Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə24/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   20   21   22   23   24   25   26   27   ...   158

www.vivo-book.com 

 

94 



mənimlə  söhbət  zamanı  deyirdi  ki,  onun  bir  tərəfdən  Persinin 

etdiklərinə  gülməyi  gəlirdi,  bir  tərəfdən  də  onun  yaxasından  yapıĢıb 

özünə tərəf çevirmək və kürəyini karser kamerasının qapısına sıxaraq 

yaxĢıca  əziĢdirmək  istəyirdi.  Hər  Ģeydən  əvvəl  bu  səs-küy  onu 

qorxutmuĢdu,  çünki  bizim  “E”  blokumuzda  iĢimizin  əsas  qayəsi  səs-

küyü  mümkün  olduqca  minimum  səviyyəyə  salmaqdan  ibarət  idi  və 

bədbəxtlikdən,  səs-küylə  Persi  bir-birindən  ayrılmayan  dostlar  kimi 

idilər.  Persi  ilə  birlikdə  iĢləmək,  arxanızda  birisi  dayanıb  orkestr 

boĢqabını bir-birinə vurarkən, bombanı zərərsizləĢdirməyə bənzəyirdi. 

Bir sözlə, onunla birlikdə iĢləmək insanı dilxor edirdi. Din deyirdi ki, 

o,  Arlen  Bitterbakın  gözlərində  bu  dilxorluğu  görmüĢdü...  və  hətta 

Prezidentin gözlərində də – baxmayaraq ki, bu cənab, adətən, həmiĢə 

heykəl kimi sakit qalmağa bacarırdı.  

Lakin  məsələ  sadəcə  bundan  ibarət  deyildi.  Din  düĢüncəsinin 

hansısa bir hissəsində siçanı artıq – hə, ola bilər ki, onu öz dostu kimi 

deyil,  lakin  bizim  blokumuzdakı  həyatın  bir  hissəsi  kimi  –  qəbul 

etməyə  baĢlamıĢdı.  Buna  görə  də  Persi  həm  artıq  elədiyi,  həm  də 

eləməyə  çalıĢdığı  Ģeyə  görə  haqlı  deyildi.  Persinin  haqlı  olmadığını 

ona görə demirik ki, o, düĢündüyü Ģeyi siçana qarĢı eləmək istəyirdi. 

Özünün  nə  üçün  haqsız  olduğunu  heç  vaxt  baĢa  düĢməyəcəyi  faktı 

Persinin bu iĢin icrası üçün qətiyyən yaramadığını isbat edən ən tutarlı 

dəlillərdən  biri  idi.  Din  dəhlizin  sonuna  çatanda,  o,  artıq  tamamilə 

sakitləĢərək  özünü  ələ  almıĢdı  və  bu  məsələni  necə  həll  etməli 



www.vivo-book.com 

 

95 



olduğuna  dair  müəyyən  bir  fikir  hasil  etmiĢdi.  Persinin  ən  çox  nifrət 

elədiyi Ģey gülünc vəziyyətə düĢmək idi və biz hamımız bunu bilirdik.  

– Hə, ləpirçi, yenə izi itirdinmi? – Din yüngülcə gülümsəyərək, 

Persiyə sataĢmaq məqsədi ilə dedi.  

Persi  onu  nifrətlə  süzəndən  sonra  baĢını  kəskin  bir  hərəkətlə 

yana çevirərək saçlarını geri atdı. 

–  Dördgöz,  danıĢanda  ağzından  çıxan  sözlərə  fikir  ver. 

Görmürsənmi,  onsuz  da  qanım  qaradır.  BoĢ-boĢ  danıĢıb,  məni  bir  az 

da özümdən çıxarma. 

–  Deməli,  yenə  əĢyaları  ora-bura  daĢımaq  günüdür,  hə?  –  Din 

dedi. O, bu dəfə gülümsəmirdi... amma onun gözləri gülürdü. – YaxĢı, 

amma hər Ģeyi çölə çıxarandan sonra lütf edib döĢəməni yuyarsanmı?  

Persi  bir  qapıya  baxdı,  bir  də  əlindəki  açarlara.  Sonra  uzun 

müddət  nəsə  haqqında  düĢünərək,  fikrə  daldı.  Onun  fikri  yumĢaq 

divarlı  bu  kamerada  uzun-uzadı  və  heç  bir  nəticə  verməyəcək  bu 

yorucu  axtarıĢla  məĢğul  idi.  Bu  axtarıĢ  zamanı  hamının...  hətta 

BaĢçının və Prezidentin də... kənardan durub ona tamaĢa edəcəklərini 

düĢünürdü. 

–  ġəxsən  mən  burada  gülməli  heç  nə  görmürəm,  –  deyə  Persi 

mırıldandı. – Həbsxana korpusunda bircə siçanımız çatmırdı, onsuzda 

burada parazitlər qaynaĢır.  



www.vivo-book.com 

 

96 



– Sən necə istəyirsən, Persi, – Din əllərini yuxarı qaldıraraq dedi. 

Növbəti axĢam mənimlə söhbət zamanı Din iddia edirdi ki, məhz o an 

ona elə gəlmiĢdi ki, Persi onun üstünə atıla bilər.  

Həmin  vaxt  yaxınlaĢan  Bill  Doc  onların  arasındakı  gərginliyi 

yumĢaltdı. 

–  Məncə,  bu  səndən  düĢüb,  –  deyə  əlində  tutduğu  dəyənəyi 

Persiyə  uzatdı.  –  Bir  neçə  santimetr  aĢağı  atsaydın,  yazıq  heyvanın 

belini qıracaqdın. 

Bu sözlərin cavabında Persi lovğalıqla sinəsini qabartdı.  

– Hə, pis atıĢ deyildi, – öz dəyənəyini ehtiyatla yenidən çexoluna 

qoyaraq dedi. – Orta məktəbdəki beysbol komandasında top atan idim. 

Atdığım topları heç kim geri qaytara bilmirdi.  

–  Doğru  deyirsən?  –  Bill  soruĢdu  və  onun  səsindəki  hörmət 

ahəngi  (baxmayaraq  ki,  Persi  dönəndə,  o,  Dinə  göz  vurmuĢdu)  bu 

konfliktin çözülməsinə bəs elədi.  

–  Bəli,  –  Persi  təsdiqlədi.  –  Noksvilldə  mən  əla  top  atırdım.  O 

Ģəhərli  uĢaqlar  nə  baĢ  verdiyini  anlamağa  belə  macal  tapmırdılar.  Ġki 

qaçıĢ  məsafəsi  qət  etdik.  Əgər  hakim  mal  kimi  key  olmasaydı,  əla 

oyun alına bilərdi.  

Bu  vəziyyəti  Din  qoruyub  saxlaya  bilərdi,  lakin  o,  Persidən 

vəzifəcə  yüksək  olduğundan,  vəzifəsinin  bir  hissəsi  də  iĢə  yeni 

gələnləri  təlimatlandırmaq  idi.  O  vaxtlar  –  Con  Koffi,  Delakrua 

gəlməmiĢdən  əvvəl  –  Din  hələ  Persiyə  bir  Ģey  öyrətməyin  mümkün 



www.vivo-book.com 

 

97 



olacağına  inanırdı.  Ona  görə  də  əlini  uzadıb  bu  cavanın  biləyindən 

tutdu.  


–  Zənnimcə,  sən  indi  etdiklərin  haqqında  bir  qədər 

düĢünməlisən,  –  Din  dedi.  Sonralar  o  mənə  demiĢdi  ki,  məqsədi 

Persini  məzəmmət  eləmək  yox,  onunla  ciddi-ciddi  danıĢmaq  idi.  Ən 

azından, o qədər də məzəmmət eləməmək.  

Lakin  Persi  ilə  bu  metod  iĢə  yaramadı.  O,  nəsə  öyrənə 

bilənlərdən deyildi... – biz bunu sonradan baĢa düĢdük. 

–  Bura  bax,  dördgöz,  mən  nə  etdiyimi  yaxĢı  baĢa  düĢürəm,  – 

siçanı tutmağa çalıĢıram! Nədir, korsan, görmürsən? 

–  Sən  Billi,  məni  və  hətta  onları  elə  qorxutdun  ki,  az  qala, 

ruhunuzu  tapĢıracaqdıq,  –  Din  əlini  Bitterbakla  Flanders  tərəfə 

uzadaraq dedi.  

–  Hə,  nə  olsun  ki?  –  Persi  qəddini  düzəltdi.  –  Əgər  yaddan 

çıxarmısınızsa, qoy deyim: nə onlar uĢaq baxçasındadırlar, nə də bura 

uĢaq  baxçasıdır.  Bəzən  onlarla  uĢaq  baxçasındaymıĢlar  kimi 

davranmağınızı da baĢa düĢə bilmirəm.  

–  Lakin  məni  qorxudanda,  xoĢuma  gəlmir,  –  deyə  Bill  acığını 

gizlətməyərək nərildədi, – və mən də burada iĢləyirəm, Uetmor, bunu 

unutma. Mən sənin dediyin key adamlardan deyiləm. 

Persi gözlərini qıyaraq Ģübhə ilə ona baxdı.  

–  Biz  məhbusları  zərurət  olmadıqda  və  lazım  olduğundan  daha 

çox  qorxutmuruq.  Ona  görə  ki,  onlar  onsuz  da  stress  keçirirlər.  –  O 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə