Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə31/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   27   28   29   30   31   32   33   34   ...   158

www.vivo-book.com 

 

122 



tuturam. O öz saçlarını yaxĢı hörə bilməmiĢdi, çünki əlləri bərk əsir və 

sözünə qulaq asmırdı. BaĢçının yaĢı otuzu keçmiĢ böyük qızına onun 

saçlarını səliqə ilə hörməyə icazə verildi. Qadın  atasının hörüklərinin 

uclarına  öz  Ģahininin  lələklərini  hörmək  istəyəndə,  icazə  vermədim. 

Çünki  lələklər  alıĢıb  yana  bilərdi;  lakin  mən  bunu  qadına  izah 

etmədim, əvəzində dedim ki, qaydalara görə bunu etmək olmaz. Qadın 

nə etiraz, nə də israr etdi, sadəcə, öz məyusluğunu və narazılığını ifadə 

etmək  üçün  baĢını  aĢağı  əyərək  əllərini  gicgahlarına  sıxdı.  Qadın 

özünü çox ləyaqətlə aparırdı və bu davranıĢı ilə demək olar ki, atasının 

da özünü eynilə belə aparacağına zəmanət verirdi.  

Edamın  vaxtı  çatanda  BaĢçı  heç  bir  ləngimədən  və  etirazsız 

kamerasından çıxdı. Bəzən biz onların barmaqlarını kameranın dəmir 

barmaqlıqlarından  zorla  qoparmalı  oluruq  –  bir  dəfə  hansısa 

məhkumun  bir,  ya  da  iki  barmağını  qırmalı  olmuĢdum  və  sınan  o 

barmaqların  küt  Ģaqqıltısını  heç  vaxt  unuda  bilməyəcəyəm,  –  lakin 

BaĢçı,  Allaha  Ģükür  ki,  elələrindən  deyildi.  O,  YaĢıl  Mili  inamlı 

addımlarla  keçdi,  mənim  kabinetimə  girdi  və  orda  ġuster  ata  ilə 

birlikdə  dua  etmək  üçün  diz  çökdü.  ġuster  ata  baptistlərin  “Cənnət 

ĠĢığı” kilsəsindən öz köhnə avtomobili ilə məxsusi olaraq gəlmiĢdi. O, 

BaĢçı  üçün  bir  neçə  Zəbur  surəsi  oxudu.  Sakit  suların  sahilində 

uzanmağa dair olan surəyə çatanda BaĢçı ağlamağa baĢladı. Lakin bu, 

heç də pis deyildi, ən azından isteriya deyildi. Birdən ağlıma gəldi ki, 




www.vivo-book.com 

 

123 



o,  sakit  suyu  elə  təmiz  və  elə  soyuq  təsəvvür  edir  ki,  hər  dəfə  ondan 

udum alanda, lap adamın diĢləri qamaĢır.  

Əslində, onların bir balaca ağlaması mənim xoĢuma gəlir. Onlar 

bunu etməyəndə narahat olmağa baĢlayıram.  

Bir  çoxları  kənardan  kömək  olmadan  ayağa  qalxa  bilmirlər, 

lakin  BaĢçı  bu  məqamda  da  özünü  çox  ləyaqətli  apardı.  Düzdür, 

əvvəlcə  bir  qədər  səndələdi,  sanki  onun  baĢı  hərlənirdi.  Bunu  görən 

Din  onun  yıxılmasını  əngəlləmək  üçün  əlini  uzatdı,  lakin  BaĢçı 

kənardan  heç  bir  yardım  almadan  müvazinətini  düzəltdi  və  biz 

yolumuza davam etdik.  

Demək  olar  ki,  bütün  stullar  müĢahidəçilər  tərəfindən 

tutulmuĢdu, onlar, dəfn və  yas mərasimlərinin baĢlanmasını gözləyən 

adamlar  kimi,  astadan  öz  aralarında  söhbət  edirdilər.  Yalnız  bu 

məqamda  Bitterbakın  qətiyyəti  sarsıldı  və  addımlayarkən  onun 

ayaqları  dolaĢdı.  Buna  orda  oturanlardan  birinin,  ya  da  hamısının 

birlikdə  səbəb  olduğunu  baĢa  düĢə  bilmədim,  lakin  onun  boğazından 

çıxan  asta  iniltini  eĢitdim  və  tutduğum  qolunun  birdən  yüngülcə 

əsməyə  baĢladığını  hiss  etdim.  Gözümün  ucu  ilə  Harri  Tervilligerin 

irəli gələrək Bitterbakın geriyə yolunu kəsdiyini gördüm – Harri bunu 

Bitterbakın  problem  yaratmaq  xəyalına  düĢəcəyi  ehtimalına  qarĢı 

etmiĢdi.  

Mən  onun  dirsəyini  sıxdım  və  qolunun  iç  tərəfinə  barmağımı 

taqqıldatdım: 



www.vivo-book.com 

 

124 



–  Sakit  ol,  BaĢçı,  –  dodaqlarımı  sıxaraq  astadan  dedim.  –  Bu 

adamların  əksəriyyəti  yalnız  sənin  ölümü  necə  qarĢıladığını  yadda 

saxlayacaq, ona görə də onlara bir UoĢitanın ölümü necə qarĢıladığını 

göstər!  

O,  mənə  yanakı  baxdı  və  dinməzcə  baĢını  yırğaladı.  Sonra 

qızının hördüyü hörüklərindən birini əlinə alıb öpdü.  

Tər-təmiz silindiyindən, düymələri par-par  yanan ən yaxĢı mavi 

unifromasını,  iri  dəyirmi  papağını  geyinmiĢ  və  təntənəli  nizami 

duruĢla  elektrik  stulunun  arxasında  özündən  razı  bir  görkəmlə 

dayanmıĢ  Brutusa  baxdım  və  salam  verirmiĢ  kimi  baĢımı  yüngülcə 

tərpətdim.  O  da  eyni  jestlə  cavab  verdi  və  Bitterbakın  eĢafota 

çıxmasına  yardım  etmək  üçün  irəli  bir  addım  atdı.  Heç  bir  yardıma 

ehtiyac olmadı. 

Bitterbakın  elektrik  stuluna  oturmasından  heç  bir  dəqiqə 

keçməmiĢdi  ki,  Brutus  baĢını  azca  geri  çevirib  çiyninin  üstündən 

arxaya  asta  səslə  əmr  verdi:  “Ġkincini  qoĢ”.  Birdən  iĢıqlar  yenə  azca 

solğunlaĢdı,  amma  sadəcə  bir  azca  –  buna  xüsusi  olaraq  diqqət 

verməsəniz,  hiss  etməzsiniz.  Bu,  o  demək  idi  ki,  Van  Hey,  hansısa 

ağıllının  “Meyblin  saçlarını  qurudan  fen”  adı  verdiyi  elektrik  açarını 

aĢağı dartmıĢdı. Dəbilqənin altından boğuq bir səs eĢidildi. Elə həmin 

an Bitterbak sinəsindəki  qısqacları  və  qayıĢı tarıma çəkərək bir qədər 

irəli  əyildi.  Divara  söykənmiĢ  həbsxana  həkimi  baĢ  verənlərə 

laqeydliklə  tamaĢa  edirdi,  onun  dodaqları  bir-birinə  sıxıldığından, 



www.vivo-book.com 

 

125 



ağzının yerində ağ xətt əmələ gəlmiĢdi. Qoca Tut-Tutun məĢq zamanı 

nümayiĢ  etdirdiyi  nə  dartınmalar,  nə  də  çapalama  vardı:  sadəcə, 

kiĢilərin güclü cuĢa gəlmə zamanı ombaları ilə irəli dartındıqları kimi, 

güclü  irəli  dartınma.  BaĢçının  əynindəki  köynəyin  sinəsindəki 

düymələr  dartılmıĢdı  və  dartılan  düymələrin  arasında  ətinin  zolaqları 

görünürdü.  

Sonra  isə  ətrafa  iy  yayıldı.  Əslində  bu  iy  elə  də  pis  deyildi, 

amma  onun  yaratdığı  assosiasiyalar  xoĢagələn  deyildi.  Mən  nəvəmin 

evində  olanda  heç  vaxt  onların  zirzəmisinə  enə  bilməmiĢəm, 

baxmayaraq ki, orada mənim nəticəmin Layonel qurğusu vardı və o bu 

qurğunu  öz  ulu  babasına  böyük  məmnuniyyətlə  göstərmək  istərdi. 

Mən qatarlara qarĢı deyiləm, amma əminəm ki, təxmin edə bildiniz – 

sevmədiyim  Ģey  transformatordur.  Onun  uğultusunu,  qızandan  sonra 

verdiyi iyi  sevmirəm.  Bu qədər uzun illər keçməsinə baxmayaraq, bu 

iy mənə Kold Mauntini xatırladır.  

Van Hey otuz saniyə gözləyəndən sonra açarı cərəyandan ayırdı. 

Həkim  durduğu  yerdən  irəli  gəldi  və  stetoskop  ilə  qulaq  asdı.  Hər 

yanda  sükut  hökm  sürürdü,  müĢahidəçilər  də  öz  aralarında  söhbət 

etmirdilər.  Həkim  qəddini  düzəldib  tordan  içəri  baxdı.  “Olmadı”  – 

deyərək, bir barmağını sərt Ģəkildə havada fırlatdı. Həkim Bitterbakın 

döĢündə  bir  neçə  nizamsız  ürək  vurması  eĢitmiĢdi,  bəlkə  də  bu  ürək 

atmaları baĢı kəsilmiĢ toyuğun son çırpınmaları kimi əhəmiyyətsiz idi, 

lakin  heç  bir  ehtimala  yol  vermək  olmazdı.  Cəsədi  tunelin  yarısına 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə