Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə15/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   11   12   13   14   15   16   17   18   ...   158

www.vivo-book.com 

 

58 



– Düzdür, – Murs razılaĢdı, – təxminən dediyin kimi.  

– Delakrua həbsxanamıza gələndə, onunla Persi arasında nə baĢ 

verdiyindən xəbərin varmı? – soruĢdum. – Persi və onun lənətə gəlmiĢ 

ağac dəyənəyi... 

– Hə, amma... 

–  Yəqin  onu  da  bilirsən  ki,  bəzən  o  öz  dəyənəyini,  sadəcə, 

məzələnmək  üçün  dəmir  barmaqlıqlara  necə  sürtür.  O  əclafdır, 

əbləhdir  və  ona  dözməyə  bundan  sonra  nə  qədər  səbrim  çatacaq, 

bilmirəm. Həqiqi sözümdür. 

Biz bir-birimizi təxminən beĢ il idi ki, tanıyırdıq. Bu, bir-biri ilə 

yaxĢı yola gedən insanlar üçün kifayət qədər uzun müddət idi, xüsusilə 

də  əgər  sizin  iĢinizin  bir  hissəsi  həyat  və  ölüm  arasında  ticarətdirsə. 

Demək  istəyirəm  ki,  o,  mənim  nə  demək  istədiyimi  o  dəqiqə  baĢa 

düĢdü. Yox, mən iĢdən getməyəcəyəm, xüsusilə də belə – həbsxananın 

divarlarının bayırında həbs edib kameraya salınması mümkün olmayan 

təhlükəli cani kimi Depressiyanın at oynatdığı bir vaxtda. Bilirdim ki, 

daha  bacarıqlı  insanlar  küçələrdə  iĢsiz  gəzir  və  pulsuz  getmək  üçün 

nəqliyyatın ayaqyerində gedirlər. Mənimsə bəxtim gətirmiĢdi və bunu 

yaxĢı  baĢa  düĢürdüm:  uĢaqlar  böyümüĢdü  və  son  iki  ildə  çiyinlərimə 

“iki  yüz  funtluq  girov”  düĢmüĢdü.  Ġnsan  qidalanmalıdır,  onun  arvadı 

da yemək yeməlidir. Bundan əlavə, imkanımız olanda biz öz qızımıza 

və  kürəkənimizə  ayda iyirmi dollar göndərərdik (bəzən də  imkanımız 

olmayanda  belə,  Ceynin  məktublarında  yazdığı  sözlərdən  ümidsizlik 



www.vivo-book.com 

 

59 



duyulanda).  Kürəkənimiz  iĢsiz  müəllim  idi  və  əgər  “iĢsizlik”  sözü  o 

günlərdəki  ümidsizliyi  ifadə  etmirsə,  onda  bu  sözün  heç  bir  mənası 

yoxdur. Deməyim odur ki, mənim iĢim kimi, müntəzəm maaĢ verilən 

bir  iĢi  heç  cür  atmaq  olmazdı,  bunu  elə  belə,  soyuqqanlılıqla  etmək 

mümkün deyildi. Lakin həmin payızda mən öz soyuqqanlılığımı elə də 

qoruya  bilmirdim.  Bayırda  havanın  temperaturu  mövsümə  görə  çox 

isti  idi,  mənim  içimdə  gizlənmiĢ  infeksiya  bu  istiliyi  bir  az  da 

yüksəldirdi.  Ġnsan  belə  ovqatda  olanda  onun  yumruğu  qeyri-ixtiyari 

havada  uça  bilər.  Əgər  Persi  kimi  güclü  əlaqələri  olan  birisini  heç 

olmasa,  bir  dəfə  vursan,  daha  dayana  bilməzsən,  çünki  bu  yolun 

dönüĢü yoxdur.  

– Səbirli ol, – Murs astadan dedi. – Mən bunu demək üçün səni 

çağırmıĢam.  Çox  etibarlı  mənbədən  eĢitmiĢəm  –  əslində,  bu  səhər 

mənə  zəng  edən  adamdan.  Persi  Briara  iĢə  düzəlmək  üçün  ərizə 

göndərib və onun ərizəsi qəbul ediləcək. 

– Briar, – təkrar etdim. Briar Ric Ģtatın iki xəstəxanasından biri 

idi.  – Bu uĢaq nə  eləmək istəyir? Dövlət  müəssisələrində  gəzintiyəmi 

çıxıb? 


–  Onun  ərizə  verdiyi  yer  inzibati  iĢdir.  Daha  yüksək  maaĢ 

verirlər  və  sadəcə,  kağızlarla  iĢləmək,  isti  günlərdə  xəstələrin 

çarpayılarını ora-bura itələmək lazım deyil. – O qıyqacı gülümsədi.  



www.vivo-book.com 

 

60 



– Bilirsənmi, Pol, sən çoxdan canını ondan qurtara bilərdin, əgər 

Ģef  gedəndə,  onu  Van  Heylə  birlikdə  kommutator  otağına 

buraxmasaydın.  

Əvvəlcə  onun  dedikləri  mənə  çox  qeyri-adi  gəldi,  nə  demək 

istədiyini anlaya bilmədim. Bəlkə də heç anlamaq istəmirdim.  

–  Onu  baĢqa  hara  qoya  bilərdim?  –  deyə  soruĢdum.  –  Aman 

Allah,  blokda  nə  etdiyi  haqqında  onun  heç  bir  anlayıĢı  yoxdur!  Onu 

edamı icra edən qrupun tərkibinə salmaq... – mən cümləmi bitirmədim. 

Sadəcə  bitirə  bilmədim.  BaĢ  verə  biləcək  mümkün  fəlakətlər  zənciri 

mənə sonsuz görünürdü.  

–  Bununla  belə,  Delakruanın  edamı  zamanı  onu  edam  qrupuna 

daxil etsən, yaxĢı olar. Əlbəttə, əgər canını ondan birdəfəlik qurtarmaq 

istəyirsənsə.  

Mən  ağzımı  açıb  heyrətlə  ona  baxırdım.  Nəhayət,  ağzımı 

bağlamağa müvəffəq oldum və nitq qabiliyyətim geri döndü. 

– Deyirsən, o, qızaran beynin necə iy verdiyini hiss etmək üçün 

yaxınlıqdamı olmaq istəyir? 

Murs bir söz demədən çiyinlərini çəkdi. Arvadından danıĢarkən 

onun  baxıĢları  necə  də  mülayim  idi,  amma  indi  bu  baxıĢlar  çox 

ciddiləĢmiĢdi.  

–  Delakruanın  beyni  onsuz  da  biĢəcək,  Uetmor  qrupun 

tərkibində olsa da, olmasa da, – o dedi. – Elə deyilmi? 




www.vivo-book.com 

 

61 



– Hə, elədir, amma o, hər Ģeyi korlaya bilər axı! Həqiqətən, Hal, 

o,  praktiki  olaraq,  bütün  iĢi  korlamağa  məhkumdur.  Otuzdan  artıq 

Ģahidin  gözlərinin  önündə...  Luiziananın  hər  tərəfindən  gəlmiĢ  Ģahid-

jurnalistləri hələ demirəm.  

– Sən və Brutus Hovell elə eləyin ki, o, heç nəyi korlamasın, – 

Murs  dedi.  –  Əgər  hər  Ģeyə  rəğmən  yenə  də  iĢləri  korlasa,  bu  onun 

Ģəxsi  iĢinə  yazılacaq  və  uzun  müddət  orada  qalacaq,  hətta  onun 

bugünkü əlaqələri yox olub gedəndən sonra da. BaĢa düĢürsənmi? 

Mən onun nə demək istədiyini baĢa düĢürdüm. Bundan iyrəndim 

və qorxdum, amma baĢa düĢdüm.  

–  Ola  bilsin  ki,  o,  Con  Koffinin  də  edamında  iĢtirak  etmək 

istəsin,  amma  bəxtimiz  gətirsə,  Delakruanın  edamında  iĢtirakla 

kifayətlənəcək. Elə et ki, onu edam qrupunun tərkibinə salsınlar.  

Mən yenə də onu aparat otağında, sonra Delakruanı həbsxananın 

önündəki  yolun  qarĢı  tərəfində  dayanmıĢ  polis  maĢınına  aparanda 

tuneldə  silahlı  mühafizəçi  kimi  saxlamaq  niyyətində  idim,  amma  çox 

düĢünmədən  bütün  bu  planları  bir  kənara  atdım  və  razılaĢdığımı 

bildirmək  üçün  baĢımı  yırğaladım.  Fırıldaq  bir  oyuna  alət  olduğumu 

hiss  edirdim,  amma  indi  mənim  üçün  bunun  heç  bir  fərqi  yox  idi. 

Persidən canımı qurtarmaq üçün mən Ģeytanın burnunu çimdikləməyə 

belə  hazır  idim.  Persi  edamda  iĢtirak  edəcək,  dəbilqəni  məhbusun 

baĢına taxacaq və barmaqlığın arxasından baxaraq, Van Heyə ikincini 

qoĢmaq  əmrini  verəcəkdi.  Balaca  fransız  onun,  Persi  Uetmorun 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə