Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə29/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   25   26   27   28   29   30   31   32   ...   158

www.vivo-book.com 

 

114 



– Mən hələ də dua edirəm, mən hələ də dua edirəm, mən hələ də 

dua  edirəm,  mən  hələ  də  Ġsa  Məsihə  dua  edirəm,  –  dəyə  Tut-Tut 

mənim sözümü kəsdi.  

– Kəs səsini, qoca kaftar! – Din Tut-Tutun üstünə qıĢqırdı.  

– Mən dua edirəm! 

– Onda səsini kəs, içində dua elə! 

–  Sizi  ləngidən  nədir?  –  deyə  Brutus  anbardan  qıĢqırdı.  Həmin 

otağı  da  bizim  üçün  boĢaltmıĢdılar.  Biz  yenə  ölüm  zonasında  idik. 

Burada adama elə gəlirdi ki, hər yandan ölüm qoxusu gəlir.  

– Lənətə gəlmiĢ səbrini bas! – deyə Harri bağırdı. – Belə səbirsiz 

olma! 

– Dua eləyirəm, – deyə Tut iyrənc diĢsiz damaqlarını göstərərək 



gülümsədi. – Bir balaca səbirli olmaq üçün dua eləyirəm, lap az, lənətə 

gəlmiĢ səbir... 

– Əslində, Bitterbak deyir ki, o xaçpərəstdir, – mən adamlarıma 

dedim. – Bitterbak bir vaxt Tilman Klark üçün buraya gəlmiĢ Baptist 

keĢiĢin gəlməsinə razıdır. Onun soyadı ġusterdir. O, mənim də xoĢuma 

gəlir:  iĢi  çox  uzatmır  və  onların  sakitləĢmələrinə  yardım  edir.  Ayağa 

qalx, Tut. Bu gün üçün kifayət qədər dua etdin.  

–  Gedirəm,  –  Tut  yenə  donquldandı,  –  yenə  gedirəm,  yenə 

gedirəm, bəli ser, YaĢıl Mil ilə gedirəm. 

Tutun  boyu  balaca  olsa  da,  kabinetin  uzaq  divarındakı  qapıdan 

keçəndə yenə də əyilməyə məcbur oldu. Qalanlar isə qapıdan keçmək 



www.vivo-book.com 

 

115 



üçün daha çox əyildilər. Əsl məhbus üçün isə bu, çox ağır bir an idi. 

Qoca  Qığılcımın  platformasında  əlində  silahla  Brutusun  durduğunu 

görüb, razılıqla baĢımı yırğaladım. Hər Ģey öz qaydasında idi. 

Tut-Tut  pillələr  ilə  aĢağı  enib  dayandı.  Qırxa  yaxın  açılıb-

qatlanan  stul  artıq  öz  yerinə  düzülmüĢdü.  MüĢahidəçilərin 

təhlükəsizliyi üçün Bitterbak platformaya onlardan kifayət qədər aralı 

keçəcəkdi,  üstəlik,  altı  mühafizəçi  təhlükəsizliyi  təmin  edəcəkdi. 

Həmin  mühafizəçilərin  baĢında  Bill  Doc  duracaqdı.  Sistemimizin 

kifayət  qədər  bəsit  olmasına  baxmayaraq,  bizim  xidmətimiz  ərzində 

heç  vaxt  məhkumun  müĢahidəçilərə  hücum  etməsi  halı  baĢ 

verməmiĢdi... və mən bunu belə də davam etdirmək niyyətində idim.  

– Hazırsınızmı, uĢaqlar? – Biz yenidən əvvəlki tərkibdə mənim 

kabinetimə aparan pilləkənlərin yanına qayıdanda Tut bizdən soruĢdu. 

BaĢımı  yırğaladım  və  biz  platformaya  tərəf  addımladıq.  Tez-tez 

düĢünürdüm ki, belə anlarda biz ən çox öz bayrağını yaddan çıxarmıĢ 

bayraqdarlar dəstəsinə bənzəyirik.  

–  Bəs  mən  nə  etməliyəm?  –  deyə  Persi  anbar  və  aparat 

otaqlarının arasındakı torlu pəncərənin arxasından soruĢdu.  

– Bax və öyrən! – deyə ona qıĢqırdım.  

–  Və  əlini  öz  qasığından  uzaq  tut,  –  deyə  Harri  astadan 

donquldandı.  Lakin  Tut  onun  dediklərini  eĢidərək  istehza  ilə 

qaqqıldadı.  




www.vivo-book.com 

 

116 



Biz Tut-Tutu platformaya müĢayiət elədik. Tut öz-özünə arxaya 

döndü – qoca veteran iĢ baĢında idi.  

–  Mən  otururam,  –  deyə  dilləndi,  –  otururam,  otururam,  Qoca 

Qığılcımın qucağına otururam.  

Tut-Tutun sağ ayağının önündə sağ dizimin üstünə çökdüm, Din 

isə onun sol ayağının önündə sol dizinin üstünə çökdü. Əgər məhkum 

azğınlıq  etmək  fikrinə  düĢsəydi,  –  zatən  belə  Ģeylər  tez-tez  olurdu  – 

bu, bizim fiziki hücuma qarĢı ən zəif və açıq olduğumuz an idi. Qasıq 

nahiyəmizi  müdafiə  etmək  məqsədi  ilə  hər  ikimiz  digər  dizimizi  bir 

azca  içəri  doğru  meylləndirdik,  boğazımızı  qorumaq  üçünsə  baĢımızı 

aĢağı  əydik.  Məhkumun  topuqlarını  bağlamaq  və  mümkün  hücumu 

bacardıqca  tez  neytrallaĢdırmaq  üçün,  əlbəttə  ki,  biz  çevik  və  cəld 

davranmağa  çalıĢırdıq.  Sonuncu  gəzintisində  BaĢçının  ayaqlarında 

Ģap-Ģup  olacaqdı,  lakin  qırtlağı  cırılmıĢ  adam  üçün  bu,  elə  də  böyük 

rahatlıq  deyil,  “vəziyyət  daha  pis  ola  bilər”:  ya  da  aralarında  bir 

çoxlarının  jurnalist  olduğu  qırxdan  artıq  müĢahidəçinin  gözü  önündə 

xayaları  ĢüĢə  banka  boyda  ĢiĢmiĢ  məhkumun  yerdə  çabalayaraq 

ağrıdan qovrulması...  

Biz  Tut-Tutun  topuqlarını  buxovladıq.  Dinin  durduğu  tərəfdəki 

bənd  bir  qədər  böyük  idi,  çünki  onun  içində  məhlul  vardı.  Sabah 

axĢam  Bitterbak  stula  oturanda  onun  sol  baldırı  qırxılmıĢ  olacaqdı. 

Hinduların  bədənlərində,  adətən,  tük  örtüyü  az  olsa  da,  biz  iĢi  Ģansa 

buraxa bilməzdik. 



www.vivo-book.com 

 

117 



Tut-Tutun  topuqlarını  buxovlayarkən,  Brutus  onun  sağ  biləyini, 

Harri  isə  sol  biləyini  bağladı.  Bu  iĢləri  baĢa  çatdırandan  sonra  Harri 

Brutusa tərəf baxıb baĢını yırğaladı və Brutus da Van Heyə qıĢqırdı:  

– Birincini qoĢ! 

Mən  Persinin  Van  Heydən  bunun  nə  demək  olduğunu 

soruĢduğunu  (onun  belə  az  Ģey  bilməsinə  inanmaq  olmurdu.  “E” 

blokunda iĢlədiyi müddətdə, demək olar ki, heç nə öyrənməmiĢdi) və 

Van  Heyin  ona  alçaq  səslə  nəsə  dediyini  eĢitdim.  Bu  gün  “birincini 

qoĢ” əmrinin heç bir əhəmiyyəti yox idi, lakin sabah Van Hey bu əmri 

eĢidəndə,  o,  “E”  blokunun  arxasındakı  həbsxana  generatorunu  iĢə 

salan  dəstəyi  döndərəcək.  MüĢahidəçilər  generatorun  bəm,  rəvan 

uğultusunu  eĢidəcəklər  və  bütün  həbsxanadakı  lampaların  iĢığı 

gurlaĢacaq.  BaĢqa  həbsxana  korpuslarındakı  məhbuslar  iĢığın 

gurlaĢmasını görəndə elə düĢünəcəklər ki, edam artıq baĢa çatıb, lakin 

əslində hər Ģey hələ  yeni baĢlamıĢ olacaq. Brutus stulun ətrafında elə 

döndü ki, Tut onu görə bilsin.   

–  Arlen  Bitterbak,  sən  elektrik  stulunda  edam  edilməklə  ölümə 

məhkum  edilmisən,  hökmü  andlılar  məhkəməsi  çıxarıb  və  Ģtatın 

hakimi  təsdiq  edib.  Allah bu Ģtatın  əhalisini hifz eləsin.  Hökmün icra 

edilməsindən öncə demək istədiyiniz bir söz varmı?  

–  Hə,  var,  –  deyə  gözləri  parıldayan  və  üzünə  yayılmıĢ 

təbəssümü  ilə  diĢsiz  damaqlarını  göstərən  Tut  cavab  verdi.  –  Mən 

nahara  üstünə  sous  tökülmüĢ  qızardılmıĢ  kartof  və  toyuq  istəyirəm; 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə