Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə23/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   19   20   21   22   23   24   25   26   ...   158

www.vivo-book.com 

 

90 



– Qorxmadığını haradan bilirsən? 

–  Bir  dəfə  də  gəlmiĢdi.  Persi  də  onu  görüb.  Billi  isə  ona 

“Paroxod Billi” adını verib. 

Bu  sözləri  eĢidəndə  Persi  qəribə  tərzdə  fınxırdı,  amma  heç  nə 

demədi. O, dəyənəyi indi daha sürətlə əlinə vururdu.  

– Bir ora bax! – Din dedi. Siçan artıq masaya lap yaxınlaĢmıĢdı. 

– Mənə maraqlıdır, bəlkə o, yenə keçən dəfəki kimi edəcək?!  

Siçan  sanki  ata  qatilinin  iyindən  xoĢu  gəlmirmiĢ  kimi, 

Prezidentdən  bir  xeyli  aralı  keçərək  yaxınlaĢdı.  O,  iki  boĢ  kameranı 

yoxladı, hətta üstündə döĢək olmayan çarpayılardan birinin altına girib 

nəyisə iylədi və  yenə YaĢıl Milə döndü. Persi isə öz dəyənəyini  əlinə 

döyəcləyə-döyəcləyə  sakitcə  yerində  dayanmıĢdı,  sanki  geri 

qayıtdığına görə siçana yaxĢıca dərs vermək istəyirdi.  

–  UĢaqlar,  nə  yaxĢı  ki,  bu  siçanı  Qoca  Qığılcımın  qucağına 

oturtmalı  deyilsiniz,  –  Bill  təbii  bir  maraqla  dedi.  –  Yoxsa  onun 

pəncələrini  bağlamaq  və  baĢına  dəbilqəni  geyindirmək  üçün  xeyli 

əziyyət çəkməli olardınız.  

Persi  yenə  də  bir  söz  demədi,  amma  əlindəki  dəyənəyi 

barmaqlarının arasında siqar kimi astaca sıxdı.  

Siçan,  keçən  dəfəki  kimi,  yenə  masadan  təxminən  bir  metr 

aralıda dayandı, barmaqlıqlar arxasındakı məhbus kimi, gözlərini Dinə 

zillədi. O, gözlərini döndərib bir anlıq Billə baxandan sonra nəzərlərini 




www.vivo-book.com 

 

91 



ondan  ayırıb  yenə  diqqətini  Dinə  yönəltdi.  Elə  bil  Persini  heç 

görmürdü.  

– Necə də cəsurdur, balaca Ģeytan. Mən bunu ona verməliyəm, – 

deyəndən sonra Billi səsini bir balaca ucaltdı: – Ey! Ey! Paroxod Billi! 

Siçan yerində azca qımıldandı və qulaqlarını tərpətdi, amma heç 

hara qaçmadı və hətta qaçmaq istədiyinin iĢarəsini belə vermədi.  

–  Ġndi  buna  tamaĢa  elə,  –  deyərək  Din  Brutusun  siçana  necə 

buterbrod  tikəsi  verdiyini  xatırladı.  –  Bilmirəm,  o  bunu  edəcək,  ya 

yox... 

O,  quru  Ritz  peçenyesindən  bir  tikə  qoparıb  düz  siçanın  önünə 



atdı.  Siçan  öz  iti  və  qara  gözləri  ilə  narıncı  tikəyə,  sadəcə,  baxdı.  O, 

tikəni  iyləyəndə  nazik  uzun  bığları  hərəkətə  gəldi.  Sonra  pəncələrini 

uzadıb quru peçenye tikəsini götürdü, yerə oturaraq yeməyə baĢladı.  

–  BaĢıma  xeyir!  –  Bill  ucadan  dedi.  –  Lap  məhəllə  keĢiĢinin 

Ģənbə günündə yediyi kimi yeyir, tamam səliqə ilə.  

– Amma o mənə qarpız yeyən zəncini xatırladır, – Persi istehza 

ilə  dedi,  lakin  nəzarətçilərdən  heç  kim  onun  dediklərinə  əhəmiyyət 

vermədi.  BaĢçı  ilə  Prezident  də  onun  dediklərini  qulaqardına  vurdu. 

Siçan  isə  quru  peçenyeni  yeyib  bitirdikdən  sonra  da  öz  məharətli 

quyruğu  ilə  müvazinətini  saxlayırmıĢ  kimi  gözlərini  masadan 

çəkməyərək tərpənmədən yerində oturmuĢdu.  



www.vivo-book.com 

 

92 



– Ver, mən də yoxlayım. – deyərək Bill quru peçenyedən bir tikə 

qopardı, masanın üstündən irəli əyildi və tikəni ehtiyatla siçanın önünə 

atdı. Siçan tikəyə yaxınlaĢıb onu iynəsə də, toxunmadı.  

– Hə.., – Bill dedi. – Deyəsən, daha ac deyil.  

– Heç də yox, – Din dilləndi. – O, sənin müvəqqəti iĢçi olduğunu 

bilir, əsl səbəb budur. 

–  Müvəqqəti?  Mən?  Buna  sözünüz  varmı?!  Mən  burada  ən  azı 

Harri Tervilliger qədər iĢləmiĢəm. Bəlkə də ondan da artıq!  

–  Özündən  çıxma,  köhnə  dost,  özündən  çıxma,  –  Din 

gülümsəyərək  dedi.  –  Bax  və  gör  ki,  mən  düz  deyirəm,  ya  yox,  – 

deyərək, daha bir quru peçenye tikəsini siçanın  önünə atdı. Siçan heç 

tərəddüd  etmədən  məhz  Dinin  atdığı  tikəni  götürüb  yeməyə  baĢladı, 

Billin ona verdiyi yeməyə isə heç gözünün ucu ilə də baxmadı. Siçan 

peçenye  tikəsindən  heç  bir-iki  diĢlək  almağa  fürsət  tapmamıĢ,  Persi 

əlindəki dəyənəyi nizə atırmıĢ kimi onun üstünə tolazladı.  

Siçanın balaca hədəf olduğunu deməyə ehtiyac yoxdur, amma o 

balaca  Ģeytanın  da  cəldliyini  qeyd  etmək  lazımdır,  çünki  Persinin 

zərbəsi  elə  dəqiq  alınmıĢdı  ki,  əgər  siçan  vaxtında  ildırım  sürəti  ilə 

ondan  yayınmasaydı,  dəyənək  baĢını  parça-parça  edəcəkdi.  O,  eynilə 

insan  kimi  yerə  əyildi  və  peçenye  tikəsini  yerə  saldı.  Ağır  ağac 

dəyənək  onun  baĢı  və  belinə  elə  yaxından  keçdi  ki,  siçanın 

peysərindəki tükləri pırtlaĢdırdı (Dinin dediyinə görə, doğrusu, mən də 

onun  yalançısıyam  və  heç  özüm  də  onun  dediklərinə  bir  elə 



www.vivo-book.com 

 

93 



inanmıram).  Dəyənək  yaĢıl  linoliuma  çırpılandan  sonra  səkərək  boĢ 

kameranın barmaqlıqlarına tərəf uçdu. Siçan bu hücumun səhvən olub-

olmadığını aydınlaĢdırmaq üçün heç gözləmədi; baĢqa yerdə vacib bir 

iĢinin  olduğunu  xatırlayıbmıĢ  kimi,  qəfildən  geri  dönərək  sürətlə 

dəhliz boyu karser kamerasına tərəf qaçmağa baĢladı.  

Persi  hikkəsindən  bağırdı  –  öz  istəyinə  nə  qədər  yaxınlaĢmıĢ 

olduğunu dərk edirdi axı – və yenidən siçanın arxasınca götürüldü. Bill 

Doc  onun  qolundan  tutdu,  böyük  ehtimalla  o  bunu  sövq-təbii 

hisslərinin  diktəsi  ilə  etmiĢdi.  Lakin  Persi  onun  əlindən  çıxa  bildi. 

Yenə  də,  Dinin  dediklərin  inansaq,  məhz  elə  bu  bir  anlıq  gecikmə 

Paroxod  Billinin  həyatını  xilas  etmiĢdi,  axı  o,  siçana  çox 

yaxınlaĢmıĢdı.  Persi  siçanı  sadəcə  öldürmək  yox,  əzib  suyunu 

çıxarmaq  istəyirdi.  Ona  görə  də  siçanın  arxasınca  iri,  biçimsiz 

sıçrayıĢlarla, lap maral kimi, qara, “padoĢ” iĢ ayaqqabılarını döĢəməyə 

bərk-bərk  vura-vura  qaçırdı.  Siçan  dəhlizdə  bir  neçə  ziqzaq  vuraraq 

Persinin  son  iki  sıçrayıĢından  güclə  canını  qurtardı.  O,  son  dəfə 

“salamat  qal,  yad  adam”  –  deyirmiĢ  kimi  uzun  quyruğunu  havada 

yelləyərək kameranın qapısının arxasında gözdən itdi.  

– Sənin ananı! – Persi söyərək əlini qeyzlə qapıya çırpdı. Sonra 

karser kamerasına girib bu təqibi davam etdirmək üçün öz açarlarının 

arasında lazım olan açarı axtarmağa baĢladı.  

Din  dəhlizlə  onun  arxasınca  getdi.  Lakin  bilərəkdən  tələsmirdi 

ki,  əsəblərini  sakitləĢdirməyə, özünü  ələ almağa vaxtı olsun. Sonralar 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə