Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə7/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   2   3   4   5   6   7   8   9   10   ...   158

www.vivo-book.com 

 

26 



də  haqqında  söhbət  etdiyim  nahiyə  baxımından,  amma  neyləyim  ki, 

keçirdiyim hissləri müqayisə üçün bundan uyğunu yoxdur. Bunun  ən 

ağrılı dövrü sidiyə çıxdığım an və dərhal bundan sonrakı dəqiqələrdir. 

Tərslikdən də bura gəlməzdən əvvəl ayaqyoluna dəymiĢdim.  

Burada  məndən  baĢqa  bir  nəfər  də  vardı  –  Gibbonz  familiyalı 

etibar qazanmıĢ arıq, qoca məhbus. ġlyapasını gözlərinə qədər çəkmiĢ 

bu  qoca  dizlərinin  üstündəki  VəhĢi  Qərbə  aid  bir  romanla  küncə 

qısılaraq  mürgü  vururdu.  Nə  isti,  nə  də  yuxarı  mərtəbədəki 

xəstəxanadan (orada temperatur, məncə, ən azı, on dərəcə daha yüksək 

olmalıydı və ümid edirdim ki, ora Persi Uetmorun xoĢuna gəlir) gələn 

donquldanma,  taqqıltı  və  söyüĢlər  onun  heç  vecinə  deyildi.  Qocanı 

narahat  etmədim,  “L”-in  qəzetlər  saxlanan  qısa  hissəsinə  getdim. 

Dinin  dediklərinin  əksinə  olaraq,  qəzetlərin  də  ventilyatorlarla  birgə 

aparılacağından  narahat  idim.  Amma...  qəzetlər  yerində  qalmıĢdı  və 

Detteriklərin  əkizlərinə  dair  yazını tapmaq o qədər də  vaxt  aparmadı; 

cinayətin  törədildiyi  iyun  ayından  avqust-sentyabr  aylarındakı 

məhkəməyədək  bu  haqda  qəzetlərin  birinci  səhifələrində  yazılar 

getmiĢdi.  

Tezliklə  istini  də,  yuxarıdakı  taqqıltını  da,  hətta  küncdə 

mürgüləyən  Gibbonzun  xorultusunu  da  unutdum.  Ġki  doqquz  yaĢlı, 

sarıĢın, mələksima qız uĢaqlarının bu qaradərili yekəpər Koffinin əlinə 

düĢdükləri haqqında düĢünmək adama əziyyət verirdi, amma bu haqda 

düĢünməmək  də  mümkün  deyildi.  Koffinin  ölçülərini  yada  salanda, 



www.vivo-book.com 

 

27 



onun  bu  qızcığazları,  nağıldan  çıxmıĢ  nəhəng  kimi,  necə  gəmirdiyini 

təsəvvür etmək olar. Onun bu qızcığazların baĢına açdığı isə daha pis 

idi.  Hələ  bəxti  gətirmiĢdi  ki,  ona  elə  oradaca,  çayın  kənarında  divan 

tutulmamıĢdı,  –  əlbəttə,  YaĢıl  Mildə  gəzintini  və  sonra  Qoca 

Qığılcımın qucağına oturmağı bəxti gətirmək hesab etmək olarsa.  

 

 

 

“King  Kotton”  (“Kral  Pambığı”)ferması  bu  hadisələr  baĢ 



verməzdən  yetmiĢ  il  əvvəl  yaradılmıĢdı.  Bir  də  heç  vaxt  “King 

Kotton”  olmayacaq,  lakin  otuzuncu  illərdə  ferma  öz  rifah  illərini 

yaĢayırdı.  Bizim  Ģtatımızın  cənub  bölgələrində  artıq  pambıq 

plantasiyaları  yox  idi,  amma  qırx  ya  da  əlli  ədəd  firavan  yaĢayan 

pambıq  ferma  təsərrüfatı  vardı.  Bu  fermalardan  birinin  sahibi  Klaus 

Detterik idi. Əllinci illərin meyarlarına görə, onu elə də zəngin hesab 

etmək olmazdı, amma otuzuncu illərdə o, varlı fermer sayılırdı, çünki 

əksər ayların sonunda o, bir qayda olaraq, öz dükan  hesablarını nağd 

pulla  ödəyirdi  və  küçədə  təsadüfən  rastlaĢdığı  bank  müdirinin 

gözlərinin  içinə  baxa  bilirdi.  Onun  fermadakı  evi  təmiz  və  geniĢ  idi. 

Pambıqdan  əlavə,  onun  daha  iki  biznesi  vardı  –  toyuqlar  və  bir  neçə 

inək. Onun üç övladı vardı: Hovard – təxminən on iki yaĢında oğlan və 

əkiz qızlar – Kora və Keyt. 



www.vivo-book.com 

 

28 



Həmin  ilin  isti  iyun  gecələrinin  birində,  qızların  evin  perimetri 

boyu  uzanan,  miçətkənlə  bağlı  eyvanda  yatmaq  istəyinə  icazə 

veriləndə,  onlar  çox  sevindilər.  Anaları  onları  öpüb  Ģirin  yuxular 

arzulayanda  hava  yenicə  qaralmağa  baĢlayırdı,  hələ  saat  doqquz 

olmamıĢdı.  Bu,  ananın  öz  qızları  ilə  son  görüĢü  oldu;  bir  də  ana  öz 

övladlarını  dəfn  zamanı  tabutda,  dəfn  bürosunun  qrimçisinin  onların 

bədənlərindəki  ən  qorxunc  yaraları  gizlətməyə  nail  olduqdan  sonra 

görə bilmiĢdi.  

Kənd  camaatı  o  vaxtlar  yatağa  erkən  saatlarda  girərdilər  – 

“masanın  altı  qaralar  qaralmaz”,  anam  belə  deyərdi  –  və  bərk 

yatardılar. Əkizlərin qaçırıldığı həmin gecə, görünür, Klaus və Marcori 

Detteriklər  də  bərk  yatıblarmıĢ.  Əlbəttə,  ailənin  saxladığı,  kolli  cinsi 

ilə  qarıĢığı  olan  Bauzer  adlı  böyük  it  həmin  axĢam  hürsəydi,  Klaus 

yəqin  ki,  onun  səsinə  ayılardı.  Amma  Bauzer  hürməmiĢdi.  Nə  həmin 

axĢam, nə də baĢqa vaxt.  

Ġnəkləri sağmaq üçün Klaus dan yeri ağarar ağarmaz qalxmıĢdı. 

Eyvan  evin  tövləyə  əks  tərəfində  idi  və  qızlara  baxmaq  Klausun  heç 

ağlına  da  gəlməmiĢdi.  Bauzerin  onun  yanına  gəlməməsindən  də 

təĢviĢə  düĢmədi.  Ġt  toyuqlara  və  inəklərə  qarĢı  tamamilə  etinasız 

olduğundan, hamı iĢləyərkən, o, vaxtını tövlənin arxasındakı budkada 

keçirərdi. Ġt lazım olanda, onu çağırırdı... özü də təkidlə. 

Əri ayağına çəkmələrini geyinib tövləyə gedəndən təxminən on 

beĢ dəqiqə sonra Marcuri evdən çıxaraq aĢağı düĢdü. O, qəhvəni dəmə 



www.vivo-book.com 

 

29 



qoyub  donuz  əti  qızartmağa  baĢladı.  Qəhvə  ilə  qızardılan  ətin 

tamahlandırıcı  ətri  Hovini  özünün  damın  lap  altındakı  otağından 

çıxararaq  aĢağı  enməyə  məcbur  etdi,  amma  qızlar  gəlmədilər.  Ana 

Hovini  qızları  çağırmaq  üçün  göndərdi  və  tavadakı  bekonun  üstünə 

yumurta  qırmağa  baĢladı.  Səhər  yeməyindən  sonra  təzə  yumurtaları 

götürmələri üçün Klaus, adətən, qızları göndərərdi. Amma həmin gün 

Detteriklər  səhər  yeməyini  yeyə  bilmədilər.  Hovi  eyvandan  üzündə 

qorxu və dəhĢət ifadəsi ilə qayıtdı. Yuxudan yenicə durduğuna görə bir 

az ĢiĢkin gözləri dəhĢətlə bərəlmiĢdi.  

– Onlar yataqda yoxdular, – Hovi həyəcanla dedi. 

Marcuri heç bir Ģeydən təlaĢlanmadan, sadəcə, əsəbiliklə eyvana 

tərəf  getdi.  Sonralar  o  demiĢdi  ki,  əvvəlcə,  qızların  səhər  tezdən 

gəzməyə və ya çiçək toplamağa getdiklərini, ya da nə bilim, baĢqa bir 

qız səfehliyi etdiklərini düĢündüm. Amma eyvana bircə dəfə baxanda, 

Hovinin niyə ağardığını baĢa düĢmüĢdü. 

O,  bərkdən  qıĢqıraraq  Klausu  çağırdı.  Klaus  da  qaçaraq  onun 

yanına  gəldi.  O,  tələsdiyi  üçün  süd  vedrəsini  çəkmələrinin  üstünə 

aĢırdığından,  onlar  ağappaq  idi.  Eyvanda  onun  gördükləri  hətta  ən 

mətin valideynlərin də dizlərini əsdirə bilərdi. Gecə hava soyuqlaĢanda 

qızların  büründükləri  adyal  yumurlanaraq  bir  tərəfə  atılmıĢdı.  Üst 

rəzəsi  qırılmıĢ  tor  qapı  əyri  sallanaraq  ora-bura  yellənirdi.  Həm 

eyvanın  döĢəməsində,  həm  də  qırılmıĢ  qapıdan  bayırdakı  pillələrin 

üstündə qan izləri vardı.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə