Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

211 
 
itələyirdi.  Amma  yenə  də,  caynaqlı,  zəncirli  ölümü 
özündən uzaqlaşdırmaq cəhdləri boşa çıxırdı. 
Nəhayət, Ağ  Diş dalı  üstə  çevrildi buldoq  cəhəngi  ilə 
onun dərisindən tutaraq boğazına çatmağa çalışdı. Ağ Dişə 
nəfəsini  dərməyə  belə  macal  vermədi.  Gurultulu  alqış 
səsləri  qalibi  salamlayır,  adamlar  qışqırırdılar:  “Çerok! 
Çerok!”  Çerok  həvəslə  kəsik  quyruğunu  bulayırdı. 
Alqışlar ona mane olmurdu. Quyruğu və çənəsi tamamilə 
bir-birindən asılı olmayaraq hərəkət edirdilər. Quyruğu o 
yan-bu  yana  yellənir,  çənəsi  isə  getdikcə  daha  çox  Ağ 
Dişin boğazına işləyirdi. Bu vaxt azarkeşlərin diqqəti bu 
əyləncədən  yayındı.  Uzaqdan  it  qovanların  hay-  küyü, 
zınqırovçuların  zəng  səsləri  eşidildi.  Göyçək  Smitdən 
başqa hamı polisin gəlməsini bilib ehtiyatlandı. Amma çox 
keçmədi  ki,  yolda  qoşquyla  bir  sırada  qaçan  iki  adam 
göründü.  Onlar  şəhərə  gedirdilər,  yəqin  ki,  hansısa 
kəşfiyyat  ekspedisiyasından  qayıdırdılar.  Yad  adamlar 
camaatı görüb itləri saxladılar. Yaxınlaşdılar. 
Onlardan  biri  hündürboylu  cavan  oğlan  idi.  Şaxtalı 
havada  bərk  qaçdığından,  təmiz  qırxılmış  hamar  üzü 
qızarmışdı. O biri isə alçaq- boy, bığlı bir kişiydi. 
Ağ  Diş  mübarizəni  dayandırmışdı.  Hərdənbir  əsə-əsə 
vurnuxurdu,  lakin  indi  onun  müqavimətlərinin  xeyri  yox 
idi. Buldoqun rəhmsiz çənəsi daha qüvvətlə onun boğazını 
downloaded from KitabYurdu.org


212 
 
sıxırdı. Hava çatışmırdı. Nəfəsi getdikcə daıalırdı. Əgər lap 
əvvəldən  Çerokun  dişləri  onun  sinəsinə  bu  qədər  yaxın 
olsaydı. Ağ Dişin damarı çoxdan kəsilmişdi. Çerok ondan 
daha möhkəm yapışaraq boğazına yaxınlaşdı. Ancaq buna 
çox  vaxt  getdi.  Çünki  onun  ağzı  Ağ  Dişin  çeynənmiş 
dərisiylə doluydu. 
Bu  vaxt  Göyçək  Smitin  vəhşi  hərəkətləri  olan-qalan 
ağlını  da  sıxışdırıb  çıxartdı.  O,  Ağ  Dişin  açılıb-yumulan 
gözlərini görüb başa düşdü ki, döyüşü uduzmuşdur. Smit 
elə bil zəncirini qırmış it kimi Ağ Dişin üstünə şığıdı. Onu 
təpikləməyə  başladı. Tamaşa  edənlər  qışqırıb  fit  çaldılar. 
Göyçək Smit bu etirazlara məhəl qoymur. Ağ Dişi döyür-
dü. Bu vaxt cavan oğlan camaatı yara-yara qabağa çıxdı, 
hamını sağa- sola itələyə-itələyə irəli yeridi. O, meydana 
girəndə Göyçək Smit sağ ayağıyla növbəti zərbə endirdi. 
Bütün ağırlığını sol ayağı üstünə salan Smit müvazinətini 
itirmişdi. Elə bu an cavan oğlan onun sifətinə güclü 
bir yumruq ilişdirdi. Göyçək Smit özünü saxlaya bilməyib, 
yellənərək  qarın  üstünə  sərələndi.  Cavan  oğlan  adamlara 
üzünü tutub çımxırdı: 
-  Qorxaqlar! Əclaflar! 
O,  qəzəbindən  özünü  unutmuşdu.  Bu  qəzəb  yalnız 
sağlam  düşünsə  sahibinə  məxsus  ola  bilərdi.  Onun  boz 
gözləri  gümüşü  parıltıyla  yanırdı.  Göyçək  Smit  durub 
downloaded from KitabYurdu.org


213 
 
qorxa-qorxa  ona  tərəf  gəldi.  Naməlum  adam  onun 
niyyətini anlamırdı. O, qarşısında duran adamın qorxaq ol-
duğuna  şübhə  etmədi.  Amma  Snıitin  onunla  dalaşmaq 
istədiyini bilib təzədən onu yerə sərdi. “Əclaf!” deyə təkrar 
etdi. Göyçək Smit başa düşdü ki, qarın üstündə uzanmaq 
daha  təhlükəsizdir,  buna  görə  də  ayağa  durmağa  cəhd 
göstərmədi. 
Yad  adam  onunla  meydana  girən  kayura  üzünü  tutub 
dedi: 
-  Mətt, yaxın gəl, mənə kömək et. 
Hər  ikisi  itlərin  üstünə  əyildi.  Mətt  Ağ  Dişi  Çerokun 
altından  çəkib  çıxartmağa  hazırlaşdı.  Cavan  oğlan 
buldoqun  dişlərini  aralamağa  başladı.  Amma  gücü 
çatmadı. Onun çənələrini ayırmağa çalışan adam elə hey 
təkrar edirdi. “Əclaflar!”. 
Tamaşa 
edənlər 
narahat 
olmuşdular. 
Kimsə 
çağırılmamış  qonaqların  bu  hərəkətinə  qəti  etirazını 
bildirməyə  başladı.  Lakin  yad  adam  başını  qaldırıb 
izdihama baxan kimi etiraz səsləri kəsilirdi. 
-  Əclafsınız hamınız! deyə qışqırıb yenə işinə davam 
etdi. 
Nəhayət, Mətt dilləndi: 
-  Əlləşməyə dəyməz, mister Skott... Onları beləcə heç 
vaxt ayıra bilmərik. 
downloaded from KitabYurdu.org


214 
 
Onlar  dikəlib  bir-birinə  sarınmış  itlərə  diqqətlə 
baxdılar. Mətt dedi: 
-  Qan az çıxıb. Boğazına hələ çatmayıb. 
-  Ona  bir  bax,  çatacaq.  Gördünüz?  Lap  yuxandan 
tutub. 
Cavan  adamın  Ağ  Dişin  taleyi  üçün  qorxması  və 
narahat olması getdikcə çoxalırdı. O, Çerokun başına bir-
iki  zərbə  vurdu.  Bu  da  kömək  etmədi.  Çerok  kəsik 
quyruğunu  bulaya-bulaya  anlatmaq  istəyirdi  ki,  bu 
zərbələrin mənasını yaxşı dərk edir. Amma o öz borcunu 
axıra  kimi  yerinə  yetirəcək,  Ağ  Dişin  boğazından 
qopmayacaq. 
Skott əsəbi halda camaata üzünü tutub qışqırdı: 

Nə durmusuz? Kömək edin görək! 
Amma heç kim  yerindən tərpənmədi. Tamaşa edənlər 
ona zəhərli sözlər yağdırmağa başladılar. 
198 
Mətt dedi: 
-  Bəlkə onun cəhənginə bir şey soxaq?.. 
Skott əlini kəmərindən asılmış tapança qoburuna atdı. 
Tapançasını  çıxarıb  lüləsini  buldoqun  dişləri  arasına 
soxmağa çalışdı. Çox əlləşdi, lıətta polad lülənin Çerokun 
dişlərinə dəyən taqqıltısı da eşidilirdi. O, kayurla birlikdə 
dizi üstə oturaraq itlərin üstünə əyilmişdi. 
downloaded from KitabYurdu.org


215 
 
Tim Kinnən meydançaya girdi. O, Skotta yanaşıb onun 
çiyninə toxundu və hədələyici səslə dedi: 
Hey, itin dişini sındırma! 
Skott tapançasının lüləsini Çerokun cəhənginə dürtərək 
cavab verdi: 
-  Lap boynunu sındıracağam onun! 
Dedim  ki,  dişini  sındırma!  -  Tim  Kinnən  yenə  təkid 
etdi. Bu dəfəki səsində daha çox hədə-qorxu vardı. 
Lakin o, Skottu qorxuda bilmədi. Skott tapançasıyla itin 
cəhəngini 
qurdalaya-qurdalaya 
başım 
qaldırıb 
soyuqqanlıqla soruşdu: 
-  Sizin itinizdi? 
Tim Kinnən bumunun altında nəsə donquldandı. 
-  Onda itin dişlərini aralayın. 
-  Bura  bax,  mərhəmətli  dost,  -  deyə  Tim  acıqla 
dilləndi. - Bu, bir elə asan iş deyil. Bilmirəm nə edim. 
-  Onda  rədd  olun!  Mane  olmayın!  Görmürsünüz 
məşğulam?! 
Tim getmədi, amma Skott da daha ona məhəl qoymadı. 
Skott 
birtəhər  lüləni  buldoqun  dişləri  arasına  dürtdü.  Nəhayət, 
Skott ehtiyatla, yavaş-yavaş buldoqun çənəsini aralamağa 
başladı.  Mətt  isə  Ağ  Dişin  qırışmış  dərisini  buldoqun 
cəhəngindən çıxartdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə