Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə30/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   26   27   28   29   30   31   32   33   ...   158

www.vivo-book.com 

 

118 



sizin Ģlyapanızı öz nəcisimlə doldurmaq istəyirəm və bir də istəyirəm 

ki, Mey Uest öz arxası ilə üzümə otursun, çünki mən belə Ģəhvətpərəst 

bir alçağam.   

Brutus  nə  qədər  öz  ciddiliyini  qorumağa  çalıĢsa  da,  mümkün 

olmadı. O, baĢını geri çevirərək gülməyə baĢladı. Dini elə bil güllə ilə 

vurmuĢdular, o, plarformanın kənarında uzanıb koyot – canavar – kimi 

ulayırdı, baĢını isə dizlərinin arasına alaraq  əllərini  alnına dayamıĢdı, 

sanki beyninin dağılacağından qorxurdu. Harri “ha-ha-ha-ha gülərək, 

öz  baĢını  astaca  yanındakı  divara  vururdu.  Hətta  yumor  hissi  ilə 

seçilməyən  Cek  Van  Hey  də  gülməkdən  özünü  saxlaya  bilmirdi. 

Mənim  də  gülməyim  gəlirdi,  mən  də  onlar  kimi  gülmək  istəyirdim, 

lakin  özümü  gülməkdən  birtəhər  saxladım.  Sabah  axĢam  hər  Ģey 

gerçək olacaqdı və bu gün Tut-Tutun oturduğu yerdə insan öləcəkdi.  

–  Kəs  səsini,  Brutus,  –  deyə  əmr  etdim.  –  Din,  Harri,  siz  də 

səsinizi kəsin. Sənə gəlincə, Tut, əgər bir də belə ifadə ağzından çıxsa, 

bu  sənin  son  sözün  olacaq.  Mən  Van  Heyə  əmr  edəcəyəm  ki,  rıçaqı 

həqiqətən ikinciyə qoĢsun.  

Tut  gülümsəyərək  diĢsiz  damaqlarını  göstərdi,  sanki  mənə 

demək  istəyirdi  ki,  yaxĢı  cəhd  idi,  rəis  Ekcum,  həqiqətən,  yaxĢı  cəhd 

idi. Ona əhəmiyyət vermədiyimi görəndə üzündəki təbəssüm çaĢqınlıq 

ifadəsinə çevrildi.  

– Sənə nə olub? – deyə soruĢdu. 




www.vivo-book.com 

 

119 



– Bu gülməli deyil, – cavab verdim. – Bax, mənə olan budur və 

əgər bunu anlamağa ağlın çatmırsa, onda ağzını bağlı saxla!  

Əslində,  həqiqətən  gülməli  idi  və  bəlkə  də  məni  özümdən 

çıxaran elə bu idi.  

Ətrafa baxanda gördüm ki, Brutus gözlərini mənə zilləyərək hələ 

də gülümsəyir. 

–  Eh,  zəhrimara  qalsın,  deyəsən,  mən  bu  iĢ  üçün  həddən  artıq 

qocalmıĢam. 

– Daha nələr, – Brutus dilləndi. – Sən hələ qocalmamısan, Pol. 

–  Həm  mən,  həm  də  Brutus,  əlbəttə  ki,  qocaldığımızı  hiss 

edirdik,  ən  azından  bu  lənətə  gəlmiĢ  iĢ  davam  etdikcə  bunu  dərk 

edirdik. Bununla belə, gülüĢ tutması artıq keçmiĢdi. YaxĢı ki keçmiĢdi, 

çünki sabah axĢam kiminsə bu əbləh Tutun baməzə sözlərini xatırlayıb 

yenidən  gülərək  qəĢĢ  eləməsini  heç  istəməzdim.  Siz  yəqin 

deyəcəksiniz  ki,  bu  ola  bilməz  –  necə  yəni,  məhkumu  Ģahidlərin 

yanından keçirərək elektrik stuluna müĢayiət edən mühafizəçi gülərək 

özündən  gedir?  Lakin  stress  altında  olan  insandan  hər  Ģey  gözləmək 

olar. Əgər belə bir Ģey baĢ verərsə, insanlar bu haqda, ən azı, iyirmi il 

danıĢacaqlar.   

– Hə, – Tut cavab verdi, üzündəki inciklik ifadəsi  ilə dünyanın 

ən qoca uĢağına bənzəyirdi.  

MəĢqin davam etdirilməsi üçün baĢımla Brutusa iĢarə verdim. O, 

stulun arxasındakı mis qarmaqda asılmıĢ maskanı götürdü və onu Tut-



www.vivo-book.com 

 

120 



Tutun  baĢına  geyindirdi,  maskanın  qayıĢını  isə  çənəsinin  altından 

bərkitdi.  Maskanın  təpəsində  geniĢ  bir  dəlik  vardı.  Sonra  Brutus  irəli 

əyilib  vedrənin  içindəki  yumru  nəm  süngəri  götürdü,  bir  barmağını 

süngərə  sıxdı  və  islanmıĢ  barmağının  ucunu  yaladı.  Bunu  edəndən 

sonra süngəri yenidən vedrəyə atdı. Sabah belə olmayacaqdı. Sabah o, 

süngəri stulun arxasından asılmıĢ dəbilqənin içinə qoyacaqdı. Bu gün 

yox, bu gün qoca Tutun baĢını islatmağın heç bir mənası yox idi.  

Dəbilqə poladdan idi və onun hər iki tərəfindən bağlar sallanırdı. 

Bu  dəbilqə  piyada  əsgərin  kaskasını  xatırladırdı.  Brutus  qoca  Tut-

Tutun  baĢındakı  qara  maskanın  təpəsindəki  dəliyin  yanlarından  aĢağı 

dartaraq, dəbilqəni onun baĢına geyindirdi.  

–  Dəbilqəni  geyinirəm,  dəbilqəni  geyinirəm,  dəbilqəni 

geyinirəm,  –  deyə  Tut-Tut  yenə  donquldanmağa  baĢladı,  amma  bu 

dəfə onun səsi sönük və boğuq çıxırdı. Çənəsinin altından keçən bağlar 

ona  ağzını  açmağa  imkan  vermirdi  və  mənə  elə  gəldi  ki,  deyəsən, 

Brutus  onun  dəbilqəsinin  bağlarını  məĢq  zamanı  tələb  olunan  daha 

bərk  sıxmıĢdı.  O,  bir  addım  geri  çəkildi  və  üzünü  boĢ  stullara  tutub 

dedi:  


–  Arlen  Bitterbak,  indi,  Ģtatın  qanununa  müvafiq  olaraq,  siz 

ölənədək bədəninizdən elektrik cərəyanı keçəcək. Qoy Allah özü sizin 

ruhunuza rəhm eləsin! 

Brutus sözünü bitirib torlu pəncərəyə tərəfə döndü: 

– Ġkincini qoĢ! 



www.vivo-book.com 

 

121 



Qoca  Tut-Tut,  bir  qədər  əvvəl  göstərdiyi  yumor  dühasını  təkrar 

etmək  məqsədi  ilə,  stulda  ora-bura  çırpınmağa  baĢladı.  Əlbəttə,  Qoca 

Qığılcımın müĢtəriləri demək olar ki, heç vaxt belə çırpınmırdılar.  

–  Ġndi  mən  qızarıram,  –  o  qıĢqırırdı.  –  Qızarıram! 

Qızarıraaaaam! Heeeyyy! Mən qızarmıĢ hind xoruzuyam! 

Gördüm  ki,  Din  ilə  Harri  stul  tərəfə  deyil,  Qoca  Qığılcıma 

arxalarını çevirib, anbarın mənim kabinetimə aparan qapısına baxırlar.  

– Allah məni öldürsün! – Harri donquldandı, – müĢahidəçilərdən 

biri edamdan bir gün əvvəl gəlib. 

Siçan  qapının  kandarında  quyruğunu  pəncələrinin  ətrafına 

dolayaraq  oturmuĢdu  və  qara  muncuq  kimi  parıldayan  gözlərini  bizə 

zilləmiĢdi.  

 

 

 



 

 



 

 

Edam yaxĢı keçmiĢdi, – əlbəttə, əgər “yaxĢı edam” anlayıĢı varsa 



(bu  sözün  bizim  Ģəraitə  uyğun  olmasına  Ģübhə  edirəm)  –  UoĢita 

Ġrokezləri  ġurasının  ağsaqqalı  Arlen  Bitterbakın  edamını  nəzərdə 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə