzində Ağ 
Diş bütün ömrü boyu gördüyü hindulardan daha çox adam 
gördü.  Onlar  hər  gün  gəlib  Fortda  hərlənir,  sonra  yenə 
çayın yuxarı hissəsinə qayıdırdılar. 
Ağ allahlar qüdrətli varlıqlar olsalar da, onların itləri bir 
şey deyildi. Ağ Diş öz sahibləri ilə sahildə hərlənən həmin 
itlərlə  qarşılaşanda  buna  tam  əmin  oldu.  Bu  itlər  bir-
birlərinə  oxşamırdılar.  Və  bu  itlərin  heç  biri  boğuşmağı 
bacarmırdı. 
Öz cinslərindən olan bütün heyvanlara nifrət bəsləyən 
Ağ Diş bu itlərlə də boğuşurdu. Bir neçə sıçrayışdan sonra 
o, dərin nifrət hissilə onların arasına girirdi: itlər o qədər 
yazıq, aciz görünürdülər ki! Onlar da Ağ Dişə birlikdə güc 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə