Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə4/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   2   3   4   5   6   7   8   9   ...   158

www.vivo-book.com 

 

14 



lazaret həbsxananın qərbindəki yeni binaya köçürdü. Ağır iĢ idi. Persi 

Uetmor açıq-aĢkar bu iĢdən yayınmaq istəyirdi.  

– Orada kifayət qədər adam var, – dedi. 

– Onda get ora və iĢlərə rəhbərlik elə, – deyə səsimi qaldırdım. 

Harrinin üzünü turĢutduğunu görsəm də, ona bir əhəmiyyət vermədim. 

Əgər tabeçilik prinsipini pozduğuma görə qubernator rəis Mursa məni 

iĢdən  azad  etməyi  əmr  etsə,  Hal  Murs  mənim  yerimə  kimi  təyin 

edəcəkdi?  Persini?  Bu  ciddi  olmazdı.  –  Sənin  nə  ilə  məĢğul  olacağın 

vecimə deyil, Persi. Bircə bir müddət buradan uzaqlaĢ, – dedim.  

Bir  anlıq  mənə  elə  gəldi  ki,  o,  heç  yerə  getməyəcək  və  əsil 

problem  onda  baĢlayacaq  –  xüsusilə  də  dünyanın  ən  böyük  donmuĢ 

saatı  kimi  bayaqdan  burada  dayanmıĢ  Koffinin  yanında.  Amma  belə 

olmadı, Persi dəyənəyini əldəqayırma çexoluna qoydu – ədəbazlıqdan 

baĢqa bir Ģey deyildi – və tələsmədən dəhlizlə addımladı.  

O gün növbətçi masasında gözətçilərdən kimin oturduğu yadıma 

gəlmir – yəqin müvəqqəti iĢləyənlərdən kimsə, – amma deyəsən orada 

oturanın baxıĢları Persinin xoĢuna gəlməmiĢdi, çünki oradan keçərkən, 

bərkdən nərildədi:  

–  Bəsdi  diĢlərini  ağartdın,  yoxsa  o,  axmaq  təbəssümü  sənin 

üzündən silməyi bacararam! 

Sonra  açarların  cingiltisi  eĢidildi.  Bir  anlıq  günəĢin  Ģüaları 

həyətdən  içəriyə  doldu  və  bir  müddətə  olsa  da,  Persi  getdi. 




www.vivo-book.com 

 

15 



Delakruanın  siçanı  balaca  bığlarını  oynada-oynada  onun  arıq 

çiyinlərində ora-bura qaçırdı. 

–  SakitləĢin,  cənab  Cinqlz,  –  Delakrua  dedi.  Siçan  onu  baĢa 

düĢübmüĢ kimi yerində donub qaldı. – Dəcəllik etmədən sakitcə otur. 

–  Delakrua  luizianlı  fransızların  ləhcəsi  ilə  danıĢırdı,  onun  nitqində 

“sakit” sözü qəribə və yad Ģəkildə səslənirdi.  

– YaxĢısı budur, gedib yatasan, – sərt tərzdə dedim. – Ġstirahətini 

elə. Burada baĢ verənlərin sənə  dəxli də yoxdur.  

O mənim dediyimə  əməl  etdi. Delakrua bir qızı  zorlamıĢ, sonra 

da  öldürmüĢdü.  Sonra  isə  qızın  cəsədini  onun  yaĢadığı  binanın 

arxasına atmıĢ, öz cinayətinin izlərini itirmək ümidi ilə cəsədin üstünə 

neft  töküb  yandırmıĢdı.  Alov  oradan  binaya  keçmiĢ  və  ikisi  uĢaq 

olmaqla  daha  altı  nəfər  həyatını  itirmiĢdi.  Onun  üstündə  yalnız  bu 

cinayət  vardı  və  indi  o,  sadəcə  üzü  qayğılı,  baĢı  dazlaĢan  və  uzun 

saçları  köynəyinin  yaxalığına  tökülən  mülayim  bir  adam  idi.  Tezliklə 

o,  az  da  olsa,    Qoca  Qığılcımın  qucağına  oturacaq,  Qoca  da  onun 

həyatına son qoyacaqdı... onu bu dəhĢətli cinayətə təhrik edən Ģey hər 

nə  idisə,  o  da  artıq  keçib  getmiĢdi.  Ġndi  o  öz  balaca  dostunun 

civildəyə-civildəyə  onun  üstündə  ora-bura  qaçmasına  imkan  verərək 

çarpayısında  uzanmıĢdı.  Bir  tərəfdən  elə  ən  pisi  də  bu  idi:  Qoca 

Qığılcım  onların  içində  olanları  yandırmırdı.  Bu  günlərdə  vurulan 

dərmanlar daha onları yuxulatmırdı. ġər azad olur, bir baĢqasına keçir 




www.vivo-book.com 

 

16 



və  biz  bu  insanların  ölü  ruhlarını  gəzdirən  bədənlərini  öldürmək 

məcburiyyətində qalırıq.  

Mən yenidən nəhəngə tərəf döndüm: 

–  Əgər  Harriyə  sənin  zəncirlərini  açmağa  icazə  versəm,  özünü 

yaxĢı aparacaqsanmı? 

O,  baĢını  yırğaladı  –  aĢağı  və  yuxarı,  sonra  yenə  öz  yerinə  – 

mərkəzə. Onun soyuq baxıĢlı gözləri mənə baxırdı. Bu gözlərdə qəribə 

bir sakitlik vardı, amma bu etibar edəcəyim sakitlik deyildi.  

Barmağımla Harrini çağırdım, o, kameraya daxil olub zəncirləri 

açdı.  Harri  qorxmurdu  –  hətta  əyilib  Koffinin  ağac  gövdəsi  kimi  iri 

ayaqlarındakı  buxovları  açanda  belə.  Onun  bu  davranıĢı  mənə  də 

sirayət  elədi.  Harri  Persiyə  görə  təlaĢlanırdı,  mən isə  onun duyumuna 

inanırdım.  Mən  Persidən  baĢqa  “E”  blokundakı  bütün  iĢçilərimin 

duyumuna inanırdım.  

Yeni gələnlər üçün mənim qısa bir nitqim vardı, amma bu nitqi 

belə  qeyri-normal  görünən  Koffi  üçün  söyləməyin  doğru  olub-

olmadığına əmin deyildim.  

Harri  kənara  çəkiləndən  sonra  (Koffi  zəncirlərin  açılma 

mərasimi  ərzində  heykəl  kimi  tərpənmədən  durmuĢdu)  barmağımla 

qovluğu tıqqıldadaraq, yeni gəlmiĢ bu məhbusa baxıb dedim: 

– DanıĢa bilirsənmi cavan oğlan? 

–  Bəli,  ser,  boss,  bilirəm,  –  o,  cavab  verdi.  Onun  səsi  dərin  və 

kifayət  qədər  gurultulu  idi.  Bu  səs  yenicə  sazlanmıĢ  traktor 



www.vivo-book.com 

 

17 



mühərrikini  xatırladırdı.  Onun  nitqində  cənub  ləhcəsi  hiss  olunmasa 

da, sonralar onun cümlələrində cənuba aid bəzi Ģeyləri tuta bilmiĢdim. 

Sanki cənubdan gəlmiĢdi, amma orada doğulub böyüməmiĢdi. DanıĢıq 

tərzindən ona nə savadsız, nə də savadlı demək olardı. Həm nitqi, həm 

də bir çox baĢqa Ģeyləri ilə Koffi mənim üçün bir tapmaca idi. Məni ən 

çox narahat edən isə onun gözlərindəki sakitlik və laqeydlik ifadəsi idi

elə bil, bədəni burada olsa da, özü çox-çox uzaqlarda idi.  

– Sənin adın Con Koffidir? 

– Bəli ser, boss! Ġçki adı kimi, lakin baĢqa cür yazılır. 

– Deməli, sən sözlərin yazılıĢını, yazıb-oxumağı bilirsən, eləmi?  

– Bircə öz adımı, boss, – o, sakit səslə dedi.  

Nəfəsimi  dərdim  və  öz  hazır  nitqimin  qısa  variantını  ona 

söylədim.  Onunla  heç  bir  problemimin  olmayacağını  artıq  baĢa 

düĢmüĢdüm. Eyni zamanda, həm haqlı idim, həm də yanılırdım.  

–  Mənim  adım  Pol  Eckumdur,  –  dedim.  –  “E”  blokunun  baĢ 

nəzarətçisiyəm. Əgər sənə bir Ģey lazım olsa, məni adımla çağır. Əgər 

olmasam, bu adamdan xahiĢ elə. Onun adı Harri Tervilligerdir. Ya da 

cənab Stantonu və ya cənab Hovelli çağır. BaĢa düĢdünmü? 

Koffi baĢını yırğaladı.  

–  Amma  düĢünmə  ki,  hər  istədiyini  alacaqsan.  Sənə  nə  lazım 

olduğuna  burada  biz  qərar  veririk.  Bura  mehmanxana  deyil.  BaĢa 

düĢdünmü?  

O, yenə baĢını yırğaladı.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə