Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.

səhifə1/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   158


www.vivo-book.com 

 



 

 

Stiven Kinq – Yaşıl Mil 

 


www.vivo-book.com 

 



Birinci hissə 

 

ĠKĠ QIZ MEYĠTĠ 



 

 

 

 



Bu, 1932-ci ildə, Ģtatın həbsxanası hələ Kold Mauntində (Soyuq 

Dağda) olanda baĢ verib. Elektrik stulu da, təbii ki, hələ orada idi.  

Ġnsanların  qorxduqları,  amma  qaçılmaz  olan  Ģeylər  haqqında 

danıĢdıqları  kimi,  məhbuslar  da  elektrik  stulu  haqqında  zarafatlar 

edirdilər.  Məhbuslar  onu  öz  aralarında  Qoca  Qığılcım,  yaxud  Yağlı 

Tikə  adlandırırdılar.  Onlar  elektrik  sərfolmasına  görə  gələn  hesablar 

haqqında,  rəis  Mursun  arvadı  Melindanın  ağır  xəstə  olduğundan, 

ġükran  Günü  münasibətilə  özünün  bu  payız  biĢirəcəyi  yeməklər 

haqqında zarafatlar edirdilər.  

Nə  vaxtsa  bu  stula  oturacaqlarını  öyrənən  məhbusların  yumor 

hissi  anında  yox  olurdu.  Mən  Kold  Mauntində  iĢlədiyim  müddət 

ərzində yetmiĢ səkkiz edama rəhbərlik etmiĢəm (bu mənim heç nə ilə 

qarıĢdırmadığım  yeganə  rəqəmdir,  bu  rəqəmi  ölüm  yatağında  belə 

xatırlayacağam)  və  düĢünürəm  ki,  bu  insanların  əksəriyyəti  baĢlarına 

nə  gələcəyini  məhz  topuqları  Qoca  Qığılcımın  möhkəm  palıd 



www.vivo-book.com 

 



ayaqlarına bərkidilən anda dərk edirdi. Onların öz ayaqları artıq yolun 

sonuna çatdığını məhz o an anlamağa baĢlayır (bunu onların gözlərinin 

dərinliyindən  qalxan  soyuq  dəhĢətdən  anlamaq  olar).  Onların 

damarlarında  hələ  də  qan  axır,  əzələləri  hələ  də  güclüdür;  amma  nə 

fərqi var, hər Ģey bitib,  çünki  onlar daha çöldə  gəzə, kənddə  iməcilik 

və  Ģənliklərində  qızlarla  rəqs  edə  bilməyəcəkdilər.  Qoca  Qığılcımın 

müĢtəriləri  yaxınlaĢan  ölümü  topuqlardan  üzüyuxarı  anlamağa 

baĢlayırlar.  Bir  də  rabitəsiz  və  anlaĢılmayan  son  sözlərdən  sonra 

onların baĢlarına geyindirilən qara ipək torba var. Hesab edilir ki, bu 

torba onlar üçündür, amma mənim fikrimcə, o torba bizim üçündür ki, 

dizləri  bükülmüĢ  halda  öləcəklərini  dərk  etdikləri  an  onların 

gözlərində görünən dəhĢətli qorxunu görməyək.  

Kold Mauntində ölümə məhkum edilmiĢlər üçün kamera yox idi, 

yalnız baĢqa dörd kameradan təcrid edilmiĢ və onlardan təxminən dörd 

dəfə balaca olan “E” bloku vardı. Bu blok taxta əvəzinə kərpicdən idi. 

Onun  metal  damı  yay  günəĢinin  altında  hədəqəsindən  çıxmıĢ  qəzəbli 

göz kimi parlayırdı. Blokun içində, enli mərkəzi dəhlizin hər tərəfində 

üç kamera olmaqla, altı kamera vardı. Bu kameraların hər biri, o biri 

dörd  blokdakı  kameralardan  təxminən  iki  dəfə  böyük  olsa  da,  onlar 

təkadamlıq idi. Burada məhbuslar üçüm əla Ģərait vardı, amma buranın 

məhbusları (xüsusilə də otuzuncu illərdə) o biri bloklardakı kameralara 

keçmək  üçün  çox  Ģeylərindən  keçərdilər.  Ġnanın  mənə,  bunun  üçün 

həqiqətən çox Ģeyi qurban verərdilər. 



www.vivo-book.com 

 



Mənim  nəzarətçi  iĢlədiyim  dövr  ərzində  bu  altı  kameranın  eyni 

vaxtda  dolu  olduğunu  heç  görmədim  –  bu  lütfünə  görə  Allaha  Ģükür 

edirəm.  Ən  çoxu  dörd  məhbus  –  ağ  və  qaradərili  (Kold  Mauntində 

“gəzən  ölülər”  arasında  irqi  mənsubiyyətinə  görə  fərqləndirmə  yox 

idi);  amma  yenə  də  bura  cəhənnəmi  xatırladırdı.  Məhbuslardan  biri 

Beverli  Makkol  adlı  bir  qadın  idi.  O,  qaratoxmaq  tuz  kimi  qara  və 

sizin  heç  vaxt  iĢləməyə  cürət  etməyəcəyiniz  günah  kimi  gözəl  idi. 

Ərinin onu döyməsi ilə altı il barıĢsa da, onun sevgi macəraları ilə bir 

gün  belə  barıĢa  bilməmiĢdi.  Ona  xəyanət  etdiyini  (ola  bilsin,  bu,  bir 

gecəlik sevgili idi) öyrənəndən sonra bir axĢam o, dostlarının Həkkak 

adlandırdığı  zavallı  ərini  onun  bərbərxanasından  yuxarıdakı  mənzilə 

aparan  pilləkənin  üst  meydançasında  gözətləmiĢdi.  O,  əri  xalatını 

soyunana  və  ayaqqabılarının  üstünə  xəyanətkar  bağırsaqlarından  qaz 

buraxanadək gözləmiĢ və Həkkakın öz ülgücündən istifadə etmiĢdi.  

Qoca  Qığılcıma  gətirilməzdən  iki  gün  öncə  qadın  məni 

kamerasına çağırıb, öz afrikalı mənəvi atasının yuxusuna girərək, ona 

kölə adından imtina etməyi və azad adla – Matuomi adı ilə ölməyi əmr 

etdiyini söylədi. O xahiĢ etdi ki, ölüm hökmünü ona Beverli Matuomi 

familiyası  ilə  oxusunlar.  Deyəsən,  onun  mənəvi  atası  ona  ad 

verməmiĢdi,  ya da o özü bunu mənə söyləməmiĢdi... Mən razılaĢdım. 

Türmədə iĢlədiyim illər mənə məhbusların xahiĢlərini rədd etməməyi 

öyrətmiĢdi,  əlbəttə,  qadağan  olan  xahiĢlər  istisna  olmaqla.  Beverli 

Matuominin məsələsində bunun artıq heç bir fərqi  yox idi. Ertəsi gün 



www.vivo-book.com 

 



təxminən  gündüz  üç  radələrində  qubernator  zəng  edib  onun  ölüm 

hökmünü,  “Otlu  Vadi”  qadın  islah  koloniyasında  çəkməklə,  ömürlük 

cəza  ilə  dəyiĢdi.  “Yalnız  cəza  və  heç  bir  əyləncə”  –  o  vaxt  biz  belə 

deyərdik.  Növbətçi  masasına  yaxınlaĢanda,  Beverlinin  yumru 

arxasının  sağ  tərəf  əvəzinə,  sola  döndüyünü  görəndə,  mən  həqiqətən 

sevindim.  

Təxminən  otuz  beĢ  il  sonra  mən  bu  adı  bir  qəzetin  nekroloq 

səhifəsində, sağanağının küncləri straz – süni daĢlarla bəzədilən eynək 

taxmıĢ ağsaçlı, arıq zənci qadının Ģəklinin altında gördüm. Bu, Beverli 

idi. Nekroloqda deyilirdi ki, o, ömrünün son on ilini azadlıqda yaĢamıĢ 

və  Reynz  Folz  adlı  kiçik  qəsəbənin  kitabxanasını  məhv  olmaqdan, 

demək olar ki, təkbaĢına xilas etmiĢdi. O, həmçinin, kilsə məktəbində 

dərs  deyirmiĢ  və  onu  bu  sakit  məkanda  çox  sevirlərmiĢ.  Nekroloqun 

baĢlığı  belə  idi:  “KĠTABXANAÇI  ÜRƏK  ÇATIġMAZLIĞINDAN 

HƏYATINI ĠTĠRDĠ”, aĢağıda isə gecikmiĢ bir fikir kimi, xırda Ģriftlə 

yazılmıĢdı:  “qətlə  görə  iyirmi  ildən  artıq  türmədə  yatıb”.  Təkcə 

küncləri  straz  daĢları  ilə  bəzədilmiĢ  eynəyin  arxasından  baxan  iri  və 

parıldayan gözlər dəyiĢməmiĢdi. Bu gözlər, hətta yetmiĢ yaĢında belə, 

məcbur  olarsa,  ülgücünü  bir  an  belə  tərəddüd  etmədən  dezinfeksiya 

məhlullu  stəkandan  çıxarmağa  hazır  qadının  gözləri  idi.  Həyatlarını 

kiçik,  mürgüləyən  qəsəbələrdə  kitabxanaçı  kimi  bitirsələr  belə, 

qatilləri  hər  zaman  tanımaq  mümkündür.  Mənim  kimi  ömrünün  uzun 

illərini  qatillərlə  keçirənlər  üçün,  əlbəttə  ki,  bu  su  içmək  kimi  bir 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   158


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə