Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

207 
 
alqışına səbəb oldu. 
Vaxt  ötürdü.  Amma  Ağ  Diş  Çeroku  birtəhər  etmişdi, 
tullanıb diş götürür və cəld geri çəkilirdi. Buldoq dumanlı 
bir  inadla  təqibdən  əl  çəkmirdi.  Gec-tez  o.  Ağ  Dişin 
boğazım  sənginə  keçirəcək  və  döyüşün  sonu  çatacaqdı. 
Hələlik  Çerok  öz  rəqibinin  bütün  hücumlarına  təmkinlə 
dözürdü.  Onun  qısa  qulaqları  sallanmışdı,  sinəsində  və 
çiynində  yaralar  vardı.  Hətta  dodaqları  da  qanamışdı. 
Bütün  bunları  Ağ  Diş  etmişdi.  Bu  hücumların  qarşısını 
almaq mümkün deyildi. 
Ağ  Diş  Çeroku  ayağından  vurub  yıxmağa  çalışdı. 
Amma  mümkün  olmadı.  Onların gövdələri  arasında  fərq 
böyük idi. Buldoq zırpıydı, əndazəliydi. Bu dəfə Ağ Dişin 
bəxti  gətirmədi.  Çerokun  ətrafına  fırfıra  kimi  fırlanıb 
tullanan Ağ Diş bircə an gecikdi: rəqibi dönə bilmədi və 
başını kənara çəkərək çiynini müdafiəsiz buraxdı. Ağ Diş 
irəli  şığıdı,  amma  onun  öz  çiyni  rəqibinin  çiyinlərindən 
çox  yüksəkdəydi.  Ağzı  boşa  çıxdı,  özünü  saxlaya 
bilməyərək buldoqun belindən yel kimi sıçrayıb keçdi. İlk 
dəfə  olaraq  döyüşkən  canavar  müvazinətini  saxlaya 
bilməyib yıxıldı. O, pişik kimi göydə fırlandı və yalnız bu, 
onu arxası üstə yerə düşməkdən saxladı. O, böyrü üstə yerə 
çırpıldıldı  və'  dərhal  ayağa  qalxdı,  amma  gec  idi.  Çerok 
artıq dişlərini onun boğazına batırmışdı. 
downloaded from KitabYurdu.org


208 
 
Tutaşma  uğurlu  deyildi.  Çünki  sinədən  aşağı  yerləri 
didmək  lazım  gəlirdi.  Ağ  Diş  o  yan-bu  yana  vurnuxur, 
buldoqdan  yaxasını  qurtarmağa  çalışırdı.  Onun  dalınca 
sürünən bu ağırlıq onu özündən çıxartmışdı. Buldoq onun 
əl-qolunu bağlamışdı, azadlığını əlindən almışdı, elə bil o, 
tələyə düşmüşdü. Ağ Dişi həyat eşqi bürümüşdü. Onun bə-
dəni  qətiyyətlə  azadlıq  tələb  edirdi.  Beyni  və  ağlı  bu 
döyüşdə  iştirak  etmirdi,  hər  şey  güc-qüvvətin  ümidinə 
qalmışdı. İndi güc-qüvvətin özündə həyat vardı. 
Ağ  Diş  bir  saniyə  belə  dayanmırdı.  Dala-qabağa 
tullanır, çapala- yırdı. Əlli funtluq bu yükü özündən rədd 
etməyə  çalışırdı;  bu  yük  isə  daş  kimi  onun  sinəsindən 
asılmışdı. Amma buldoq üçün bircə şey əhəmiyyətli, vacib 
idi:  çənələrini  aralamamalıdır.  Hərdən  pəncələrini  yerə 
toxunduranda Ağ Dişə müqavimət göstərmək istəyirdi və 
o  dəqiqə  də  havada  fırlanır,  dəlilik  edən  rəqibinin  hər 
hərəkətinə  tabe  olurdu.  İnstinkt  nə  deyirdisə,  Çerok  da  o 
cür  hərəkət  edirdi.  O  bilirdi  ki,  düz  hərəkət  edir.  Çənəni 
aralamaq  olmazdı  və  yeri  gəldikcə  şövqdən  tüklərini 
ürpədirdi.  Belə  anlarda  o,  hətta  gözlərini  yumur,  ağrını 
vecinə  almayaraq  Ağ  Dişi  gah  sağa, gah  sola  fırlanmağa 
məcbur edirdi. Bütün bunların mənası yox idi. Çerok üçün 
bir şey vacib idi, çənəsinin kilidini açmasın və açmırdı da... 
Ağ Diş vurnuxmağı saxladı, o, tamam əldən düşmüşdü. 
downloaded from KitabYurdu.org


209 
 
O,  daha  heç  nə  edə  bilmirdi  və  heç  nə  başa  düşmürdü. 
Ömrü  boyu  belə  şeyə  rast  gəlməmişdi.  Əvvəllər 
boğuşduğu  itlər  özlərini  tamam  başqa  cür  aparırdılar. 
Onlarla mübarizəyə girəndə gərək belə edəydin: yapışmaq, 
dişləriylə  yırtmaq,  geriyə  sıçramaq,  yenə  yapışmaq, 
yırtmaq və geriyə. Ağ Diş zorla nəfəs alır, güclə ayaq üstə 
dururdu.  Çerok  dişlərini  tam  sıxmasa  da  ağırlığım  onun 
üstünə salmışdı və Ağ Dişi arxası üstə çevirməyə çalışırdı. 
Ağ  Diş  müqavimət  göstərir  və  hiss  edirdi  ki,  buldoqun 
çənəsi  onun  dərisini  çeynəyə-çeynəyə  daha  dərinə  irəli-
ləyir. Getdikcə onun çənəsi Ağ Dişin boğazına sarı gəlirdi. 
Buldoq nə etdiyini yaxşı bilirdi, o tutduğunu buraxmamağa 
çalışır, imkan düşən kimi daha çox yapışmağa cəhd edirdi. 
Ağ  Diş  sakitcə  uzandı  və  Çero-  kun  əlinə  fürsət  düşdü, 
amma  Ağ  Diş  yırtmağa  başlayanda,  buldoq  dərhal 
çənələrini sıxdı. 
Ağ  Diş  Çerokun  yalnız  peysərinə  toxuna  bilirdi.  O, 
dişlərini  onun  çiyninin  üstünə  keçirmişdi,  ancaq  dərini 
çeynəyə bilmirdi - bu üsul ona yad idi. Heç çənəsi də bu 
işin  öhdəsindən  gələ  bilməzdi.  O,  Çero-  ku  əsəbi  halda 
didirdi və birdən ona elə gəldi ki, vəziyyət dəyişdi. Çerok 
onu dalı üstə çevirdi və çənəsini sıxmamış üstünə çıxdı. Ağ 
Diş dal ayaqlarını əyib düşmənini iti dımaqlarıyla cırmağa 
başladı.  Çerokun  qamı  yırtılmışdı,  əgər  bir  az  da  gec 
downloaded from KitabYurdu.org


210 
 
kənara tullansaydı, xilas ola bilməyəcəkdi. Çerok düz Ağ 
Dişin böyrünə düşdü. 
Bu döyüş ağlagəlməz döyüş idi və ondan can qurtarmaq 
çətin idi. Bu döyüş taleyin amansızlığıyla zəncirlənmişdi. 
Çerokun dişləri yavaş-yavaş yuxarı, damarlara sarı gəlirdi. 
Ağ  Dişi  ölümdən  qoruyan  yalnız  onun  qalın  dərisi  və 
boynundakı tükləriydi. Çerok Ağ Dişin dərisini yırtmışdı, 
amma  bu  az  idi,  o  bununla  kifayətlənmir,  daha  dərindən 
tutmaq  istəyirdi.  O,  Ağ  Dişi  boğurdu  və  döyüşkən 
canavarın nəfəsi get-gedə kəsilirdi. 
Mübarizə demək olar ki, başa çatmaq üzrəydi. Çerokun 
tərəfində olanlar sevincdən nə edəcəklərini bilmirdilər və 
külli miqdarda pula mərc gəlirdilər. Ağ Dişin azarkeşləri 
isə məyus olmuşdular və təkliflərlə razılaşmırdılar. Ancaq 
elə bir adam tapıldı ki, risk etdi; o birə qarşı əlli mərc gəldi. 
Bu, Göyçək Smit idi. O, meydançaya girib barmağını Ağ 
Dişə göstərdi və sonra kinayə ilə gülməyə başladı. Bu, öz 
təsirini  göstərdi.  Ağ  Diş  qəzəbindən  dəli  oldu.  O,  son 
gücünü  toplayıb  ayağa  qalxdı.  Ağ  Diş  əlli  funtluq  yüklə 
dairədə vurnuxdu, buldoq ondan əl çəkmirdi ki, çəkmirdi. 
Birdən  Ağ  Dişin  qəzəbi  dəhşətə  döndü.  Yenə  onu  həyat 
eşqi,  yaşamaq  ehtirası  çulğadı.  Ağlı,  bədəninə  istiqamət 
verən  ağlı  özünə  gəldi.  O,  dairə  boyu  qaçırdı,  ləhləyir, 
yıxılır  və  yenidən  duraraq  tüklərini  qabardır,  düşmənini 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə